Rəşad Məcidə BAŞSAĞLIĞI

Rəşad Məcidə BAŞSAĞLIĞI
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə ağır itki üz verib.

R.Məcidin atası Müseyib Məcidov bu gün səhər dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda torpağa tapşırılacaq.

Mərhumun 3 mərasimi fevralın 8-də
Ağcabədi rayonunda keçiriləcək.
Fevralın 12-də Bakı şəhərində
7 mərasimi veriləcək.
Qeyd edək ki, Qarabağ bölgəsində böyük nüfuz sahibi olan Müseyib Məcidov
uzun illər Ağdam və Ağcabədidə rayon İstehlak Cəmiyyətinə rəhbərlik edib.


Rəşad Məcidə BAŞSAĞLIĞI


Biz - Zim.az -ın
Baş redaktoru Müşfiq Borçalı
və Yaradıcı Heyəti
"525-ci qəzet"in baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin katibi
Rəşad Məcidə
atası Müseyib Məcidovun vəfatından
kədərləndiklərini bildirir,
mərhumun ailəsinə,
doğmalarına və əzizlərinə
dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!



Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: