Fəridə Əsədova: "ÜRƏYİ NİSGİLLİ ANA" (Hekayə)

Fəridə Əsədova: "ÜRƏYİ NİSGİLLİ ANA" (Hekayə) Fəridə Əsədova - 1965-ci il oktyabrın 2-da
Bakı şəhərində anadan olub.

Məktəb illərindən qısa hekayələr yazmağa meyilli olub.

"Gecikmiş məhəbbət" adlı ilk kitabı - povestlər və hekayələr toplusu 2011-ci ildə çap olunub.

Müxtəlif mətbuat orqanlarında çalışıb.
Hazırda "Borçalı" nəşriyyatının şöbə müdiri
"Şərqin səsi" qəzetinin ədəbi redaktorudur.

"Abdulla Şaiq", "Qızıl qələm"
"Zirvə" Fəxri mükafatları laureatıdır.
Bu günlərdə isə "XXI Əsrin Ziyalısı" Fəxri adına layiq görülüb

Biz də çox hörmətli Fəridə xanımı yeni bir fəxri mükafatla təltif olunması münasibətilə
ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir hekayəsini
dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az



Fəridə Əsədova: "ÜRƏYİ NİSGİLLİ ANA" (Hekayə) "ÜRƏYİ NİSGİLLİ ANA"

(Hekayə)


Çoxdankı arzum idi ki, qocalar evindəki atilmış qocaları ziyarət edim və onlarin talehləri ilə maraqlanim. Allah bu arzumu ürəyimdə qoymadı və mən istəyimə nail oldum. İlk ziyarətimdən sonra bir necə gün özümə gələ bilmədim. Bir-birindən kədərli, maraqlı insan taleləri məni o qədər özünə cəlb etdiki hər gün onlarla təmasda olmaq istəyində olurdum. Hər əlimə imkan düşən kimi, boş vaxtım olan kimi qocalar evinə gedir, oranın sakinləri ilə ünsiyyətdə olur, onlarla birgə bir neçə saatımı keçirirdim. Artıq onlarda mənə öyrəşmişdilər. Demək olar ki, hər gün yolumu gözləyirdilər.
O qədər doğmalaşmışdıq ki, atılmış qoca ana və atalar artıq məni öz qızları kimi qəbul edirdilər. Heç kimə acmadıqları ailə sirlərini mənlə bölüşürdülər. Onlar mənə talelərini danışdıqca mən də onlarla bərabər sevinir, kədərlənir və ağlayırdım. Bu talelərlə bir-bir sizləri də tanış edəcəyəm və sizlər də kövrələcəksiz, onları bu yaşda atan övladlara nifrət edəcəksiz.


Qocalar evinin ağ saçlı sakinlərindən biri olan bir ana haqqında yazmaq istəyirəm. Simuzər ananın yetmiş iki yaşı var. Azərbaycanın ən gözəl bölgələrindən olan Zaqatala rayonunda kasıb, ziyalı bir ailədə anadan olub. Atası müəllim, anası isə evdar qadın olub. Ailədə səkkiz uşaq olublar. Simuzər ana ailənin ilk övlad olduğu ücün anasına bacı - qardaşlarını böyütməkdə yardımçı olub və buna görədə ali təhsil ala bilməyib. On yeddi yaşında ailə quran Simuzər ana sevmədən ailə qursada xoşbəxt idi. Həyat yoldaşı fəhləlik edərək öz halal zəhməti ilə ailəsini saxlayırdı. Artıq dörd uşaq dünyaya gətirən Simuzər ana balalrının üstündə yarpaq tək əsir, onları xəstəlikdən qoruyur və təhsilləri ilə məşğul olurdu. Həyat yoldaşı Salman da öz ailəsindən çox razı idi. Uşaqların dördü də artıq məktəbli idilər. Xoşbəxt, firavan həyat yaşayırdılar. Amma qara buludlar öz kölgəsini yavaş – yavaş bu ailənin üzərinə salırdı. Salmanın səhhətində yaranan problemlər onun işləməsinə imkan vermirdi. Ailənin bütün yükü Simuzərin üzərinə düşmüşdü. O, fermada sağıcı işləyə - işləyə ailə qayğılarını da öz zərif çiyinlərinə götürmüşdü. Getdikcə vəziyyəti ağırlaşan Salman son günlərini yaşadığını hiss edirdi. Onun özündən çox Simuzərə yazığı gəlirdi. Çünki Simuzər çox fağır, avam bir qadın idi. Dörd uşağı necə təkcə böyüdəcəkdi? Necə onlara təhsil verəcəkdi? Salmanı bu fikirlər o qədər yorurdu ki, bir gecə yatdı səhər isə gözlərini acmadı. Səhərin ala qaranlığında Simuzərin fəryadı bütün kəndə yayıldı. Salman ölümüylə ailəsini çox ağır bir yükün altinda qoyaraq bu dünyadan köçüb getdi. Dörd uşaqla bu cətin həyatda tək qalan ananın ağrılı, əzablı günləri başladı. Bir hörüyünü ağ, bir hörüyünü qara hörərək üç oğul və bir qızını böyütdü, gündüzlər işlədi, gecələr yatmadı uşaqlarını oxudub, ali təhsil verdi. Təzə - təzə övlad əməyinin çörəyini yeyirdiki, son beşiyi olan on doqquz yaşlı qızı Fatimə qardaşı Abbasla Zaqataladan Bakiya təhsillərini davam etdirmək üçün gedəndə yolda avtomobil qəzasi kecirmişdilər. Sükan arxasında yuxulayan sürücü idarəetməni itirərək avtobusu aşırmışdı. Nəticədə Fatimə ağır yaralanaraq xəstəxanaya düşmüşdü, Abbas isə yüngül yaralarla ötüşmüşdü. Iki gün xəstəxanada qalan Fatimə özünə gəlmədən dünyasını dəyişmışdı. Biçarə ana sacını yolaraq qızının qırmızıya bükülmüş cansız meyidinin üstünə tökdü. Fatiməni özünə ana, bacı bilirdi. Çünki anasını da, iki bacısını da çoxdan itirmişdi. Fatimə anasını ağlar, qardaşlarını isə beli bükülü qoydu. Bir gənc qız olaraq özünün o qədər arzuları vardı ki... Amma fələk... hamısını yarımçıq qoydu. Həyat bəzən çox amansız olur. Simuzərin çəkdikləri azmış kimi birdə bala dağı çəkildi yaralı sinəsinə. Amma zaman hər bir dərdə dərman olduğu kimi bu anayada az da olsa kömək oldu. Ana üç oğlunun onu kədərli, gözü yaşlı görməməsi üçün qara yaylığını başından açaraq elçi gedib oğlanlarını sevdikləri qızlarla evləndirdi. O qədər xoşbəxt idi ki, sinəsi övlad yarası ilə yanan ana. Oğlanlarinin sevinci onu da sevindirirdi. Amma bu sevinci çox yaşamağa evinə qızı bilib gətirdiyi gəlinləri imkan vermədi.

Anaları üçün hər bir əzaba hazır olan oğullar illər keçdikcə ananı özlərinə yük bildilər. Heç bir gəlin istəmirdi ki, ana onun yanında qalsın. Ən ağrılısı o idi ki, əziyyətlə böyütdüyü oğullarıda arvadlarının sözləri ilə oturub dururdular. Anaya qarşı soyuqluq göstərib onunla maraqlanmırdılar. Öz aldığı təqaüdlə dolanan ana isə hər təqaüdünü alanda nəvələrinə nənə payı alaraq onları görməyə gedirdi. Nəvələr nənənin gəlişinə nə qədər sevinsələrdə gəlinlər bir o qədər narazı olurdular. İki oğlu Bakıda, kiçik oğlu isə Zaqatalada ana ilə birgə yaşayırdı. Bakıda yaşayan oğullarının həyat yoldaşlarını özləri, kiçik gəlnini isə ana özü bəyənib almışdı. Əvvəl hər şey yolunda gedirdi, onunla birgə qalan gəlin bir uşağı olandan sonra dəyişildi. Ananın gedib o biri oğulları ilə qalmasını ərindən hər gün tələb edirdi. Əri əvvəl arvadının bu hərəkətinə görə onu bir iki dəfə danlasa, döysə belə sonda razılaşmışdıki anam tək mənim anam deyil.. O biri oğlanları da var, qoy gedib onlarla qalsın. Mən öz ailəmi güclə saxlayıram. Həqiqətəndə qadın böyük qüvvədir. Balanı anadan ayirmaq qədər bir qüvəyyə malikdirlər. Ananın isə ürəyi qan ağlayırdı. Axı o nə zülmlər çəkərək övladlarını böyüdüb ailə sahibi etmişdi. Həyat yoldaşı rəhmətə gedəndə gənc qadın idi, ailə də qura bilərdi. Istəyənlərdə olmuşdu, cünkü gözəl, cavan qadın idi. Amma Simuzər ana balalarını ögey ataya ümid edə bilməzdi. Özü gecəsini gündüzünə qataraq balalarını böyütdü. Bir Allah bilir ki, o nələr çəkdi. Hər gecə yastığı ağlamaqdan yaş olardı. Sabah hardan çörək pulu qazanacaqdı deyə göz yaşlarına güc verərdi. Özü yeməz, o dörd balasını yedirdərdi. Bütün bu çətinliklərdən ana üzü ağ çıxdı. Övladlarını bir qarnı ac, bir qarnı tox saxlasa da tərbiyəli, savadlı gənclər yetişdirdi. Dördünə də ali təhsil verdi. Bircə qızı olan Fatimədən başqa. Amansız ölüm onun həyatını da, təhsilini də yarıda qoydu.

Ayda bir dəfə ana kasıbın olanından bir bağlama düzəldib Bakıya övladlarına baş çəkməyə gələrdi. Onları geyimlə olmasa da yeməkdən korluq çəkməyə qoymazdı. Kəndin yağından, pendirindən. toyuğundan, ətindən, meyvə - tərəvəzindən bağlama hazırlayıb balalarına aparardı. Amma indi bu övladlar bir yaşlı analarını saxlamaq istəmirdilər. Axı, özləri də bilirlər ki, anaları nə zülümlər çəkib, yuxusuz gecələr keçirib, gecə - gündüz işləyib onları saxlayıb, böyüdüb, oxudub. Bir atalar misalı var deyir, ana beş oğulu saxladı, ama beş oğul bir ananı saxlaya bilmədi.
Simuzər ana hər dəfə Bakiya balalrını görməyə gələndə bir gün böyük oğlunun, bir gündə ortancıl oğlunun evində qalardı. Ürəyindən çox qalmaq keçərdi, ama neyləsinki qala bilmirdi. Çünki gəlinlər elə qaş – qabaq tökərdirdilərki məcbur idi bir gün qalıb qayıtsın. Beləcə ona verilmiş bu acılı - şirinli ömürü yaşayırdı ana. Nə Bakıdakı oğulları nə də onunla qalan oğlu ananın onlarla qalmasını istəmirdilər. Simuzər ananın sağ qalan qardaşları da yaşlaşmış və özlərinin ailələrini güclə dolandırırdılar. Ana gedib onlara da yük ola bilməzdi. Çox düşünüb daşınandan sonra belə qərara gəldi ki, ən düzgün çıxış yolu gedib qocalar evində qalmasıdır. Bu haqda əvvəllər də çox düşünmüşdü, ama oğullarına görə edə bilmirdi ki, el – oba nə deyər? Oğullarını hamı tənbeh edər, dallarıyca danışar. Amma artıq oğullarına lazım olmadığını tam hiss etdikdən sonra bu addımı atmağa qərar verdi. Sənədlərini hazırlayıb qocalar evinə gəldi. Hardasa ümid edirdi ki, oğulları bilsələr heç vaxt razı olmazlar anaları gedib qocalar evində yaşasın. Ananın bu dəfə də ümidləri puç oldu. Çox əfsuslar olsun ki, oğulları razılıqla qarşıladılar analarının bu qərarını.
Əziyyətlə böyütdüyün övladların sənə sahib cıxmır, səndən imtina edir, sən öz balalarına yük olursan. Axı ana müqəddəsdir, anaların ətəyi səcdə yeridir. Körpə vaxtı üstündə əsdiyin övladların böyüyüb özləri valideyn olanda niyə düşünmürlərki qocalanda analarının talehini öz övladları onlara yaşadacaq? Niyə düşünmürlər ki, bu dünyanın o biri dünyası da var? Niyə dərk etmirlər ki, axirətdə cavab verməli olacaqlar? Ürəyimdə o qədər suallarım var ki, belə övladlara. Əfsuslar olsun ki, belə övladlar son zamanlar daha çoxdur.
Çox əfsuslar olsun.... Belə hallar sözün bitdiyi andır...

İlk günlər qocalar evində Simuzər ana ücün çox çətin keçirdi. Onu burda gülər üzlə qarşılasalar da, hər gün mehriban danışdırsalar da ana sıxılırdı, utanırdı. Buranın sakinlərinin çoxunun dərdi demək olar ki, ananın dərdi ilə eyni idi. Bununla belə ana heç kimə qaynayıb – qarışa bilmirdi. Ondan bura gəlməsinin səbəbini soruşanda xəcalət çəkirdi desin ki, üç oğlum var. Sual verənə ancaq göz yaşları ilə cavab verirdi. Bundan sonra belə necə yaşayacaqdı bilmirdi. Hər gecə Allahdan ölüm arzulayırdı. Artıq bir ay idi burda idi. Tək-tək insanla ünsüyyət qura bilmişdi. Amma bu bir ayda övladları onu hələdə ziyarət etməmişdilər. Ana ürəyi dözmürdü arada bir qocalar evindəki telefonla oğullarının evinə yiğar nəvələri ilə danişar və sonra da otağına çəkilərək hönkür-hönkür ağlayardı.
Günlər ay olurdu, aylar isə illərə çevrilirdi. Artıq Simuzər ana səkkiz il idi ki, bu qocalar evinin sevimli sakininə çevrilmişdi. Talehi ilə barışmış və yaşadığı bu qocalar evinə öyrəşmiş, burdakı insanları özünə doğma ailə bilirdi. Oğulları onun ziyarətinə gəlməsələrdə ana arada–sırada özü gedib onlara dəyir, bir-iki saat oturaraq geri qayıdırdı. Neçə il ömrü qalıbsa artıq onu bu qocalar evində başa vuracaqdı bu biçarə ana. Bu da ona yazılmış taleh, alın yazısı idi ki, yaşayırdı. Tez-tez gedə bilməsə də arada Zaqatalaya gedər ordakı nəvələrinə dəyər və qızının məzarını ziyarət edərdi. Bir saat qızı ilə söhbət edər, məzar daşını qucaqlayıb göz yaşı tökər, qızına niyə onu qoyub getdiyinə görə şikayət edərdi. Sonda isə çiyinlərində ağır bir yüklə geriyə, qocalar evinə qayıdardı.
Fəridə Əsədova: "ÜRƏYİ NİSGİLLİ ANA" (Hekayə)
Ağır həyat yolu keçmiş Simuzər ananın talehı mənimdə ürəyimi ağrıdırdı. Amma nə etmək olar ki, talehdən qaçmaq olmur.
Bu da yazmaq istədiyim bir ananın ağrılı, kədərli, əzablı həyat tarıxı.

Fəridə ƏSƏDOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: