Emin Babayev "QIZIL QƏLƏM" Ali Media mükafatına layiq görülüb

Emin Babayev "QIZIL QƏLƏM" Ali Media mükafatına layiq görülüb TƏBRİK EDİRİK!

"Ziya" (www.ZiM.Az) və
"Zirvə" (www.Zirve.info)
İnformasiya Mərkəzlərinin
və eyni adlı saytların
təqdimatları əsasında
“Space” Teleradio MMC-nin
Qarabağ bürosu üzrə müxbiri
Emin Şakir oğlu Babayev
22 iyul - Milli Mətbuat günü münasibətilə
Azərbaycan Kütləvi İnformasiya Vasitələri
İşçilərinin Həmkarlar İttifaqının (AzKİVİHi)
Rəyasət Heyətinin qərarı ilə
"QIZIL QƏLƏM" Ali Media mükafatına
layiq görülüb.
Bu münasibətilə dəyərli həmkarımızı
ürəkdən təbrik edir və ona yeni-yeni
uğurlar arzulayırıq!..


ZiM.Az



Xatırladırıq ki, Babayev Emin Şakir oğlu 1993-cü ildə Ağdam rayonunun Qızıllı Kəngərli kəndində anadan olub.
1993-cü ildə doğulduğu Ağdam rayonundan məcburi köçkün düşərək Bərdə rayonunda məkunlaşıblar.
1999-cu ildə Bərdə rayonunda yerləşən Ağdam rayon 144 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub.
2010-cu ildə həmin məktəbin 11-ci sinifini bitirib.
2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin bədii yaradıcılıq və ekran dramaturgiyası fakultəsinə daxil olub.
2016-cı ildə həmin universiteti bitirib.
2013-cü ildən Qarabağ bölgəsində jurnalist kimi çalışır.
2017-ci ilin fevral ayından “Space” Teleradio MMC-nin “Hər gün” xəbərlər xidmətində Qarabağ bürosu üzrə müxbir olaraq çalışır.
Peşə fəaliyyəti dövründə 2014-cü ilin avqust, 2016-cı ilin aprel, 2020-ci ilin tovuz döyüşlərində və 44 günlük vətən müharibəsində iştirak edib.
Subaydı.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: