Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ) Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ) Deyirlər, şeir sözlərin fəlsəfi ahəngindən yaranan musiqi əsəridir. Musiqi isə ruhun qidasıdır. Bugünkü qonağım sözlərin dəyərini bilən, onları lazımınca dəyərləndirən, şeiriyyatın bəstəkarı şairə Nazilə Səfərlidir. Gəlin birlikdə onun həyat melodiyasını dinləyək.

- Nazilə xanım, necəsiniz?

- Əlayam, gördüyünüz kimi, toydan çıxmışam, əhval-ruhiyyəm də çox gözəldir.

- Çox dəbdə olan belə bir sual - haralısınız?

- Dağ Borçalıda doğulmuşam, Başkeçid mahalında – indi ora Dmanisi adlanır. Ermənistanla sərhəddə yerləşir.

- Ailədə neçə uşaq olmusunuz?

- 6 uşaq olmuşuq, ailənin ilk övladı mənəm. 4 bacım, 1 qardaşım var.

- Ailənizdə hamı sizin kimi şeiriyyatla məşğuldur?

- Nəinki ailəmiz, bütün kəndimiz şairlər kəndidir. Biz borçalıların hamısının dili laylalıdır. Analarımız, atalarımız da laylalıdır. Elə gözəl qoşmalar söyləyirlər ki, biz onların yanında kölgədə qalırıq. Bir sözlə, Borçalıda dünyaya göz açan hər bir körpə şair doğulur.

- Sizdən başqa kəndinizdə tanınmış şairə xanım varmı?

- Kəndimizdə Səmayə xanım Səfərli var. O da çox gözəl şairədir. Lakin mənin qədər məşhur deyil.

- Səfərli təxəllüsünü hardan götürmüsünüz?

- Mən ərklə deyə bilərəm ki, Səfərli mənim kəndimdir, ona görə də bu adı özümə təxəllüs götürmüşəm.

- Nazilə xanım, şairlər sevmədən yaza bilməz. Siz necə, hər dəfə sevib yazırsınız?

- Bunu sizə etiraf edim ki, ümumiyyətlə mən sevməsəm, heç nə edə bilmərəm, nəinki şeir yazmaq. Mənə yazdıran da, məni yaşadan da sevgidir. Bu sadəcə bir qadının kişiyə olan sevgisi deyil, mən bəşəriyyətə məhəbbətlə yanaşıram.

- Sevib ailə qurdunuz, yoxsa valideynlərinizin təkidi ilə?

- Mən ailə quranda bilmirdim sevmək nə deməkdir, amma çox istəyib getmişəm. Hətta anama demişdim ki, verməsən qoşulub qaçacağam. O vaxt dediyim bu sözlər yadıma düşəndə anamın üzünə baxmağa utanıram.

- İndi xoşbəxtsinizmi?

- Çox xoşbəxtəm, 2 oğul övladım var. Allah olmayanlara da qismət eləsin.

- Həyat yoldaşınız sizi qısqanmır ki?

- Mən indi bu şənlikdən çıxdım və sizdən ayrılandan sonra başqa bir məclisə gedəcəyəm. Allah bilir, evə saat neçədə çatacağam. Evə hər dəfə gec gələndə həyat yoldaşıma deyirəm ki, bu vaxt da arvad evə gələr? O isə cavabında mənə deyir ki, bu yolu özün seçmisən, özün də qərarını ver.

- Nazilə xanım, bəyəm ailənizdə bütün qərarları siz verirsiniz?

- O elə bir insandır ki, həyatda maddi təmənnası yoxdur. Bir çuxası, bir pencəyi, bir qarın yeməyi olsa, Allahdan heç bir istəyi yoxdur. Gözü-könlü tox insandır. Gör necə Allahın sevimli bəndəsidir ki, ona mənim kimi od-alov qismət eləyib. O, mənə deyir ki, bahalı maşını sən istəyirsən, dəbdəbəli həyatı sən seçmisən, buna görə də əziyyət çəkirsən, mən isə belə həyatı istəmirəm. Gücüm nəyə çatır, odur. Bu sarıdan çox xoşbəxtəm ki, Tanrım mənə belə bir həyat yoldaşı qismət edib. Bəzi kişilər var e, deyirlər, ac qalıram ac qal, tox oluram tox ol.

- Neçə ildir ailə qurmusunuz?

- Bu illə 18 ildir ki, bir yerdəyik. Deyirlər ki, may ayında evliliklər uğursuz olur. Bizim toyumuz isə 13 mayda bazar ertəsi olub. Həmin gün də, ay da mənim üçün uğurlu olub.

- Yaxşı nümunə olmaq üçün nə etmək lazımdır?

- Əlbəttə, yaxşı yaşamaq, bax mənim kimi (özünü başdan-ayağa göstərərək).

- Yersiz təriflərə necə münasibət göstərirsiniz?

- Ümumiyyətlə, yersiz tərifləri sevmirəm və buna da münasibətim yaxşı deyil.

- Bəs tənqidi necə?

- Tənqidi sevirəm, yerində olan tənqidi. İndi insanlar tənqidlə təhqiri səhv salırlar. Bu yaxınlarda bir aşıq dostumun konsertində aparıcıydım. O aşığın etdiyi xətamı deyim, yanlışlıqmı deyim bilmirəm, onun ucbatından o məclisdən sonra başqa bir ziyafətdə üzümə dedilər ki, səni sevirdik, ancaq o məclisdən sonra sizə hörmətimiz azaldı. Məsələn, mən bu təhqirdən incimədim. Əksinə, mənə bir yol göstərmək kimi oldu və mən başa düşdüm ki, Nazilə artıq öz yerini və çəkisini bilməlidir və ona yaraşan məclislərdə olmalıdır. Onda sevindim ki, məni istəyənlər var ki, səhvimi üzümə deyir. Mən də bu tənqiddən nəticə çıxartdım.

- Dar gününüzdə kimlər sizə köməklik edib?

- Çox köməklik edən insanlar olub. Qurban olum Allaha, elə zaman olub ki, bir çörək almaq üçün heç qəpiyim də olmayıb. Amma Allah həmin günü yox yerdən ruzimi yetirib. Mənim mənəviyyata və mənəvi dəstəyə ehtiyacım daha çox olub.

- Kimlər sizə mənəvi dəstək olub?

- Başda atam, anam olmaqla çox insanlar mənə mənəvi dəstək olub. Zaman-zaman tanınmaq üçün çox mücadilələr etmişəm ki, hamı məni tanısın. O anlarda mənə dəstək olanlar oldu. Ən böyük təşəkkürümü isə Elçin Əlibəyliyə bildirirəm. O, mənə təmənnasız dəstək olub. Həmişə düşünürdüm ki, heç kim heç kimə təmənnasız kömək etməz. Mən bu qədər hörmətin qarşısında Elçin müəllimə çox borcluyam.

- Rəfiqələrinizdən sizə paxıllıq edən varmı?

- (Gülərək) Mehriban xanım, siz nə danışırsınız, indi rəfiqə var? Mənim rəfiqəm yox, tanışlarım var. Mənə çox qadınlar paxıllıq edir. O şey ki məndə yoxdur, mən onun həsədində olmalıyam da. Səbəb odur ki, məndə olanlar onlarda yoxdur.

- Mənəm-mənəm deyən kişilər bahalı maşın ala bilmirlər. Deyirlər, siz çox bahalı maşın sürürsünüz...

- Onu deyənlər cahil insanlardır. Niyə də mənim bahalı maşınım olmasın? Mən hər gün işləyirəm. Görəndə ki toyum yoxdur, bağımda – bostanda işləyirəm, kartof toxalayıram. Hamısı zəhmətimin haqqıdır. Niyə də sürməyim? 35 yaşım var, gecə-gündüz kitab oxuyub mütaliə edirəm. Onlar da mənim kimi əziyyət çəkib qazansınlar da. O sözü deyən insanlar heç nə bacarmırlar, hər şeyi müftə istəyirlər.

- Nazilə xanım pula dəyər verir, yoxsa insanlığa?

- Mən insanlığa dəyər verirəm. Təəssüflər olsun ki, çox insanlar indi pula dəyər verir.

- Sizi həyatda nə ürəkdən sevindirə bilər?

- Bir gün desələr ki oğlunun şəfası var (gözləri dolur və ağlayır), çox sevinərəm. Mehriban xanım, bu haqda mənə sual verməyin, danışmaq istəmirəm. Ən yaralı yerimə toxundunuz. Əgər mənə desələr ki, həyatda bütün qazancını, qızıllarını, maşınını, evini ver, oğlunun şəfası var, hər bir şeyimi qurban verərdim, təki oğlum sağalsın.

- Mən heç bilməzdim ki, bu cür şən, şux, həyat eşqilə yaşayan Nazilə xanımın belə yaralı yeri var imiş. Məni də kövrəltdiniz, Allah oğlunuza şəfa versin.

- İnşallah. Məni həyatda ürəkdən yalnız onun sağlamlığı sevindirə bilər.

- Sizcə cazibədar qadın olmaq nə deməkdir?

- Cazibədar qadın, məsələn, Nazilə Səfərli deməkdir. Çirkin qadın da cazibədar ola bilər. Bunun üçün qadında birinci şarm olmalıdır. Bir də 30 yaşa qədər Allahın verdiyi gözəlliklə yaşayırsan. 30-dan sonra isə layiq olduğun gözəlliklə yaşayırsan. Cazibən olması üçün qəlbi təmiz olmalısan ki, üzündəki cizgilərin də saf olsun.

- Bir gün desələr ki, el şənliklərindən əl çək, çəkərsiniz?

- Vaxtı gələndə əl çəkəcəyəm, məqsədim var. Ora qədər gedim, dayanacağam. Bir də ki, mənə qadağanı həyat yoldaşım qoya bilər. O, mənə hələ ki, dəstəkdir. Atamın danlağından, anamın oxlovlarının əlindən qurtarıb səhnəyə çıxa bilmişəmsə, deməli, nəyəsə nail olmuşam. El şənliklərindən əl çəkə bilərəm, efirlərdən yox. Allah mənə bu vergini verməyib ki, mən onu məhv eləyim, axı mən şairəyəm.

- Qayınananızla münasibətiniz necədir və Nazilə xanım ona gəlinlik edirmi?

- Allah onun canını sağ eləsin. Uşaqlarıma, ev-eşiyimə baxır. Mən ağrıyanda da hər zaman başımın üstündə olur. Səsim tutulmasın deyə, hər səhər mənə çobanyastığı dəmləyib içirdir. Hərdən incitmişəm onu, bu da öz aramızda ötüb keçib. Əsas odur ki o məni çox istəyir, mən də onu.

- Bahalı maşınınız var, bəs bahalı villanız necə?

- Mənim bahalı villam yoxdur, bağ evim var. Xoşbəxtlik villada deyil. Villalarda elə bədbəxt qadınlar yaşayır ki, bu gün mənim üçün həsəd aparırlar. Deyirlər: “kaş onun kimi biz də azad olaydıq”.

- İlk şeirinizi xatırlayırsınız?

- Sevgidən yazmışdım. Biz 1993-cü ildə Bakıya gəldik. O vaxtlar hər yer qarışıqlıq idi. Bizə “kraz” deyirdilər. Yerlilər bizi qəbul etmirdilər. Onda Zəlimxan Yaqub belə bir misra yazmışdı. “Neyləyək ki, sən yerlisən, mən qıraq, sən asfaltsan, mən torpaq”. Mən də ona nəzirə yazmışdım. Çox təəssüflər olsun ki, 1993-cü ilə qədər olan bütün şeirlərimi anam cırıb atırdı. Məni ərə vermək istəyirdilər. Ona görə də şeir yazmağa qoymurdular.

- Həyatda nədən narahatsınız?

- Arzularımın yarımçıq qalmasından.

- Son zamanlar efirlərə tez-tez dəvət alırsınız. Bunun sizə köməyi olurmu?

- Əlbəttə, efirlər vasitəsilə məni xalqım daha çox tanıyır, Allah onlara kömək olsun. Yoxsa bu qədər el şənliklərinə necə gedə bilərəm.

- Neçə dəfə əməliyyat etdirmisiniz və plastik əməliyyata necə baxırsınız?

- Bir dəfə, o da burnumu kəsdirmişəm. Plastik əməliyyata qarşı deyiləm.

- Nazilə xanımın qələminin tükənən vaxtı olurmu?

- Ruhum çirklənəndə şeirlərim də tükənir. Haçan ki, başımı maddiyyata qatıram, onda şeir yaza bilmirəm. Deyirlər e, pul əl çirkidir, pul elə ruhun da çirkidir.

- Güvəndiyiniz kimsə varmı?

- Tək Allahım var. Dərdim də, sirrim də onunla bağlıdır. Bir də sizin kimi xoşməramlı jurnalistlərimiz var ki, onlara da güvənib hər bir dərdimizi söyləyirik.

- Sonda “Oxu Məni”yə nə arzulayardınız?

- “Oxu Məni”yə arzu edirəm ki, o qədər oxunan olsun ki, heç zaman oxucular yorulmasın sizlərdən və həsrətlə növbəti nömrənizi gözləsinlər.

- Biz də sizə kollektivimiz adından sizə təşəkkürümüzü bildiririk və işlərinizdə uğurlar arzulayırıq.

Mehriban Bəylərqızı
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
Nazilə Səfərli = Həyatı və yaradıcılığı

Nazilə Səfərli = Həyatı və yaradıcılığı

Borçalı, Poeziya
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

Başkeçid, Təbriklər, "Borçalı" Cəmiyyəti
Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

"SALDO", Təbriklər
Növbəti müsahibimiz

Növbəti müsahibimiz "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin səd ...

KUMİR
İnsan kimi əziz, müəllim kimi əvəzsiz...

İnsan kimi əziz, müəllim kimi əvəzsiz...

BDU
“ƏLLİNİ HEÇ SEVMİRƏM...” Kamandar Eyvazlı: “İçimdəki poeziya istedadını tam ...

“ƏLLİNİ HEÇ SEVMİRƏM...” Kamandar Eyvazlı: “İçimdəki poeziya istedadını tam ...

Bolus
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət
İlhamə Quliyeva əsl atasının kimliyini açıqladı

İlhamə Quliyeva əsl atasının kimliyini açıqladı

Şou
Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Azərbaycan, Əsas xəbər
ÜMÜDVAR RƏHMANQIZI:

ÜMÜDVAR RƏHMANQIZI: "Dərdi çox olanları tanıyıram uzaqdan..."

Müsabiqə, Rusiya
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Eşqin insan forması

Eşqin insan forması

BDU, Köşə yazılar
Alik Dənizsevər:

Alik Dənizsevər: "CƏNNƏTİ ANAM BİLMİŞƏM"

"Mən Şirvanın səsiyəm", Müsabiqə
Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

Polad QASIMOV: “Kirpi” çıxır, o çıxınca canımız da çıxır”

MEDİA, Köşə yazılar
Gənc müğənni İlahə Mələklə müsahibə

Gənc müğənni İlahə Mələklə müsahibə

Şou
Solmaz QƏRİBEL:

Solmaz QƏRİBEL: "Mənə o adamı tapın..."

Müsabiqə
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
Rəy yazın: