ELZA RƏŞAD (Gülməmmədova)

ELZA RƏŞAD (Gülməmmədova) Elza Rəşad (Elza Os­man qızı Gül­məm­mə­­dova) - respublikamızın ən gözəl guşələrindən olan Oğuz rayonunun Xaçmaz kən­dində anadan olub. Hazırda da doğma kəndində yaşayıb-yaradan tanınmış mədəniyyət işçisi, dəyərli həmkarımız, "ZiM.Az" saytının və "Şərqin səsi" qəzetinin Oğuz bölgəsi üzrə xüsusi müxbiri, istedadlı qələm dostumuz, müdrik aforizmlər ustası, çox hörmətli Elza Rəşad (Elza Gülməmmədova) həm də “Qəbələnin səsi” Şairlər Bir­li­­yinin və Baki şəhərindəki mədəniyyət kollecinin ən fəal üzvlərindəndir.

Yazar olmaq bir sirrdir. Lakin ibrətamiz söz yazmaq mirvari axtarmaq kimidir. Elza xanım daima mirvari axtarışındadır. O, ən çox ibrətamız sözlərin müəl­li­fi­ kimi tanınır.
“Elza­na­mə”, “Afo­rizim­lər” adlı kitablarından sonra, 2020-ci ildə "Gənclik" nəşriyyatında “Elza­na­mə - 3” adlı üçüncü kitabı nəşr olunub. Tanınmış tədqiqatçı-şair Yusif Rzayevin redaktorluğu ilə nəfis şəkildə çap olunmuş kitab Azərbaycanın birinci və ikinci Qarabağ döyüşlərində şəhid olanların əziz xatirəsinə ithaf olunub.
Kitabda müəllif sözə bir qapı açıb ayı, günəşi, həsrəti, hicranı, qəmi, tənhalığı, ana sevgisini, uşaq yuxusunu, döyüş itkisini, qür bati, sadiqliyi, parvanani, küləyi, ildırımı, dağı, gülü, çiçəyi, qar tali, sirri, sabri, igidliyi, göy qurşağını, sevgini, ruhu, taleyi, baxti, gözəlliyi, buludu, səmanı, Vətəni, kapanayi, meşəni, azadlığı, hür riyyəti, haramı, halalı, duyğunu, məhbasi, takliyi, məqamı, şöhrəti, yetimçiliyi və s. bəzəmişdir. Bir sözlə, kitabda Elza Rəşadın müdrik deyimləri toplanmışdır.
Hazırda Elza xanımın dördüncü kitabı çapa hazırlanır.

Onu da qeyd edək ki, Elza xanım "Abdulla Şaiq", "Araz", "Qızıl qələm""Ulu öndər" Ali mükafatları laureatıdır.
Yazdığı maraqlı və oxumalı məqalələrə görə ”Oğuz yurdu” qəzetinin Fəxri fər­manı ilə də təltif olun­ub.
Bu günlərdə isə Elza Rəşad "XXI Əsrin Ziyalısı" Fəxri diplomuna layiq görülüb.

Bu münasibətilə əziz və dəyərli həmkarımız, çox hörmətli Elza xanımı ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində, eləcə də,
ədəbi-bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda Elza xanımın yaradıcılığından
nümunələri sevimli oxucularımıza təqdim edirik.

ZiM.Az


* * *

Ac qalan kədər, sevincə susayar.
Ahəstə gülüş, ruhu ayaq saxlayar.
Aldatmaq ləyaqətin ucuzluğundan gələr.
Abır-həya qorumaq Yusif kimi zindanı seçməkdir.
Ağıl düşüncəsi talan olanın sözü kölgəlikdən gələr.
Ağlayan gözdən qorxan kədəri baxışında yandırar.
Aldadılıb bağışlayan bağışladığında dəyanət görməz.
Haqq yoluna əli daşlı çıxan qarğış içində alqışlanar.
Şövqlə bəzənib süslənən hissdə aranar.
Sevgi köksdə, köz ürəkdə daşdır.
Dağdan gələn sel, yanıq havalı olar.
Könlü tox bir daş götürər, könlü ac közdə yanar.
Yarından küsən, dua edəndə əlini tərsinə çevirər.
Söz deməkdə baş olmaq, Allah kəlamından gələn sözdən cümlə qurmaqdır.
Qürur nümayiş etdirmək özünü sevdirmək müqəddəslikdir.
Müqəddəslik bir saman ağırlığında tənə etməməkdədir.
Öz qürurunu alın təri ilə qibləyə yönələn minbər kimi tutan, xalqın gözündə ucalar.
Torpağın müqəddəsliyi səni yedirtməyində, humanistliyi sən öləndə, çürümə¬yindədir.
Gül soldurub tikan batıran padşah da olsa cəzasına çatacaqdır.
Zənginə quyruq bulayan kasıbda qeyrət axtarar.
Gözdən enməyən həsrət su dəyən toz kimi ürəkdən cığır salıb axar.
Gölməçəyə düşən ömrü quşlar daşıyıb aparar.
Yoxsulluq küləyin əlində əsir-yesir qalan daş kimi olmaqdır.
Yoxsulun səsi küləyə qarışan qurd səsinə bənzəyər.
Eşqi, imanı sayanın əsəbi kül altında köz kimi qorunub saxlanılar.
Sonun ayrılıq olduğunu düşünən anı başına tac edib yaşayar.
Dərddə mətin eşənin sözünün hikməti haqdan gələr.
Günahkarın dərdi sarmaşıqlı olar.
Söz müdrikləşib kəlama çevrilər.
Hər abır-həya qoruyana Yusif kimi şahlıq qismət olmaz.
Eşqi, hüsnü əxlağı ilə bənzəyən səhrada ləl tapar.
Yusif izləri üstündən şəfaət tapan sevgiyə, səadət bəxşeyiş kimi verilər.
Şəfqətli şəadət məhəbbəti möhkəmləndirər.
Həyatı dərk edən düşüncəsini əqlə vurub pis vərdişini tərk edər.
Əsil-nəsəbi fövqəlbəşər olanın adı, ərşi-əlaya yazılar.
Dərd nizə-nizə gələr, sevinc incə-incə.
Əli kəndə çatan şəhərli kasıblığı şimşək kimi qamçılayar.
Tənha ömür sürmək bulud biçən işıq olmaqdır.
Zəifləsən batarsan.
Evin damması ürəyi yox, ruhu nigaran saxlayar.
Bulud içində oynayan şimşək küləyə köz eşdirər.
Ruha səpilən şəfəq çəmən ayaqladır.
Ot öpən ayaq paklanar.

***

Vətənin şirinliyi yaş artdıqca çoxalar.
Vətən uğrunda ölənin, keşiyini vətən çəkər.
Vətənin nə olduğunu qürbətdə can verən bilər.
Vətənindən nigaran gedən igidin, mürgüsü dağılar.
Vətənpərvərlik-baba sümüyündən qana keçən irsdir.
Vətən üçün qazılan səngər, mələk qanadına bənzəyir.
Vətənin ürəyi, düşmənlə sərhəd olan torpaqda döyünər.
Vətən haqqında bəstələnən mahnı, igidlik himni kimi olar.
Vətənpərvərin vətəninin xəritəsi ürəyində olar, dilində yox.
Vətənin yarasına qanıyla məlhəm olmayanın, azadlıq arzusu ürəyində qalar.
Vətən kimin üçünsə təmiz səmadır, kimin üçünsə əziz ana. Ananı qoruyarlar.
Vətənin daşında bitən yosuna heç nədir deyib keçmə, onun da çox dərdə çarəsi var.
Vətən üçün meydan qanı ilə dan yeri tək qızardan igid, al gün­lərin səhərinə nur ələyər.
Doğru yalanla qardaş olanda, olan da yalan olar.
Dost qapısına yol getmək, ürəkdən-ürəyə yol getmək kimi­dir.
Dünyada hər şeydən doymaq olar, təkcə ana nəvazişindən başqa.
İgidlik qanlı göz yaşı ilə düşmənə kin bəsləməkdir.
Qəlbin güvəndiyi yer, ümüd sığınacağı olar.
Mərd yanında yaşasa da, namərd oğlu namərd olar.
Pis insanla bir evdə yaşamaq, tüstü ilə odun arasında qalmaq kimidir.
Sağlığında qiymətini ala bilməyən igid, gözdən düşər.
Şəhid yatan torpaq, ürəkdən çox ayağı yandırar.
Şəhidin qanı vətən torpağına səpilən nur kimidir.
Vətən üğrunda ölənin, keşiyini vətən çəkər.
Vətəndə evi olmayan, bir qərib kimi yaşayar.
Vətəni gül ağacı edib, sarmaşıq kimi ona sarılmamısansa, və­tən demə.
Silahlı söz insanı həbsə aparır.
Şairin gözünə əzrayıl da, gözəl qadın donunda görünər.
Sükut yarpaqda parlayan şeh, doluxsunmuş göz kimidir.Təki cəsurlar ah çəkməsin.
Xeyir-dua günəş şüası kimidir. Hər kəsi isindirər.
Xeyirxah adam atını poladdan nalladar ki, səsi heç kimi na­ra­hat etməsin.
Ədalət südündən yanıq olan hakim, qumara-arağa həris olar.
Səhrada tək bitən lalə, Məcnuna bənzəyir.
Sənə əziz olan adamın yanında özünü ucuz tutma, cəsarətin tükənər.
Erkən düşən şeh, torpağın sətəlcəmdən sağalması kimidir.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: