PÜSTƏ RƏVAN (HÜSEYNOVA): "Vətən torpağından, xəbər al məni..."

PÜSTƏ RƏVAN (HÜSEYNOVA): "Vətən torpağından, xəbər al məni..." Püstə Rəvan (Püstə Sahib qızı Hüseynova) - 1957-ci ildə Salyan şəhərində ziyalı ailədə anadan olub.
1963-cü ildə orta məktəbə gedib, 1973-cü ildə orta məktəbi bitirib.
Həmən ili Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
Ali məktəbi bitirdikdən sonra bir çox dövlət qurumlarında işləyib.
Gənclik illərindən ədəbiyyata marağı olduğundan şeir yazmağa başlayıb.
Şerləri bir sıra mətbuat orqanlarında və ədəbi almanaxlarda işıq üzü görüb.
Hazırda "YURD" ədəbi bədii jurnalının redaktorudur.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
"Qızıl qələm" media mükafatına, "Nəsimi" poeziya diplomuna layıq görülüb.
Eyni zamanda, Vətənpərvər şerlər yazdığına görə "İlin Vətənpərvər şairi" və "İlin sevilən şairəsi" diplomları ilə təltif olunub.
2 kitab müəllifidir. 2 evladı, 3 nəvəsi var.

Biz də çox hörmətli Püstə xanımı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Məryəm ŞÜKÜROVA,
ZiM.Az



XƏBƏR AL MƏNİ

Olmasam dünyada, deyib gülməsəm,
Göylərdən, yerlərdən xəbər al məni,
Gəz bu dünyanı, axtarsan məni,
Elimdən obamdan, xəbər al məni.

Bəyaz gecələrdə nəğmə oxuyan,
Yerlərə nəğməmi, göydən toxuyan,
Fəxr edən ürəklər, yandırıb yaxan,
Odlu misralardan, xəbər al məni.

Susa bilmir yenə dodağım-dilim,
Adicə əlimə yatmayır qələm,
Dünyada sən varsan, bilirəm gülüm,
Tək qalan rəsmimdən, xəbər al məni.

Hünər meydanında, hünər göstərən,
Yaxşılıq eyləyən, düşmən küstürən,
Yığışıb kəsdirən, yolu gözləyən,
Şair dostlarımdan, xəbər al məni.

Məndən sevgi istə, budur doğru yol,
Çalış əməlinlə mənə bənzər ol,
Yazdığım misralar sevgidi bol-bol,
Ruhumu sən çağır, xəbər al məni.

Sevirəm mən səni, unutmaz ürək,
Bizim sevgimizi yaşadaq gərək,
Gəzdiyim torpaqda döyünür ürək,
Bəxtiyar insandan, xəbər al məni.

Dünyaya doğuldum, məhəbbət ilə,
Bu torpağı sevdim səadət ilə,
Əbədi gülərüz bir sevgi ilə,
Tanıyandan dönüb, xəbər al məni.

Sevən ürəklərdən, sevən gözlərdən,
İnsana məhəbbət hörən sözlərdən,
Burda Vətənimdə qalan izlərdən,
Vətən torpağından, xəbər al məni.


QARABAĞ

Azalmadı sevinc verən qəlbimə,
Sənsən mənim vətənimin kədəri.
Ürəklərdə yaşar sevgin həmişə,
Ancaq yoxdur bu nisgilin qədəri.

Mənim ana torpağımsan Qarabağ,
Dözməz ürək hicranına, tab etməz.
Düşmənlərdən azad etmək eşqimi,
Həkk olub qəlbimə, heç zaman itməz.

Şaxələnib ümidimiz gör necə,
Azad edər torpaqları ordumuz.
Azad olar Qarabağım yağıdan,
Al qumaşa bürünəcək yurdumuz.


QORXURAM

Nə danışsam, nə düşünsəm kədərdi,
Şübhələrim ürəyimdə hədərdi,
İnsan özü elə gəldi – gedərdi,
Çox sözüm var, danışmağa qorxuram.

Mən tək dərdli insanlar çox dünyada,
Eşidən yox bir – birlərin dünyada,
Çalış ki, qorx nadanlardan dünyada,
Çox sözüm var, danışmağa qorxuram.

Kədərimi tərpətməyin, qoy susum,
Danışın siz, bəlkə mən qulaq asım,
Yaxşı əməl olsun bağrıma basım,
Çox sözüm var, danışmağa qorxuram.

Yuva qurur kədər, qəlbimdə heyhat!
Ürəkdə susuram, susur bu həyat,
Ömür keçir hər an saatba saat,
Çox sözüm var, danışmağa qorxuram.

Açım ürək, nə söyləyim dünyada?!
Yenə tərsinədi hər şey dünyada,
Siz qalmayın hər nə desəz biganə,
Danışmağa dilim gəlmir qorxuram.

Səbrim yoxdur haqsızlıqdan danışım,
Püstəyəm, söz deməyə uca dağlar aşıram,
Arzulara bürünürəm qarışam,
Çox sözüm var, danışmağa qorxuram.


SƏNSİZ KİMƏM MƏN PÜSTƏ RƏVAN (HÜSEYNOVA): "Vətən torpağından, xəbər al məni..."

Göz yaşlarım axır yanar od kimi,
Baxıram arxanca şirin ad kimi,
Boylanıram sənə bir imdad kimi,
Sənsiz kiməm mən?

Ömrümə gecikdin nələr düşündüm,
Sevincim olmadın necə umudum,
Qışqırıb çağırsan sinar qürurum,
Sənsiz kiməm mən?

Kaş arxaya dönüb gələ biləydin,
Mənim göz yaşımı silə biləydin,
Dərdimi ürəkdə belə biləydin,
Sənsiz kiməm mən?

Tərk edib gedəndən kədərim sönmür,
Bu zalım kədərin üzü də dönmür,
Kədərim, nifrətim torpağa gönmür,
Sənsiz kiməm mən?


SƏNİ GÖRƏNDƏ

Həsrətin köçübdü yenə qəlbimə,
Olsan da uzaqda, yaxınsan mənə.
Alışıb ürəyim yanar oduna,
Nə edim bilmirəm, nə edim yenə.

Sənin yollarına boylanır gözüm,
Yaşadan ümiddir məni həmişə.
Sübhün işığına açılır gözüm,
Mən ki, tələsirəm, sənlə görüşə.

İstəklər qəlbimdə verib baş-başa,
Odu var ürəkdə, atəşim sönmür.
Ülvi məhəbbətin kövrək yolunda,
Boylanıb bu eşqdən, ürək də dönmür.


XƏYALI SEVGİM

Gözümün önündə o gül camalın,
Durub qəmli-qəmli baxır üzümə.
Tərk etmir bir anlıq məni xəyalın,
Gözlərin dikibdi mənim gözümə.

Bax belə xəyalla yaşayırıq biz,
Xəyalla görüşüb,ayrılırıq biz.
Görünür bir vurur ürəklərimiz,
Xəyal olduğunu unuduruq biz.

Xəyallar aləmi, yaxşı ki, varsan,
Çatırıq səninlə hərdən vüsala.
Bəzən uzaqlara belə aparsan,
Bəzən də olursan alınmaz qala.

Xəyal,İlahininhədiyyəsidi,
Onu bizim üçün təsəlli verib.
Xəyal, sevənlərin gizli səsidir,
Nə vaxtsa yerlərə səmadan gəlib.


ŞER YAZANDA PÜSTƏ RƏVAN (HÜSEYNOVA): "Vətən torpağından, xəbər al məni..."

Fərəhli oluram mən,
Sevgi şeri yazanda,
Sevilib yaşayıram,
Sevgi şeri yazanda.

Məhəbbətlə doluram,
Qəmdən uzaq oluram,
Qanadlı quş oluram,
Sevgi şeri yazanda.

Məhəbbətlə oluram,
İçimdə duruluram,
Hər şeyi unuduram,
Sevgi şeri yazanda.

Şerim necə ucalır,
Cənnət olur bu dünyam,
Qaçıb yox olur kədər,
Sevgi şeri yazanda.

Dönüb Leyli oluram,
Eşqlə ilham alıram,
Sevinclərlə doluram,
Sevgi şeri yazanda.

PÜSTƏ RƏVAN (HÜSEYNOVA),
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: