Müəllim-Pedaqoq ŞƏRƏFİ: Professor Fərhad Xubanlı -65

Müəllim-Pedaqoq ŞƏRƏFİ: Professor Fərhad Xubanlı -65 REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Haqqında söhbət açmaq istədiyimiz şəxs - istedadlı ali, zəhmətkeş qələm dostumuz və müəllim-pedaqoq şərəfini daim uca tutan həmkarımız Fərhad İslam oğlu Xubanlı (Xu­banov) ötən XX əsrin tən ortasında, yəni 1950-ci ildə axar-baxarlı qədim Qaraca yurdunda (indiki Gürcüstanın Saqareco rayo­nun­da) yaşı minillikləri haxlayan Qaraçöp mahalının Muğanlı (Yor Muğanlı) kən­dində dünyaya göz açıb. İlk təhsilini də doğma kəndindəki orta məktəbdə alıb. Hələ məktəb illərindən müəllim olmaq arzusu ilə yaşayıb... Elə buna görə də həm dərslikləri, həm də məktəbin kitabxanasından götürdüyü elmi, bədii və müntəxabat kitablarını çox "acgözlüklə" oxuyub, öyrənib... bir növ, orta məktəb elminin əsasları ilə yaxşıca silahlanıb... 1967-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib və elə həmin il Gəncə şəhərinə gəlib, sənədlərini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qəbul komissiyasına təqdim edib. Beləcə də, həyəcanlı və narahat günlər başlanıb... Atalar demişkən, "Ağır günlərin ömrü gödək olar". Sanki, "bir göz qırpımında" narahat günlər gəlib keçib... Narahat və həyəcanlı günləri 1 avqust əvəz edib. İlk imtahanlar başlanıb. Səhər tezdən bütün abituriyentlər kimi, Fərhad da imtahan keçirilən auditoriyada öz yerini tutub... Nəhayət, qəbul imtahanlarının başlanmasını xəbər verən ali məktəb zənginin sevinc dolu ahəngdar səsi hamının diqqətini özünə cəlb edib. Beləcə də, "Azərbaycan dili və ədəbiyyat"dan yazılı imtahan başlanıb. İmtahanı qəbul edən müəllimlər auditoriyaya daxil olub, mövzuları yazı taxtasına yazıblar. Hamı kimi Fərhad da imtahan yazı mövzularını oxuyub, tanış mövzular olduğundan elə bir andaca onun həyəcanları və narahatlığı, sanki, göylərə çəkilib... O, imtahan vərəqini qabağına çəkib, elə bil ki, fikir dəryasına qərq olub, sonra qələmini götürüb kəmali-səliqə ilə seçdiyi möv­zunun məzmununu ağ vərəqə köçürüb... Yazının qaralamasını oxuyub, bəzi düzəlişlər edib, sonra isə, həmin yazını ağlama vərəqlərinə köçürüb və nəhayət, yazı vərəqlərini müəllimlərə təhvil verib auditoriyadan çıxıb...
Səhərisi gün yazılı imtahanın nəticələri elan edilib: "Xubanov Fərhad İslam oğlu - "əla". O, sonrakı imtahanlardan da "əla" qiymətlər alıb... Arzusuna çatıb. Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültə­sinə qəbul olub...
Nəhayət, 1 sentyabr günü - ali məktəb tələbəsi kimi, ali məktəb zənginin sədaları onun sevincini birə-beş artırıb... İlk mühazirələr, təcrübi məşğələlər... O, ali məktəbdə oxuduğu illərdə filologiya elminin bütün sahələrinə daha geniş prizmadan yanaşıb. Bu yanaşma isə, yeni bir yola - həyat yoluna "yaşıl" işıq saçıb. O, bu işığın şüaları altında elmin daşlı-kəsəkli, enişli-yoxuşlu yolları ilə addımlayıb, alimlik yoluna üz tutub...
1971-ci ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə təyinatla Balakən rayonunun Qazmalar kəndindəki 2 ¹-li orta məktəbdə müəllim işləyib. Elə ilk gündən nəinki kənddə, hətta bütün rayonda bacarıqlı, qabaqcıl müəllimlərdən biri kimi tanınıb. 1974-cü ildə doğma kəndinə qayıdıb. Savad və qabiliyyətinə, təşkilatçılıq bacarığına güvənib onu Lənbəli kənd orta məktəbinə direktor müavini təyin ediblər. Bilavasitə tədris prosesindən uzaq düşmədən, pedaqoji ustalığını daha da artırmaq üçün daim öz üzərində daha məsuliyyətlə işləyib, oxuyub-öyrəndiyi nəzəri biliklərini təcrübədə təsdiq etməyə çalışıb.
F.Xubanlı 1984-cü ildə Gürcüstan Respublikası Maarif Nazirliyi tərəfindən "Metodist-müəllim" adına layiq görülüb. Bu şad xəbər onun əməyinə verilən layiqli qiymət kimi qarşılanıb. O, qabaqcıl pedaqoq kimi bütün respublikanın Azərbaycan məktəbləri sistemində tanınıb, təcrübəsi öyrənilib"...
F.Xubanlı, eyni zamanda 1979-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun qiyabi aspiranturasında təhsil alıb. Görkəmli alim-pedaqoq Şəmistan Mikayılovun rəhbərliyi altında "Ədəbiyyatdan fakültativ məşğələlərin ədəbi biliyinin dərinləşməsinə onun təsiri" mövzusunda elmi iş üzərində işləyib.
Atalar demişkən, "Niyyətin haraya, mənzilin də oraya". Gənc müəllim Fərhad da niyyətinə və mənzilinə çatmaq üçün elmin "daşlı-kəsəkli" yollarını ağır-ağır keçib, yazıb-yaradıb... Elmin "enişli-yoxuşlu" yolunu çox cəsarətlə addımlayıb, namizədlik dissertasiyasını araşdırıb bitirib və dərindən ilk nəfəsini dərib... dissertasiya işini Müdafiə Şurasına təqdim edib...
Nəhayət, 1989-cu il oktyabrın 19-da APİ-nin Müdafiə Şurasının iclası başlanıb... Bu iclasda Fərhad Xubanlının pedaqoji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Ədəbiyyatdan fakültativ məşğələlərin ədəbi biliyinin dərinləşməsinə onun təsiri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Müdafiə şurasının iclası çox yüksək səviyyədə keçib. Əlbəttə, bu da müdafiə olunan dissertasiyanın yüksək səviyyədə yazılması ilə bağlı idi.
Rəsmi opponentlər - filologiya elmləri doktoru, professor Şahin Səfərov, pedaqoji elmlər namizədi, dosent Səyyad Rüstəmov onu ciddi sınağa çəksələr də, çıxış edənlər - Azərbaycan EA-nın müxbir üzvü, professor A.Qurbanov, professor H.Balıyev, C.Əhmədov, Ə.Əfəndizadə, Y.Kərimov, Y.Talıbov və başqaları əsərin yenilik və təcrübi əhəmiy­yətini yüksək qiymətləndirdilər, dis­sertasiya işinin mövzusunun müasirli­yindən və elmi-metodik baxımdan aktual­lı­ğından danışdılar... Özbəkis­tandan professor Ə.Zununovun və Qırğızıstandan professor K.İmaməli­yevin rəyləri, eləcə də məzunu olduğu H.Zərdabi adına GDPİ-dən gələn rəylər də sanballı və müsbət idi. Bir sözlə, Müdafiə Şurasının üzvləri F.Xubanovun pedaqoji elmlər namizədi alimlik dərəcəsi almağa layiq bildilər, yekdilliklə səs verdilər və onu təbrik etdilər...
Beləliklə, F.Xubanlının zəhməti öz bəhrəsini verdi, bütün həyəcanla­rına son qoyuldu... Bir qədər sonra isə bu qərarı Ali Attestasiya Komissiyası təsdiq etdi...
Pedaqoji elmlər namizədi F.Xubanlı müəllim-pedoqoq kimi, Qaraçöp maha­lında da, Tiflis və Borçalı bölgəsində də, hətta, Gürcüstanın hüdudlarından kə­narda da şərəfli müəllim-pedaqoq kimi yaxşı tanınır. Onun elmi araşdırmaları Gürcüstan və Azərbaycan mətbuatında - qəzet və jurnalların səhifələrində, elmi məcmuələrdə, Elmi konfransların materiallarında nəşr olunur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Fərhad müəllim öz araşdırmaları ilə bərabər, həm də mütaliə etdiyi və ya tanış olduğu ayrı-ayrı kitabları barədə də dərin məzmunlu, dövrün nəbzini tuta bilən elmi və məntiqi baxımdan çox dəyərli rəylər yazıb müxtəlif mətbuat orqanlarında ("Azər­baycan müəllimi", "Sovet Gürcüstanı" ("Gürcüstan" və s.) çap etdirir.
Elmi ictimaiyyətə və ziyalılarımıza məlum olduğu kimi bizim 1977-ci ildə Tbilisidə "Qanatleba" ("Maarif") nəşriyyatında çap olunmuş "Azər­baycanca - gürcücə qısa danışıq lügəti" (həmmüəllif dos. M.Çinça­ladze) haqqında da F.Xubanov N.Əbdürrəhmanovla birlikdə "Lügətçiliyə yeni hədiyyə" adlı rəy yazıb, "Azərbaycan müəllimi" (24 may 1989) qəzetində çap etdirmişlər. Həmin rəydən qısa bir epizodu oxucularımıza təqdim edirik.
"Azərbaycan və gürcü xalqlarının mədəni və mənəviyyat cəhətdən ya­xın­laşmasında da lüğətçilik az rol oynamamışdır. Hələ 1977-ci ildə Tbilisinin "Qanatleba" nəşriyyatı "Azərbaycanca - gürcücə qısa danışıq lüğəti"ni çapdan buraxmışdır. İki qardaş xalqın leksikoqrafiyasında ilk addım olan bu kitabı A.S.Puşkin adına TDPİ-nin dosentləri M.Çobanov və M.Çinçaladze tərtib et­miş­lər. Kitab istər azərbaycanlı, istərsə də gürcü oxucuları üçün qiymətli vəsaitdir".
Pedaqoji elmlər namizədi F.Xubanlın həmkarlarından fərqləndirən odur ki, o, Qaraçöp mahalının şair oğlu Ağabala Azəri demişkən, "Qopmaram, ayağım Qaraçöpdədir", - kəlamını, bir növ, özünə deviz kimi qəbul etmişdir... Məhz bu­na görə də, Fərhad müəllim bəzi ali məktəblərə işə dəvət olunsa da, Qara­çöp mahalından çox da uzaqlara üz tutmamış, ayaqlarını Qaraçöp torpaqla­rından üzməmişdir... Buna görə də, o, Qaraçöpə yaxın məsafələrdə fəaliyyət göstərən ali məktəblərdə işləməyə üstünlük vermişdir. O, müxtəlif vaxtlarda Tbilisi şəhərindəki S.S.Orbe­liani adına Pedaqoji Universitetin Azərbaycan bölməsində, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında, Marneuli şəhərindəki ali məktəblərdə Metodik kabinetin müdiri, Baş müəllim vəzifələrində əsil müəllim-pedaqoq və alim kimi fəaliyyət göstərmişdir. Onun əməkdaşlıq etdiyi doğma orta məktəbin müəllimləri də, ali məktəblərin professor-müəllim heyəti də Fərhad müəllimin insani keyfiyyətləri ilə yanaşı, onun təcrübəli müəllim-pedaqoq və geniş sahəli elmi araşdırmalarını da yüksək qiymətləndirirlər.
N.ƏbdürrəhmanlıE.Həsənov "Gürcüstan" qəzetinin 8 sentyabr 1990-cı il tarixli sayında dərc etdirdikləri "Tale yolu" sərlövhəli məqa­lədə yazırlar: "Bu xəbəri eşidəndə sevindik ki, Gürcüstanda azərbaycanlı alimlərdən biri də artdı. Bir də ona sevindik ki, F.Xubanov elmdən uzaq, yarımçıq "alim"lərdən deyil, bir elin-obanın adı ilə fəxr etdiyi ziyalıları­mızdan biridir. O, bütün varlığı ilə doğulub boya-başa çatdığı Qaraçöpə bağlıdır, bu torpağın yaxşı adını yaymaq üçün çalışanlardan biridir".
Bunu F.Xubanlının müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuələrdə çap etdirdiyi məqalələrdən də aydın görmək mümkündür. Onu da qeyd edək ki, bu torpağın saz-söz adamlarının yaradıcılığını toplayıb "Qara­çöpün qaynar çeş­məsi" adı ilə "Yazıçı" nəşriyyatına təqdim edənlərdən biridir. Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində çapa hazırlanan "Gürcüstan folklor antologiyası" nəşrinin doğma yurdu ilə bağlı materialların toplanmasında F.Xubanlı yaxından iştirak etmişdir. Azərbaycan radiosunun "Bulaq" xalq yaradıcılığı proq­ramında tez-tez folklor nümunələri ilə çıxış edir. "Dan ulduzu"nda (1989) çap olunmuş "Qaynaqlar və pöhrələr" məqaləsi həm də onun istedadlı ədəbiyyatşünas və tənqidçi olacağından soraq verir.
"Bir də görürsən, günlərlə zəngin və səliqəli kitabxanası olan iş otağına qapanıb qalır, yeni-yeni araşdırmalar üzərində çalışır, Qaraçöpün söz yatırını yarpaq-yarpaq toplayır, yazıya köçürür, böyütdüyü üç oğluna sevdirmək üçün peşisinin sehrindən istifadə edir".

Nəhayət, tutduğu bu şərəfli yolda hörmətli həmyerlimiz və həmka­rımız, istedadlı pedaqoq-alim, pedaqoji elmlər namizədi, qabaqcıl maarif xadimi, bacarıqlı müəllim, ədəbiyyatşünas və tənqidçi kimi tanınan Fərhad Xubanlıya bundan sonra da təbiətin ən gözəl neməti olan uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Mədəd ÇOBANOV,
filologiya elmləri doktoru, professor,
Nyu-York EA-nın akademiki,
GUAM-ın diplomçusu.
Bakı, 21.I.2010-cu il.
"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2010,
"ELM və TƏHSİL" qəzeti,
2011




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
Fəxrəddin YUSİFOV (1956)

Fəxrəddin YUSİFOV (1956)

ADPU, Başkeçid, Təbriklər
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
Professor Şəmistan Mikayılov vəfat edib

Professor Şəmistan Mikayılov vəfat edib

Bolus, Nekroloqlar
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001)

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Professor ƏJDƏR AĞAYEV vəfat edib

Professor ƏJDƏR AĞAYEV vəfat edib

Nekroloqlar
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Ruhun şad olsun, Kərəm Nəbiyev!..

Ruhun şad olsun, Kərəm Nəbiyev!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

Borçalı, Bolus, Nekroloqlar
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ  ALİM

SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ ALİM

Regionlar, Məktəblər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Borçalı, Təbriklər, Turan
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ QƏZƏNFƏR MÜƏLLİM!..

Humanitar elmlər, ADPU, Təbriklər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: