YƏHYA DARVAZLI (1935)

YƏHYA DARVAZLI (1935) YƏHYA DARVAZLI

Yəhya Namaz oğlu Çobanov 1935-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz Kəndində anadan olub.
1955-ci ildə Darvaz orta məktəbini, 1968-cvi ildə H.Zərdabi adına APİ-nin fizika-riyaziyyat fakültəsini bitirib.
Qırx il orta məktəbdə müəllim işləyib.
Hazırda təqaüdçüdür.
Həm savadlı, bacarıqlı və təcrübəli müəllim, həm də güclü pələvan kimi tanınan Yəhya Darvazlı eyni zamanda istedadlı şair kimi tanınır. On şeirlər kitabının müəllifidir.
Biz də Yəhya müəllimə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqim edirik.



QOCALANDA

Ay ellərim, sizə bircə sözüm var,
Qırış-qırış olur üz, qocalanda.
Sözlərimi gəlin etməyin inkar,
Ailədə keçmir söz, qocalanda.

Həyatın qanunu yaranıb belə,
Yayılıb hər yana, mahala, elə.
Sözlərim gedəcək hər zaman yelə,
Desəm də sözümü düz, qocalanda.

Yəhyayam, sözümə siz şərik olun,
Uzağa düşməsin heç zaman yolun.
İşləməsə sağın, ya da ki, solun,
Keçməz sözləriniz siz qocalanda.

XƏBƏR AL MƏNİ

Şair Nizami Saraçlıya


Axtarmaq istəsən şair Yəhyanı,
Musadan, Müşfiqdən xəbər al məni.
Borçalı vətənim, Darvazdı yurdum,
Elimdən-obamdan xəbər al məni.

Mərfəti, hörməti mən gördüm səndə,
Gəl gəzək səninlə şehli çəməndə.
Dediyin söz-söhbət durur sinəmdə,
Zəlimxan Yaqubdan xəbər al məni.

Yəhyayam, el-obam tanıyır məni,
Nadanlar dağladı odlu sinəmi.
Borçalıdan Bakıya gəlməyimi,
O həkim Səməddən xəbər al məni.

PAPİROS

Bir neçə il çəkdim səni,
Zəhərlədin bədənimi.
Avammı sayırdın məni,
Verirdin ziyan, papiros.

Çəkdim ürəyim üzüldü,
Hisin qanıma süzüldü.
Qəlbə yaralar düzüldü,
Çoxdu zərərin, papiros.

Zəhərlədin təmiz qanı,
Səndə insaf söylə, hanı?
Bada verdin sağlam canı,
Eylədin ziyan, papiros.

Yəhya deyər, əl çək məndəm,
Xeyir görmür heç kim səndən.
Neçəsini saldın əldən,
Eylədin ziyan, papiros.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: