Xuraman Camalqızı: AND İÇİRƏM!..

Xuraman Camalqızı: AND İÇİRƏM!.. Xuraman Camalqızı

AND

Azad olmuş QARABAĞDA qürur ilə gəzəcəyik ,
Ezemetli dağlarında qartal kimi süzeceyik ,
Düşmenleri tapdalayıb cesaretle ezeceyik ,
Gezdirdiyim silahıma ,
Baş eydiyim bayrağıma ,
O müqeddes torpağıma AND içirem !!!
Bu torpaqlar yadigardı babalardan ,
Veten bizim anamızdır ,eşitmişik atalardan ,
Biz Cavanşir neslindenik , qorxumuz yox qadalardan ,
Gezdirdiyim silahıma ,
Ay - ulduzlu bayrağıma ,
O müqeddes torpağıma AND içirem !!!
Ən qürurlu anlarını yaşayıram həyatımın,
Azərbaycan birləşibdi kölgesində qanadımın,
Arxasında dayanmışam amalımın, hər andımın ,
Gezdirdiyim silahıma,
Diz çökdüyüğm bayrağıma,
O müqəddəs torpağıma AND içirəm.


Görüş yerimizin çinarı vardı

Görüş yerimizin çinarı vardı,
Yarpaqlar bizim tek pıçıldaşardı.
Ele bil qışı yox , baharı vardı.
Şeirle tebiet qucaqlaşırdı.

Salmışdı saçını üzüne çinar,
Almışdı hesreti gözüne çinar ,
Men seni sevirdim,o ikimizi,
Ağlayıb çökmüşdü dizine çinar.

İkimiz ayrıldıq çinar ağladı,
Eyilib saçımı bir az qoxladı
daha inanmadı eşqe , sevgiye,
Eşqin ,mehebbetin yasın saxladı.

Düşündü, ne vaxtsa payız axşamı,
Görüş yerimizi xatırlayarıq,
Dastana çevrilen hezin sevdanı,
Sükutla yad edib , biz ağlayarıq.


ÖVLAD TOYU GÖRMƏMİSƏN

Atam Abbasov Camal 1956-1970-ci illərdə Laçın rayon "Qızıl Ordu" kaxozunda sədr işləmişdir. O çox xeyirxah, alicənab, dövrünün sayılan insanlarından olmuşdur. Ehtiyacı olanlara yardım etmiş, kəndimizdə klub, xəstəxana, məktəb, ictimai binalar tikdirmişdir. Atam həmdə Böyük Vətən Müharibəsində axıra qədər qəhramanlıqla vuruşmuşdur. Döyüş yoldaşlarının və özünün xatirələrində deyirdi ki, alman zabitlərini general ilə bərabər əsr götürdüm və bağlı olduğum hissəyə təslim etdim. Bu faktı Alxaslı kəndindən olan müharibə iştrakçıları və yaşlı insanlar bilirlər.Atam Böyük Vətən Müharibəsində yaralanmışdır.Azərbaycana və Laçın rayonuna, doğma Alxaslı kəndinə orden və medallarla qayıtmışdır.Uzun illər vəzifələrdə işləmiş, 1974-cü ildə rəhmətə getmişdir.
Mənim fikrimcə, atam övlad toyu görmədiyinə görə bu dünyadan nisgilli köçmüşdür.
Atama yazdığım şeirlər bütün bunları əks etdirir:


Xasiyyətdə kəsərliydin, mərd idin
Sözü bütöv,alicənab,sərt idin
Gözü açıq,diqqətli,sərvaxt idin
Övlad toyu görməmisən, atam hey
Nəvə nədir bilməmisən,atam hey.

Bir sözündən ölərdində dönməzdin
Çox sözə cavab verməz,dinməzdin
Kin,küdurət,pislik nədir bilməzdin
Övlad toyu görməmisən, atam hey,
Nəvə nədir bilməmisən,atam hey.

Süfrəsinin bərəkəti yayılmış
Şan-şöhrəti,şərafəti yayılmış
İnsanların içində çox sayılmış
Övlad toyu görməmisən, atam hey,
Nəvə nədir bilməmisən, atam hey.

Qarabağda adın-sanın var idi
Damarında təmiz qanın var idi
Çox mükəmməl bir vicdanın var idi
Övlad toyu görməmisən,atam hey,
Nəvə nədir bilməmisən,atam hey.

Qohumların xoşbəxt edər,yaşadar
Dost-tanışın başın hər an ucaldar
Cavan ölər övladlarn qocaldar
Övlad toyu görməmisən,atam hey,
Nəvə nədir bilməmisən,atam hey.

Nankor olan insanları görsəydin
Qarşımızda tikanları görsəydin
İki üzlü zamanarı görsəydin
Ölad toyu görməmisən,atam hey,
Nəvə nədir bilməmisən,atam hey.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
EL TOYU

EL TOYU

Tv
Laçın Cəfərli:

Laçın Cəfərli: "QƏRİB"

"SAZLI-SÖZLÜ BORÇALI"
Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Qarabağ, Köşə yazılar
Ülkər GİDNER: Atamdan dərs aldım, Anamdan öyüd..

Ülkər GİDNER: Atamdan dərs aldım, Anamdan öyüd..

Poeziya, Müsabiqə, Amerika
Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!..

Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Turan
Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Şəhid Aydın Nəriman oglu Əliyev (1991-2020)

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
O, ƏH BÖYÜK DAYAĞIM İDİ

O, ƏH BÖYÜK DAYAĞIM İDİ

UNUTSAQ, UNUDULARIQ!....
Vətənin qeyrəti

Vətənin qeyrəti

UNUTSAQ, UNUDULARIQ!....
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
Xatirə qaldı səndən...

Xatirə qaldı səndən...

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

Arxiv
Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Pərvanə ZALAMLI: 9 May - Qələbə, yoxsa...

Müsabiqə, Köşə yazılar
Əşrəf müəllim, yubileyiniz mübarək!..

Əşrəf müəllim, yubileyiniz mübarək!..

Başkeçid, Təbriklər
Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti

Qüdrət Qasımovun 55 illik ömrünün 55 günlük həsrəti

UNUTSAQ, UNUDULARIQ!....
Zamin TƏHMƏZOV: Sevdalı ömür yaşadım...

Zamin TƏHMƏZOV: Sevdalı ömür yaşadım...

Qarabağ, Poeziya
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

Başkeçid, Nekroloqlar
Ömüründən yarımayan İsmayıl!

Ömüründən yarımayan İsmayıl!

Nekroloqlar
Rəy yazın: