Rəhman BAYRAM: Qan ağlayır Xocalı...

Rəhman BAYRAM: Qan ağlayır Xocalı... Xocalı

Bilmirəm hayandan əsdi qara yel,
Bir gündə al-qana batdı Xocalı.
Azğınlar qoymadı daşı daş üstə,
Yağı səni oda atdı, Xocalı.

Dərdi dağlar əridən,
Evləri boş Xocalı.
Ağlamaqdan gözlərdə
Qurudu yaş Xocalı.

Sinəsi gülləbaran,
Yurdu viran Xocalı.
Çatan yox harayına,
Yarası qan Xocalı.

Kardı dünya, fəryad eləmir təsir,
Neçə qız-gəlinin düşübdü əsir.
Bacılar qardaşsız, körpələr yesir,
De, nədən taleyin yatdı, Xocalı?

Ahıyla sinələri,
Hey dağlayır Xocalı,
Torpağı yerlə yeksan
Qan ağlayır Xocalı.

Qoy hələ düşmənin qəddini əyim,
Döyüşüm o qədər, qalmasın heyim,
Qələbə günündə hayqırıb deyim,
Nəhayət, arzuya çatdı Xocalı.



Qızım

Taleyin üzünə gülür ölkəmdə,
Xoşbəxt taleyin tək sən də gül, qızım.
Hər bir evdən sevinc səsi yüksəlir,
Yüksələn səslərə ver könül, qızım.

Bil ki, bu xoşbəxtlik gəlməyib asan,
Axıtmış babalar bu yolda çox qan,
Doğma yurdumuzda indi mehriban,
Ucalır qadınlar ilbəil, qızım.

Elə yaşa, pozulmasın izlərin,
Elə danış, hikmət olsun sözlərin,
Uğurdan, zəfərdən gülsə gözlərin,
Sənlə sevinəcək bir nəsil, qızım.

Düzgünlük, halallıq olsun meyarın,
Aludəsi olma şöhrətin,varın,
Həmişə dadına çat insanların,
Həm sev sənətini, həm sevil, qızım.


Ucal sənətinlə, mərifətinlə,
Halal zəhmətinlə, saf niyyətinlə,
İlahi sevginlə, ləyaqətinlə,
Qürur duyur atan, bunu bil, qızım.

Rəhman Bayram.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

AMEA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

"Zirvə"
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Can, ay Xocalı..."

"SAZLI-SÖZLÜ BORÇALI", Qarabağ, Başkeçid
AzTU kollektivi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumxalq yü ...

AzTU kollektivi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ümumxalq yü ...

AzTU
AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

AMEA Botanika İnstitutunda Xocalı Soyqırımına həsr olunmuş Anım tədbiri keç ...

Biologiya və tibb elmləri
İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

İlham Əliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştir ...

Əsas xəbər, Azərbaycan, Qarabağ
Bursada Xocalı Soyqrımı anılıb

Bursada Xocalı Soyqrımı anılıb

Qarabağ, Turan
AzTU-nun rəhbərliyi, profeesor-müəllim heyəti və tələbə kollektivi Xocalı s ...

AzTU-nun rəhbərliyi, profeesor-müəllim heyəti və tələbə kollektivi Xocalı s ...

Əsas xəbər, AzTU
AzTU-nun professor-müəllim və tələbə heyəti Xocalı faciəsi qurbanlarının xa ...

AzTU-nun professor-müəllim və tələbə heyəti Xocalı faciəsi qurbanlarının xa ...

AzTU
Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir  ...

Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir ...

Tiflis

"Qafqaz- Media" və "Borçalı" İctimai Birlikləri "Xocalıya ədalət!" ad ...

Elanlar, "Borçalı" Cəmiyyəti
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"

"Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb…

UNUTSAQ, UNUDULARIQ!...., "Borçalı" Cəmiyyəti
“Xocalı  Vətənin qan yarasıdır,  Xocalı Vətənin can yarasıdır” adlı tədbir  ...

“Xocalı Vətənin qan yarasıdır, Xocalı Vətənin can yarasıdır” adlı tədbir ...

Sumqayıt
Gürcüstan Azərbaycanlıları Konqresində Xocalı faciəsi qurbanlarının xatirəs ...

Gürcüstan Azərbaycanlıları Konqresində Xocalı faciəsi qurbanlarının xatirəs ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Qarabağ
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda qeyd edilib

Xocalı soyqırımının 24-cü ildönümü Dilçilik İnstitutunda qeyd edilib

"Zirvə"
Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Millət vəkili Savalan Mirzəyev Gürcüstan parlamentində Xocalı soyqırımı ilə ...

Tiflis, Qarayazı
Rəy yazın: