RUHUN ŞAD OLSUN, HÖRMƏTLİ TOFİQ MİRZƏYEV!..

RUHUN ŞAD OLSUN, HÖRMƏTLİ TOFİQ MİRZƏYEV!.. ALLAH RƏHMƏT ELƏSİN!..

Ulu Borçalımızın məşhur yetirmələrindən biri,
tanınmış ictimai-siyasi xadim,
keçmiş Azərbaycan SSR-in Maliyyə nazirinin müavini,
Azərbaycan Respublikası Ağsaqqallar Şurası
Təftiş Komissiyasının sədri,
"Borçalı" İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü,
Azərbaycan Aviasiya Akademiyasının müəllimi,
Borçalılıların problemlərinin həllində
zəhmətini heç vaxt əsirgəməyən
dəyərli ziyalımız və hörmətli eloğlumuz
Tofiq Mürsəl oğlu Mirzəyev
2016-cı il yanvarın 6-da vəfat etmişdir.
Tanınmış el ağsaqqalı çox hörmətli Tofiq müəllimin fəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə
başsağlığı veririk.

Allah rəhmət eləsin!..

Ruhu şad olsun!..



Bir qrup Borçalı əsilli ziyalılar adından:

Mədəd Çobanov - Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor;
Hidayət Nuruyev - AMEA-nın aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor, şair;
Eyvaz Borçalı - Əməkdar incəsənət xadimi, "Borçalı" İB-nin həmtəsisçisi
və Ağsaqqallar Şurasının sədri;

Niyazi Mursaqulov - AMEA-nın aparıcı elmi işçi, Azərbaycan Demoqraflar Assosiyasiyasının prezidenti;
Kərəm Məmmədov - BDU-nun dosenti, "Borçalı" İctimai Birliyinin sədri;
Müşfiq Borçalı - "Ziya" qəzetinin və "Zim.Az" saytının Baş redaktoru, "Borçalı" İB-nin sədr müavini;
Musa Nəbioğlu - Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət işçisi,
"Borçalı" İB İH-nin üzvü;

Asif Bayramov - "Borçalı" İB-nin üzvü, İcra aparatının rəhbəri
və başqaları...



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: