Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954) TƏBRİK EDİRİK!..

Aprelin 5-i Gürcüstanda-yaşayıb-yaradan
dəyərli ziyalılarımızdan olan tanınmış alim,
gözəl və xeyirxah insan,
çox hörmətli professor
Mahmud Kamal oğlu Hacıxəlilovun
doğum günüdür!..
Daha doğrusu, Yubileyidir!..
Anadan olmasının 65 illik Yubileyi!..


Mahmud Kamal oğlu Hacıxəlilov (Keşəli) -
1954-cü il aprelin-5-də qədim Borçalı
mahalında - indiki Gürcüstan Respublikasının
Marneuli rayonundakı Keşəli kəndində
dünyaya göz açıb.
Səkkizillik məktəbi doğma Keşəli kəndində,
orta məktəbi qonşu Kəpənəkçi kəndində bitirib.
1971-1975-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun
Azərbaycan bölməsi
nin filologiya fakültəsini bitirib.
Elə həmin ildən “Sovet Gürcüstanı” qəzetində ştatdankənar müxbir kimi
əmək fəaliyyətinə başlayan Mahmud Kamaloğlu həmin illərdə parallel olaraq,
eyni zamanda həm də doğma kəndindəki Keşəli orta məktəbində müəllim işləyib.
1984-cü ildən isə daimi olaraq, “Sovet Gürcüstanı” (indiki "Gürcüstan") qəzetinə keçib, əvvəlcə
korrektor, daha sonra 1990-cı ilədək idman, gənclərlə kütləvi iş bölməsinin rəhbəri vəzifəsində çalışıb.

Müxtəlif mətbuat or­qanlarında, məcmuə və toplularda neçə-neçə elmi və pub­lisistik məqalələrin müəl­lifidir.
Hələ tələbəlik illərindən el­mi tədqiqat işləri ilə məşğul olan M.Kamaloğlu Azərbaycan EA Coğrafiya İnstitutunun toponimika şöbəsinin dissertantı olub. 1989-cu ildə «Gürcüstan Respublikasının Cənubi-Şəqr rayon­larının (Dmanisi, Bolnisi, Marneuli, Qardabani) Azər­baycan mənşəli toponimləri» mövzusunda namizədlik disser­tasiyası müdafiə edib, 1990-cı ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona filologiya elmləri namizədi alimlik dərəcəsi verilib.

M.Kamaloğlu 1990-1991-ci ildə Tiflis Bazar İqtisadiyyatı və Hüquq Universitetində dekan,
1992-ci ildə Kvemo-Kartli Müstəqil Universitetində tədris və elmi işlər üzrə prorektor,
1998-ci ildən 2007-ci ilədək İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin Marneuli filialında
yenə də həmin vəzifədə, yəni tədris və elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.

2005-ci ildə İ.Cavaxişvili adına TDU-nun professoru seçilib.

2008-ci ildən Ukrayna-Gürcüstan
Beynəlxalq Universitetinin
tədris işləri üzrə prorektoru
dur.

M.Kamaloğlu hələ tələbəlik illərindən
“Sovet Gürcüstanı”, “Axali Marneuli” qəzetlərində publisistik məqalələrlə çıxış edib.
Müxbir kimi fəaliyyətə başlayandan sonra onun “Azərbaycan”
“Kirpi” jurnallarında məqalə və felyetonlatı çap olunub.
M.Kamaloğlu indiyədək 10 kitabın müəllifidir.
O, bir çox xarici ölkələrdə təşkil olunan elmi konfranslar və
simpoziumlarda elmi məruzələrlə çıxış edib.

Mahmud müəllim həm də gözəl ailə başçısıdır, sevimli atadır, mehriban babadır.
Ömür-gün yoldaşı Pərixanımla birlikdə dörd dəyərli övlad böyüdüb boya-başa çatdırıblar.
Dördü də ali təhsillidir, dördünün də gözəl ailəsi və gözəl balaları var.

Jurnalist Binnət Əlioğlu hələ 1991-ci ildə «Gürcüstan» qəzetinin 27 iyul tarixli sayında
dərc etdirdiyi «Narahatlıqdan doğan sevinc» sərlövhəli məqaləsində alim-müəllim-jurnalist
Mah­mud Keşəlinin həyat və fəaliy­yəti haqqında oxu­culara mə­lumat vermiş və qeyd etmişdir ki,
"M.Keşəli gəncdir. Onun elmi müvəf­fəqiy­yətləri hələ irəlidədir. Arzu edirik ki, yaxın vaxtlarda
qəzet­lərdən onun filologiya elmləri doktoru olması xəbərini də oxuyaq."

Bəli, biz də bu gözəl və səmimi arzuya qoşuluruq. Əminik ki, o gün uzaqda deyil.
Çünki Mahmud müəllimin işgü­zarlığı, son vaxtlar dərc etdirdiyi kitabları, elmi məqalələri,
respublika və beynəlxalq elmi konfrans və simpoziumlardakı çıxışları, bir-birindən dəyərli
məruzələri haqqında həmişə xoş sözlər, müsbət fikirlər eşidirik.

Və fürsətdən istifadə edərək, biz də
ZiM.Az-ın yaradıcı heyəti adından
dəyərli ziyalımız, gözəl və xeyirxah insan,
çox hörmətli professor
Mahmud Kamal oğlu Hacıxəlilovu
doğum günü münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Bir sözlə, həmişə sizin şad xəbərinizi gözləyirik,
əziz və hörmətli Mahmud müəl­lim!..


Müşfiq BORÇALI
ZiM.Az


Bax: Mənbə: Müşfiq BORÇALI. Çağdaş Borçalı ədəbi məktəbi.
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh. 198-199.




.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Doğum gününüz mübarək, hörmətli HÜSEYN YUSUBOV!..

Borçalı, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

Doğum gününüz mübarək, hörmətli İSA MÜƏLLİM!..

AzTU, Bolus, Təbriklər
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ GÜLNARƏ XANIM!..

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis, Borçalı, Təbriklər, Turan
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ALI MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ALI MÜƏLLİM!..

Borçalı, Təbriklər
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF”  ...

GÖRKƏMLİ FOLKLORŞÜNAS ALİM MAHMUD ALLAHMANLI TÜRKSOYUN “MOLLA PƏNAH VAQİF” ...

ADPU, Təbriklər, Turan
TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

TƏBRİK EDİRİK!... Professor İSA XƏLİLOV - 55

AzTU, Bolus, Təbriklər
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar
ADİLXAN NƏBİYEV  (1938)

ADİLXAN NƏBİYEV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
ŞÖVQİ MEHDİZADƏyə  BAŞSAĞLIĞI

ŞÖVQİ MEHDİZADƏyə BAŞSAĞLIĞI

Nekroloqlar
Rəy yazın: