Nəhayət Məhəmmədqızı (1981): "Sirli ürəyimi sənə açıram..."

Nəhayət Məhəmmədqızı (1981): "Sirli ürəyimi sənə açıram..." Nəhayət Məhəmməd qızı Şirinova -
1981-ci il yanvarın 6-da
Quba rayonundakı Tülər kəndində
ziyalı ailəsində dünyaya göz açıb.
ADPU Quba filialının əməkdaşıdır.
Fəali ictimaiyyətçidir.
YAP Quba Rayon Təşkilatının
Qadınlar Şurasının sədr müavinidir.
İnklüziv təhsil üzrə təlimçidir.
Ailəlidir, 3 övladı var.
Nəhayət Məhəmməd qızı həm də poeziya vurğunudur.
Hələ orta məktəb illərindən şeirlər yazır.
Şeirləri müxtəlif mətbuat orqanlarında
və poeziya antologiyalarında dərc olunub.
"Qızıl Qələm" mükafatı laureatıdır.

Biz də Nəhayət xanıma yeni-yeni uğurlar arzulayır
və onun bir neçə şeirini aşağıda dəyərli oxucularımıza
təqdim edirik.


ZiM.Az


Azərbaycan!

Adınla bağlıdır bütün zəfərlər,
Ey odlar diyarım, Azərbaycanım!
İgidlərin yolunda can verərlər,
Ey gözəl diyarım, Azərbaycanım!

Adın sanın bəllidir hər millətə,
Az yaşınla çatmışam bu ülfətə,
Örnək oldun sən minlərlə dövlətə,
Sən ey qalib yurdum, Azərbaycanım!

Ulu Heydər dühasından güc aldın,
Müstəqillik zirvəsinə güc aldın,
Zəfərinlə sən dünyaya səs saldın,
Qalibiyyət yurdu, Azərbaycanım!

Sərhədləri aşdı səsin, sorağın,
Qan tökməyə yoxdur sənin marağın,
İlham Əliyevdır Ali Baş Komandanın!
Qələbə müjdəli, Azərbaycanım!


Axtarıram mən Nəhayət Məhəmmədqızı (1981): "Sirli ürəyimi sənə açıram..."

Sənsiz keçən günüm, gün deyil ömrüm,
Sənli günlərimi axtarıram mən.
Sənə bir zamanlar dediyim ,gülüm,
Şirin sözlərimi axtarıram mən.

Mən oldum səninçün haqqa əl açan,
Sənin görüşünə quş təki uçan.
Tanrıya səninçün yüz yol əl açan,
Göydə əllərimi axtarıram mən.

Danış bir yalançı söylədiklərim,
Sənlə bir olmağdı yalnız istəyim.
Bil hər an sızlayır, fəqan ürəyim
Sənli illərimi axtarıram mən.

Sanki yox olubdur,o, günlərimiz,
Yetim tək boynunu bükdü sevgimiz,
Üst-üstə düşmədi istəklərimiz
O, nakam qisməti axtarıram mən.

Hara baxıramsa səni görürəm,
Sənin xəyalınla qala görürəm,
Qalada şahzadə səni görürəm,
İtkin xəyalları axtarıram mən.

Əlimi tutmağa əl tapmıyanda,
Qəlbimi odlayan dil tapmıyanda,
Heç kəsin yanında yer tapmıyanda,
Heyy səni gəzirəm, axtarıram mən!
Hey səni gəzirəm, axtarıram mən!


Nəhayət Məhəmmədqızı (1981): "Sirli ürəyimi sənə açıram..."Ürəyimi açıram

Sirli ürəyimi sənə açıram,
Qəlbimin niskili boşalsın deyə.
Riyadan, yalandan uzaqlaşıram
Qorxuram gün gələr başımı əyər.

Gözümün gülüşü aldadır səni,
Mən kədər yeyirəm çörək yerinə.
Özüm də bilmirəm necə dözürəm,
Sinəmdə daş vurur, ürək yerinə.

Gah dönür həyatım zülmət gecəyə,
Ömür yollarında gah sökülür dan.
Soyuğ ocağımı isitsin deyə
Bir çırağ görünür sanki uzaqdan.

Elə bil həyatım nağıl kimidir,
Bax hər kəs dinləyir mənim dilimdən,
Ay dostlar, bəlkə siz deyəsiz bilim
Mən hara üz tutum fikrin əlindən?

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: