“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub “Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub “Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub AMEA Naxçıvan Bölməsində
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Naxçıvan Dövlət Universitetinin
Azərbaycan tarixi kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş”
kitabının təqdimatı keçirilib.


AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən ZiM.Az-a bildiriblər ki,
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti tərəfindən birgə təşkil olunan tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Naxçıvanın tarixi inkişafı və müasir yüksəlişinin təbliği baxımından fundamental nəşrin əhəmiyyətini qeyd edən alim bildirib ki, əsər iki bölmədən ibarətdir.

Birinci bölmədə alimin müxtəlif illərdə yazdığı, respublikamızda və onun hüdudlarından kənarda nəşr etdirdiyi çoxsaylı məqalələrindən seçmələr toplanılıb. Məqalələrin böyük əksəriyyəti müstəqil Azərbaycanın xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, müstəqillik dövründə ulu öndərin siyasi kursu və bu kursun uğurla davam etdirilməsi sayəsində sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılan uğurların əhatəli şəkildə araşdırmasına həsr olunub.

Nəşrin ikinci bölməsində isə müəllifin “Naxçıvan tarixi” üçcildliyinin 2-ci cildi üçün “Naxçıvan Rusiya tərəfindən işğalı”“Naxçıvan XIX əsrdə” adlı irihəcmli bölmələrə yazdığı fəsillər yer alıb.

Qeyd olunub ki, kitabda qədim türk-oğuz yurdu olan Naxçıvanın dünya eposunun nadir incilərindən olan “Kitabi Dədə Qorqud” dünyası ilə bağlılığı məsələlərinə nəzər salınır, bu bölgənin ulu keçmişi bir daha diqqət mərkəzinə çəkilir. Əsərdə Rusiya işğalından sonra bölgəyə köçürülmüş ermənilərin əməlləri, müxtəlif vaxtlarda xalqımıza qarşı törətdikləri qanlı qırğınlar fakt və sənədlərin dili ilə verilib.

Daha sonra tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanın tarixi inkişafına və müasir yüksəlişinə həsr edilmiş qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib.

Mərasimdə Naxçıvan Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Hüseyn Həşimli, “Naxçıvan” Universitetinin fakültə dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev və Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək yeni nəşri milli tariximizin araşdırılması üçün dəyərli əsər kimi qiymətləndiriblər.

Sonda çıxış edən kitabın müəllifi Zəhmət Şahverdiyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildirib.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

Naxçıvan
Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Naxçıvan
“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan
“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı təqdim edildi

Naxçıvan, "Zirvə"
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Etnoqraf-alimin monoqrafiyları işıq üzü görüb

Naxçıvan
Müstəqillik yollarında: Liderlik missiyası

Müstəqillik yollarında: Liderlik missiyası

Naxçıvan
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzif ...

Naxçıvan, Elanlar
İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

İkinci Azərbaycan Elm Festivalı Naxçıvanda öz işini davam etdirib

Naxçıvan, "Zirvə"
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

Naxçıvan
Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Eynəli bəy Sultanov haqqında çap edilmiş iki monoqrafiyanın təqdimatı olub

Naxçıvan
“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbayca ...

Naxçıvan, Təbriklər
Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdima ...

Əjdər Fərzəlinin “Nuh gəmisi, Gəmiqaya-Qobustan əlifbası” kitabının təqdima ...

Naxçıvan, Elm, "Zirvə", Arxiv
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

Naxçıvan, Elm
Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Tanınmış alim Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak edib

Naxçıvan
Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Türk-islam ədəbiyyatının ilk bədii əsəri “Qutadqu-bilik”

Naxçıvan
Rəy yazın: