APREL QƏHRƏMANLARINA

APREL QƏHRƏMANLARINA
Elimin, yurdumun igid canları,
Əziz Vətənimin qəhrəmanları!

Əlimdə Qarabağ həsrətli qələm,
Nə yazım, könlümə təsəlli edəm?!

Dünyaya göstərdiz yurdçün ölməyi,
Yox-yox!! Səhadətin donun geyməyi.

Ölümsüz adını qazananlarım,
Vətən göylərinə iz olanlarım!

Canını xalqına pay edənlərim,
Can Azərbaycanma can verənlərim!

Siz ey carçıları haqq-ədalətin,
Ruhundan doğulduz Siz bu millətin!

Ana dediyiniz kəslərə qurban,
Onlardan biriyəm, inanın bu an.

Başınız dik tutun, Siz ey Atalar,
Düşməni endirən övladınız var!!!

Candan əzəl Vətən deyən igidlər,
Torpağa dip-diri girən igidlər.

Qələbə şirnisin daddırdı onlar,
Ruhları yenidən oyatdı onlar.

İndi bu qələm də silahdır mənə,
Tuşlansın güllələr düşmən köksünə.

Daha səbrimin də yoxdur qərarı,
Çəkil, sən ey düşmən qorxaq, fərari.

Gəlir Vətənimin mərd oğulları,
Şairə ananın qəhrəmanları -
Cəvahir ananın qəhrəmanları!...


Сəvahir Qaraqızı


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: