Tiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilib

Tiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilibTiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilibTiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilibTiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilib Tiflisdə görkəmli azərbaycanlı alimin anım mərasimi keçirilib Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində əslən Qardabanidən olan Rusiya Təbii Elmlər Akademiyasının akademiki, Beynəlxalq Pedaqoji Təhsil Akademiyasının üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, onlarla kitab, məqalə və monoqrafiyalar müəllifi və 2002-ci ildən ömrünün sonuna kimi Rusiya Federasiyasının İnnovativ Texnologiyaların İnkişafı Fondunun Prezidenti vəzifəsində çalışan Yaqut Məhəmmət oğlu Neymətovun anım tədbiri keçirilib.

Tədbiri Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov açaraq görkəmli alimin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.
Sonra tədbirdə çıxış edən, mərhum alimin oğlu, Rusiya prezidentinin milli azlıq məsələləri üzrə müşaviri Azad Neymətov atası Yaqut Neymətov haqqında xatirələrini danışıb və görkəmli alimin ömrünün məhsuldar çağında, 59 yaşında anadan olduğu Qardabanidə qəflətən vəfat etdiyini və əməksevər insan olduğunu və kitabları sevdiyini, nəhayət, elm yolu ilə gedərək M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bildirərək müxtəlif dövlət vəzifələrində, təhsil müəssisələrində işlədiyini bildirib.

A.Neymətov Moskvadan, Bakıdan, Tiflisdən, Qardabanidən anım mərasiminə gələn qonaqlara, qohumlara və atasının dostlarına, yaxınlarına minnətdarlığını bildirib.

Anım mərasimində Rusiyada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətin sədri, publisist Vasif Məmmədov pedaqoji elmlər doktoru, professor Yaqut Neymətovun elm sahəsində əldə etdiyi uğurlarından və insani keyfiyyətlərindən danışıb. O, qeyd edib ki, mərhum alim Moskva ictimai mühitində samballı mövqe tutan akademik idi: “Y.Neymətov milli-mənəvi dəyərlərimizə, milli kökə və təfəkkürümüzə bağlı insan olub. O, dostluğa ləyaqətli, sədaqətli, dinini, Azərbaycan dilini sevən və yaşadan, Rusiyada azərbaycanlıların birliyinə çalışan insan idi. O, həmçinin Rusiyada nəzəriyyəçi alim kimi məşhur idi.”

Tədbirdə Gürcüstan parlamentinin sabiq spikeri Mixail Maçavariani, parlamentin azərbaycanlı müxalifət və iqtidar deputatları, Azərbaycanın prezident aparatının əməkdaşı Natiq Əliyev, “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyev, gürcü rejissoru Tenqiz Txilava, tarix elmləri doktoru, akademik Petre Koçakidze-Çaladideli, Rusiya Federasiyasının Gürcüstandakı İsveç səfirliyi nəzdində Rusiya maraqları seksiyasının başçısı Vadim Qarelov, tarix elmləri doktoru Əşrəf Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloölu, ziyalı Firdovsi İsgəndərov, Türkiyədən gələn Cəfər Türkoğlu-Mustafalı və başqaları çıxış edərək görkəmli azərbaycanlı alim Yaqut Neymətov haqqında ürək sözlərini və xatirələrini, ona həsr etdikləri şeirlərini söyləyiblər.

Tədbirdə Qardabani 3 saylı orta məktəbin şagirdləri şair-publisist, alim Yaqut Neymətovun Azərbaycan, Qarabağ, Vətən və dünya haqqında şeirlərini söyləyiblər.

Anım mərasimində mərhum alimin həyat yoldaşı Rahilə Süleymanova, Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin müəllimi, mərhum alimin qızı Aidə Neymətova və qohumları, yaxınları da iştirak ediblər.

Anım mərasimində görkəmli alimin qardaşı Mayak Nümətov Nemətovlar ailəsi adından tədbir iştirakçılarına təşəkkür edib.
Sonda Y.Neymətovdan bəhs edən film nümayiş etdirilib.

Xatırladaq ki, Yaqut Məhəmməd oğlu Neymətov 2013-cü ildə Qardabanidə qəflətən dünyasını dəyişib və anadan olduğu Qardabanidə torpağa tapşırılıb.

Gürcüstan. Nizami Məmmədzadə-APA.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

---
Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavidə Xalq şairi Zəlimxan Yaqubun anım mərasimi keçirilib

Rustavi
Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi

Elm, Borçalı
Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Arif Əmrahoğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Ədəbi tənqid, Borçalı
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keç ...

Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
ALİMLƏR EVİNDƏ KƏRİM KƏRİMOVUN YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

ALİMLƏR EVİNDƏ KƏRİM KƏRİMOVUN YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

Elm
Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflisdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans ...

Tiflis
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş  ...

Görkəmli ədəbiyyatşünas alim Mirzağa Quluzadənin 110 illiyinə həsr olunmuş ...

Humanitar elmlər, "Zirvə", UNUTSAQ, UNUDULARIQ!....
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

AMEA-da görkəmli alim Mirzə Rəhimovun 90 illiyinə həsr olunan tədbir keçiri ...

Humanitar elmlər
TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

TƏBRİK EDİRİK!.. BDU-nun rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü s ...

BDU, Təbriklər
Rəy yazın: