Əhməd İlhamoğlu: BAŞKEÇİD

Əhməd İlhamoğlu: BAŞKEÇİD
Sənin qoynunda, göz açdım dünyaya,

Torpağına,daşına, qurban Başkeçid.

Sənsən mənim elim-obam, yurd-yuvam,

Yurduna yuvana qurban Başkeçid.




Yerdən qaynayan o,buz bulaxların,

Başı qarlı o,əl çatmaz dağların,

Heyran qoyubdu,gələn qonaxların,

Görənlər olur,sənə heyran Başkeçid.




Mərt tək, sözün verər, mərt sözün tutar,

Əhmədəm deyirəm, kim tutar-tutar,

İnanmıram ki, kimsə sənə çatar,

Söz tutanlarına qurban,Bşkeçid...
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: