Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!..

Hörmətli Leyla xanlm, “Əməkdar Mədəniyyət işçisi” fəxri adınız mübarək!.. Bu gün Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu tarixi sərəncamda Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əjdər qızı Əliyevanın da adı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Leyla Əjdər qızı Əliyevaya Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.

Azərbaycan Respublikasının Prezidentinin 3 mart 2017-ci il tarixli sərəncamı
Leyla Əliyevanın rəhbərlik etdiyi kollektivin üzvlərini çox sevindirib.
Leyla Əliyeva ona verilən fəxri adın Gürcüstanda mədəniyyət sahəsində çalışan
bütün soydaşlarımızın əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
O, Prezident İlham Əliyevə bu yüksək qayğı və diqqət üçün böyük təşəkkürünü bildirib.

L.Əliyeva 2008-ci ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru vəzifəsinə təyin olunub. O, işlədiyi müddətdə Azərbaycan mədəniyyətinin Gürcüstanda təbliği və inkişafı sahəsində təqdirəlayiq işlər həyata keçirib. Dəfələrlə Gürcüstan Mədəniyyət və Azərbaycan mədəniyyət nazirliklərinin “Təşəkkürnamə”lərinə layiq görülüb.

L.Əliyeva son illərdə Gürcüstanda xalçaçılıq sənətinin inkişaf etdirilməsi üçün Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində böyük işlər həyata keçirir. Leyla Əliyeva bildirib ki, bu tarixi sənət Borçalı kəndlərində, Qaraçöpdə və digər bölgələrdə heç vaxt unudulmayıb: "Vaxt var idi ki, Gürcüstanda yaşayan azərbaycanlıların həyat tərzi yaxşı deyildi. Digər millətlərin nümayəndələri Borçalının kəndlərinə gəlib küçəbəküçə gəzərək xalça ustalarını tapır, onlara ucuz yolla xalça toxumaq üçün sifarişlər verir və azərbaycanlı qadınların toxuduqları nadir xalıları xaricə yad millətin adı ilə satırdılar. Beləliklə də Azərbaycan xalçaları özgə millətlərin xalçası kimi dünyada özünə yer tuturdu".

L.Əliyeva artıq yeddi ildən çoxdur ki, muzeyin fəaliyyətini bu nadir xalça nümunələrinin toxunmasına, nadir xalçaçılıq sənətinin inkişafına yönəldildiyini bildirib: "Gürcüstanda 39 Azərbaycan kəndində biz hanalar qurdurub, müxtəlif ilməli xalçalar toxuduruq. Onu da qeyd edim ki, sifariş verdiyimiz xalçalar üçün tələb olunan xammalı özümüz tapır, yunu azərbaycanlı çobanlardan alır, onların da bu işdə marağını artırırıq. Xalçaların toxunmasında Borçalı ilmələrinə xüsusi fikir veririk. Bu üslub çox məşhurdur və Borçalı xalçaları digər xalça növlərindən fərqlənir".

"Biz Borçalı xalçaçılıq məktəbinin inkişaf etdirilməsi üçün toxuculuq sexi və xalça dərnəyi açmaq barədə də fikirləşirik: “Düşünürəm ki, bu işin həyata keçirilməsində mütəxəssislərin də köməyinə ehtiyacımız var. Gələcəkdə əldə etdiyimiz gəlirləri Gürcüstanda Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsinə sərf etməyi nəzərdə tuturuq," - L.Əliyeva qeyd edib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyevanın təşəbbüsü və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü ilə xalçaçılığa aid kitab da nəşr olunub.

Tiflisdə Azərbaycan Mədəniyyət Muzeyi Gürcüstanda Azərbaycan mədəniyyətini, incəsənətini gürcülər arasında durmadan yayır. Mədəniyyət Muzeyində hər il gürcü və Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin görüşləri keçirilir və bu tədbirlərdə Azərbaycan mədəniyyətinin əldə etdiyi uğurlar və yüksək göstəricilər haqqında ətraflı məlumat verilir. Bütün bu tədbirlərin keçirilməsində Leyla Əliyevin əməyi danılmazdır.

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından çox hörmətli Leyla xanım Əliyevanı
Azərbaycan Respublikasının “Əməkdar Mədəniyyət işçisi” fəxri adına
layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı və mədəniyyət sahəsində həyata keçirdiyi
işlərdə yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Gürcüstanda Azərbaycan mədəni irs nümunələrinin sərgisi keçirilib

Tiflis
AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

AMEA-nın vitse-prezidenti Tiflisdəki Azərbaycan Mədəniyyət Muzeyində olub

M.F.Axundzadə adına Muzey, "Zirvə", Tiflis
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyi

M.F.Axundzadə adına Muzey, Tiflis
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" ...

Azərbaycan, Siyasət
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respubli ...

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respubli ...

Rəsmi Xəbərlər, Qadın dünyası
Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

Tbilisidə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişaf perspektivləri m ...

M.F.Axundzadə adına Muzey, Tiflis

"Qazax-Borçalı bölgəsinin xalçaları"

Azərbaycan, Borçalı
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

AMEA Naxçıvan Bölməsinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ...

Naxçıvan
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs ...

M.F.Axundzadə adına Muzey, Tiflis
Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

Füzuli İsmayılova “Əməkdar jurnalist” fəxri adı verilib

MEDİA, Təbriklər
Leyla Əsədova

Leyla Əsədova "Fəxri Diplom"a layiq görülüb

"Elm və Təhsil", Gənc istedadlar
AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb

Borçalı, Tiflis
Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Yeni nəşrlər, Tiflis
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

M.F.Axundzadə adına Muzey, Tiflis
Rəy yazın: