Canım bacım Gulnarə

Canım bacım GulnarəHəyat səni nə tez aldı,
Canım bacım Gulnarə.
Gözəl ana, gözəl qadın
Canım bacım Gulnarə.

Hər insana dəstək olsun,
Sən hamıya kömək oldun
Amma özün cavan getdin,
Bu dunyadan sən Gulnarə.

Nur simanla, gülüşünlə,
Çox xəstəyə şəfa verdin,
Amma ozun bu virusun
Qurbanına çevrildin sən
Tez tərk etdin bizləri sən.

Hamı səni gözüyaşlı
Hər an səni düşünürük,
Bir an səni unutmadıq
Canım bacım - Gulnarə.

Şəklinə baxdıqca,
Səsinə qulaq asdıqca,
Goz yaslarım suzulur
Cavan getdin bu dünyadan
Canım bacım Gülnarə.

Övladların gözü yaşlı
Məzarın üstünə gəlir.
İş yoldaşların səni
Hər yerdə axtarır, gəzir.

Sən ölməzsən bizlər üçün,
Qəlbimizdə yer almısan.
Daim səni yaşadacaq,
Əməllərin, zəfərlərin.
Rahat sən yat məzarında
Canım bacım Gulnarə.

Səadət Möhsüm qızı Məlikova,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: