Rəsul Həmid (1966)

Rəsul Həmid (1966) Rəsul Həmid (Həmidov) - 1966-cı il fevralın 21-də
Qəbələ rayonunun Vəndam Qəsəbəsində doğulub.
1973-1983-cü illərdə Vəndam qəsəbəsindəki
1 və 2 saylı orta məktəblərdə oxuyub.
Orta məktəbi bitirən ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub.
3 ay sonra öz ərizəsi ilə texnikumdan imtina edib.
1984-1986-cı illərdə (SSRİ dövrində) Almaniya Demokratik Respublikasında Leipzing və Drezden şəhərlərində həqiqi hərbi xidmətdə olub. 1986-1991-ci illərdə keçmiş SSRİ-nin (indiki Rusiya Federasiyasının) Tumen və Kazan şəhərlərində,
1991-1992-ci illərdə Belarusiyanın paytaxtı Minsk şəhərində xidmətini davam etdirib.
1992-ci ildə könüllü olaraq 1-ci Qarabağ ətrafında gedən döyüşlərdə yaxından iştirak edib və Sərsəng su anbarı ətrafındakı döyüşlərdə qol nahiyəsindən qəlpə yarası alıb.
1993-2004-cü illərdə Sumqayıt şəhərində yaşayıb.
1994-cü ildə bu şəhərdə ailə həyatı qurub, 2 oğul atasıdır.
2005-ci ildən bəri doğma elində Vəbdam qəsəbəsində yaşayır.
Övladları balaca ikən ömür gün yoldaşını nakam itirən şair, övladlarını böyüdüb və təhsil verib.
Şeirə, ədəbiyyata, poeziyaya orta məktəb illərindən çoxlu marağı olan şair, neçə-neçə şeirlər yazmışdır.
Hazırda şairin müxtəlif mövzularda 100-lərlə şeirləri və təmsilləri var.
Şeirləri müxtəlif mətbuat orqanlarında, "Vətən""Canım Azərbaycanım" ədəbi məcmuələrində,
ZiM.AzZirve.info saytlarında dərc olunub.

Biz də Rəsul Həmidə yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Pərvanə ZALAMLI,
"Borçalı" nəşriyyatının, eləcə də,
"Şərqin səsi" və "Elm və Təhsil" qəzetlərinin
Qəbələ bölgəsi üzrə nümayəndəsi

ZiM.Az



BAKI

Ölkəmin paytaxtı mərkəz şəhərim,
Səninlə açılır hər gün səhərim.

Sənə heyran olur, hər gəlib görən,
Səninlə fəxr edir bu yurd, bu Vətən!

Şöhrətin hər yana yayılıb sənin,
Döyünən qəlbisən ana Vətənin!

Ey ana yurdumun gözəl şəhəri,
Səninlə açıram hər gün səhəri.

Doğma Bakımızsan, doğma diyarsan,
Azad bir quş kimi sən bəxtiyarsan.

Hər yanda yüksəlir uca göydələn,
Çoxdu Bakımızı ürəkdən sevən.

Alırlar neftini, həm də qazını,
Ürəkdən yazıram mən bu yazlnı.

Bütün ölkələrdə üzünüz ağdı,
Yalnız bircə dərdin, tək Qarabağdı…


Gözəl deyilmi?

Sorurlar qəzəldə nədir gözəllik?
Olsaydı əlimdə sübuta dərslik.
Deyərdim gözəldi, nəcib, sadəlik,
Şirin kəlmə özü gözəl deyilmi?
Şeirin gözəli qəzəl deyilmi?

Dənizi görəndə coşğun, dalğalı,
Səmada qıy vurub uçan qartalı,
Dağların yam-yaşıl yamacı, yalı,
Baxmaqdan doymursan, gözəl deyilmi?
Şeirin gözəli qəzəl deyilmi?

Uca dağlar, yaşıl bağlar, gen dərələr,
Nərgizli, laləli, reyhanlı düzlər.
Saranı aparan gur axan sellər,
Canlı bir əsərdi, gözəl deyilmi?
Şeirin gözəli qəzəl deyilmi?

Ayna gözlü bulaqların şır-şır səsi,
Sübh səhərlər quşların da şən nəğməsi.
Dinlədikcə Qarabağın şikəstəsi,
Ruha qida verir, gözəl deyilmi?
Şeirin gözəli qəzəl deyilmi?


Mənim ola

Qəlbi elə bağlı, eşqi asiman,
Bir könül ovlayan dil mənim ola.
Bağbanı olduğum bağın töhfəsi,
Həsrətin çəkdiyim, gül mənim ola.

Vətənə bir əziz adam olaydım,
Vətənçün düşməndən qisas alaydım.
Harayına, hayına mən də çataydım,
Cəbhədə silahlı əl mənim ola.

Eşqim, məhəbbətim, yazın, baharın,
Örpəyi olaydı yaşıl dağların.
Məni valeh edən gül üzlü yarın,
Saçını tərpədən yel, mənim ola.

Qəbələ, Vəndamdı mənim ünvanım,
Yoxdu başqa yerdə döngə, dalanım.
Əbədi yaşasın Azərbaycanım!
Dünyada bəxtəvər el mənim ola.


Bitən gənclik

Nə tez keçdi dövran, qocaldı zaman?
Zamanın qoynunda bizmi qocaldıq?
Uşağlıq illərim çıxmır yadımdan,
Nə tez yaşa dolduq, nədən güc aldıq?

Gənclik illərimin xatirələri,
Xəyalən, çox vaxtı düşür yadıma,
Mən yaşa dolduğca gördüm nələri,
Cənclik daha mənim çatmır dadıma.

Hərdənbir düşünüb kədərlənirəm,
Özümdən il-bəil itən gəncliyə.
Baxıb övladıma fərəhlənirəm,
Oğlumun gözündə bitən gəncliyə,
Gözümün önündə bitən gəncliyə.


Böyükdü dərdi

Ah çəkib danışma, hər yanım dərddi,
Dərddən danışmaqda sanki adətdi.
Yayım çox istidi,qışımda sərtdi,
Ayıra bilmirsən, mərddən-namərdi,
Dünyanın özünün böyükdü dərdi.

Hamı bu dünyadan nə isə umur,
Varlı yetim görür,gözünü yumur.
Küçədə ac itlər adama cumur.
Böyüklə-kiçiyin yoxdu sərhəddi,
Dünyanın özünün, böyükdü dərdi.

Deyirlər, həyatın öz əlindədir.
Bu sözü deyənin söz dilindədir.
Hər şey tək allahın qədərindədir.
Biz axı bəndəyik, aşmayaq həddi,
Dünyanın özünün, böyükdür dərdi.

Dəhşətli püskürən nəhəng vulkanlar,
Çox yeri cənginə olan yanğınlar,
Yeraltı təkanlar, ölən qurbanlar,
Dünyanı pis günə qoyub betərdi.
Dünyanın özünün, böyükdür dərdi.



Ulu öndər

Ey ulu xalqımın vahid lideri,
Tarixin çarxını döndərdin geri.
Yaratdın ən böyük şah əsərinlə,
Canlandı ölkənin hər ovuc yeri.

Qara zülmətlərə işıq, yol salan,
Xalqımın ən böyük rəhbəri oldun.
Millətin gözündə göyə ucalan,
Azəri türkünün öndəri oldun.

Qoymadın ölkəni parçalanmağa,
Xalqı birləşdirdin bir amalda sən.
Dünyəvi, müstəqil dövlət qurmağa,
Heydərdən güc aldı yaşadı Vətən!

Vətənin xeyrinə gördüyün işi,
Bəhs etməz yazmağa qalın kitablar.
Əsrin ən böyük neftin sazişi,
Heydərin adı ilə tarixdə qalar.

İndi Azərbaycan inkişafdadı,
Gözəl şəhərləri, abad kəndləri.
Bizə yol göstərən Heydər babadı!
Var onun hər yolda ayaq izləri.

Qurduğu nə varsa vətəndə qalıb,
Hər yerdə adına heykəl ucalıb.
Vətənə qurbandı bu şair canım,
Heydərlə fəxr edir, Azərbaycanım!!!


Qəhrəman Polad

Azərbaycanın Milli Qəhrəmanı
Şəhid general-mayor Polad Həşimovun
əziz xatirəsinə


Aprel döyüşündə rəşadətindən,
Döndüm Vətənimin igid oğluna
Düşmənə dərs verdin "Lələ-Təpə"dən,
General yazıldı mükafatına.

Şanlı ordumuzun igid zabiti,
General rütbəsi çiyinlərində
Tovuza atılan düşmən raketi,
Səni şəhid etdi öz Vətənində.

Vətənə, torpağa olan sevgisi,
Poladçün hər şeydən öndə durardı.
Sanki evi idi, hərbi hissəsi,
Səngərdə, əsgərlə birgə olardı.

Vətən keşiyində dayanan Polad
Yatmadı, gecəsin gündüzə qatdı
Torpağı işğalda olmadı rahat
Vətən üçün, şəhidlik zirvəyə çatdı.

Vətəni sevməyi öyrətdi bizə
Məzarı bizim üçün qurur yerimiz.
Polad oldu səbəbkar, birliyimizə.
Bir dəmir yumruqda birləşməyimiz.

İti qovan kimi, qovdu düşməni
Minlərlə Polad tək qəhrəmanımız.
İşğaldan qurtardıq doğma Vətəni,
Yaşasın ordumuz, baş komandamız!!!


Birlikdə güclüyük

Atatürk yolçusu, Heydərin oğlu
Ərdoğan, İlhamlı sərkərdəmiz var.
Ölkəmiz getdikcə zəfərə doğru,
Dünya baxıb görür hünərimiz var.

Azərbaycan, Türkiyə qardaşlığımız.
Hər yerdə çəkilir qoşa adımız.
Birlikdə güclüyük, dünyada görür,
Çıxdı azadlığa Qaradağımız.

Bu tək bir millətin, iki dövlətin,
Qoşa dalğalanır bayraqları da.
Yayılır dünyaya gücün, qüdrətin,
Yazılır tarixin kitabları da.

Çəkildi yurdumdan düşmən ayağı.
Şuşaya sancıldı dövlət bayrağı.
Əsil qələbənin sevincin daddıq,
Qurtuldu düşməndən Vətən torpağı.


Zəfər Qələbəsi

Yaddan çıxmaz axan şəhid qanları,
Alt-üst oldu düşmən istekamları.
Qarabağdan qovduq paşiniyanları.
Qarabağa bizim zəfər yolumuz,
Qırx dörd günə qələbə çaldı ordumuz.

Düşmən yığdı çox ölkədən muzlular,
Ölkəmizə təxribatlar qurdular.
Şəhərləri ballestiklə vurdular.
Gözümüzdə olmadı heç qorxumuz,
Qarabağa bizim zəfər yolumuz,
Qırx dörd günə, qələbə çaldı ordumuz.

Bizim ordu ancaq irəli gedirdi,
Neçə kəndi gündə azad edirdi.
Qayalardan,dırmaşaraq qalxaraq,
Şuşayada zəfərini gətirdi.
Bah bu idi, bizim əsas arzumuz,
Qarabağa bizim zəfər yolumuz,
Qırx dörd günə, qələbə çaldı ordumuz.


Qarabağ

Xalqımın böyük bir dərdi-səri var.
Dünyanın fırlanan öz təkəri var.
Bütün dövlətlərin sərhədləri var.
Murovun zirvəsi daima qardı,
Hamının bir dərdi, tək Qarabağdı!

Ulu babaların oyurd yeridir.
Kamanın sızlayan qoşa telidir.
Vaqif, Nətəvanın doğma elidir.
Hər kəsin köksündə yaralı dağdı,
Hamının bir dərdi, tək Qarabağdı.

Üzeyir nəğməsi, Xanın səsidir.
Azəri xalqımın vuran nəbzidir.
Kim desə Qarabağ özgə kəsindir,
Bilinki böhtandır,ağ bir yalandır,
Hamının bir dərdi, tək Qarabağdı.

Cıdır düzü, igidlərin oylağı,
Yayılıb hər yana onun sorağı.
Heç yaddan çıxarmı İsabulağı?
Bu yer başdan-başa bir xanimandı,
Hamının bir dərdi, tək Qarabağdı.

Arazdan cənubda Savalan dağı,
Bizdən ayrı düşüb, bizim Borçalı.
İşğaldan qurtarsın Vətən torpağı.
Dəyməsin yurduma düşmən ayağı.
Bizim musiqimiz ruha qidadı,
Muğamın beşiyi o Qarabağdı!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: