ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİKÖNÜL GÜLBALA QIZI XƏLİLOVA
Şirvan şəhər 21 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi


“İlkin tərbiyə hər şeydən vacibdir
və bu ilkin tərbiyəni şəksiz ki, qadınlar görməlidir”

J.J.Russo


Sevib-seçdiyi peşəyə qəlbən bağlı olan Könül Xəlilova işlədiyi Şirvan şəhər 21 nömrəli tam orta məktəbin qabaqcıl ibtidai sinif müəllimlərindən biridir. O , yaxşı işi ilə məktəb rəhbərliyinin, şagird və valideynlərin hörmətini qazanıb. Ona hörmət gətirən işgüzarlığı, məktəbin ictimai həyatında fəal iştirakı, peşəsinə qəlbən bağlılığı və digər xüsusiyyətlərdir. Könül müəllimə müqəddəs peşə sahibi olması ilə fəxr edir, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarığını sərf edir. Könül müəllimə deyir ki, şagirdlərin oxu və yazı vərdişlərinə, riyazi biliklərə yiyələnməsinin əsası ibtidai sinflərdə qoyulur. Bu mənada ibtidai sinif müəllimləri bu amili diqqət mərkəzində saxlamalı, işlərinə daha məsuliyyətlə yanaşmalıdırlar.

K.Xəlilova 1981-ci ildə may ayının 17-də Sabirabad rayonunun Axtacı-Muğan kəndində anadan olub. 1998-ci ildə Sabirabad rayonu Güdəcühür kənd orta məktəbini bitirib. Daha sonra Əli-Bayramlı Pedoqoji Texnukumunda ibtidai sinif müəllimi ixtisası üzrə təhsil alıb. 2001-ci ildən Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə işləyir.Könül müəllimə hazırda 2b sinfində dərs deyir. Sinifdə 26 şagird təhsil alır. Könül müəllimənin dediyinə görə şagirdləri dərs məşğələlərində fəal iştirak edir, verilən tapşırıqları çətinlik çəkmədən yerinə yetirirlər, bir-biri ilə əməkdaşlıq etməyi bacarırlar. Könül müəllimə dərsin keyfiyyətini həmişə diqqət mərkəzində saxlayır, bu məqsədlə dərsin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışır. K.Xəlilova özünə və şagirdlərinə qarşı tələbkar olmaqla yanaşı, şagirdlərinə qarşı olduqca diqqətli, mehriban və qayğıkeşdir. Necə oldu ki, məhz ibtidai sinif müəllimi ixtisasını seçdiniz? sualımı Könül müəllimə belə cavablandırdı: “Hələ uşaqlıq dövründən müəllim peşəsinə böyük marağım var idi. Digər tərəfdən mənə orta məktəbdə dərs deyən müəllimlərin bu peşəni mənə sevdirməsi olub. İbtidai sinif müəllimi ixtisasını seçməyimdə isə ibtidai sinif müəllimim Yavər Xəlilovun bu ixtisası mənə daha çox sevdirməsi olub. Dərsdən sonra asudə vaxtlarımda həmyaşıdlarımı başıma toplayıb, onlara “müəllimlik” edir, bir növ əmimi təqlid edirdim. Hələ o zaman gələcəkdə ibtidai sinif müəllimi olacağım haqqında qəti qərarımı verdim. Söhbət əsnasında Könül müəllimə keçmiş orta məktəb müəllimlərindən Cəfər müəllimin, Adil müəllimin, Sabir müəllimin, İdris müəllimin adlarını çəkdi və bütün müəllimlərin zəhmətini yüksək qiymətləndirdi. Könül müəllimə Yeni Azərbaycan Partiyasının üzvü kimi məktəbin ictimai həyatında və keçirilən tədbirlərdə fəal iştirak edir, ibtidai siniflər arasında keçirilən tədbirlərin təşkil olunmasında yaxından köməklik göstərir. K.Xəlilova müxtəlif kurslarda olmuş və sertifikatlar almışdır. O, pedoqoji və metodoiki savadının artırılması qayğısına qalan pedoqoqlarımızdan biridir. K.Xəlilova 3 övlad anasıdır: Nicat Abuzərov, Namiq Abuzərov, Nurlan Abuzərov. Nicat Xarici Dillər Universitetini, Namiq isə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır. Nurlan Şirvan şəhər 21 nömrəli tam orta məktbin 11-ci sinif şagirdidir.

Alik Rzayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Qızıl Qələm” mükafatı laureatı



ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİMEHRİBAN ƏLİSURƏT QIZI İSMAYILOVA
Şirvan şəhər 21 nömrəli tam orta məktəbin
Riyaziyat-fizika müəllimi


“Nə qədər çox bilsən, bir o qədər güclü olarsan”
M.Qorki


Belə bir atalar sözü vardır: Elmsiz insan meyvəsiz ağaca bənzər. Elm, bilik, insan həyatının meyyarı olmalıdır. Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə şagirdlərimizə elm, bilik öyrədən müəllimlərimizdən biri də Mehriban Əlisurət qızı İsmayılovadır. Müəllimlik peşəsi həm məsuliyyətli, həm də şərəfli peşədir. Bu peşənin incəliklərini və məsuliyyətini duyan, üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışan və bunun üçün bütün qüvvə və bacarığını sərf edən müəllimlərimizdən biri də Mehriban müəllimədir. Mehriban müəllimə 1975-ci il senyabr ayının 18-də Şirvan şəhərində anadan olub. Şirvan şəhər M.İsrailov adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyi 1992-ci ildə bitirib. 1997-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyat-fizika fakultəsini bitirən M.İsmayılova həmin ildən də Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyir. O, hazırda 7 b,c , 8b və 9b siniflərində riyaziyyat fənnini tədris edir.
Mehriban müəllimə sadə, adı kimi özü də Mehriban, təvazökar, səmimiliyi sevən bir pedoqoqdur. O, dərsin keyfiyyətini həmişə diqqət mərkəzində saxlayır və bu müddətdə dərsin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışır. M.İsmayılova bütün qüvvə və bacarığını sərf edir ki, şagirdləri proqram materiallarını tələb olunan səviyyədə mənimsəsinlər. Şagirdləri onu çox sevir, verdiyi tapşırıqları layiqincə yerinə yetirməyə çalışırlar. Mehriban müəllimə tədris etdiyi fənni şagirdlərinə daha dərindən sevdirmək üçün dərs məşğələlərinin və sinifdənxaric tədbirlərin imkanlarından bacarıqla istifadə etməyə çalışır. Mehriban müəllimə baxmayaraq ki xeyli vaxtdır orta məktəbi bitirib bu gün də vaxtilə orta məktəbdə ona dərs deyən müəllimlərini unutmur, onları xoş duyğularla yad edir. Söhbət əsnasında o, ibtidai sinif müəllimi Dilruba Rüstəmovanın, riyaziyyat müəllimi Tamella Nəbiyevanın adlarını çəkdi və bütün keçmiş müəllimlərinin zəhmətini yüksək qiymətləndirdi. M.İsmayılova daima savadının artırılması qayğısına qalan pedoqoqlarımızdan biridir. O, müxtəlif kurslarda olmuş və sertifikatlar almışdır. Mehriban müəllimə həm də övladlarını bütün varlığı ilə sevən anadır. O, ömür-gün yoldaşı Elşad Bəhlul oğlu İsmayılov ilə 3 övlad böyüdüb tərbiyə etmişdir: Fatimə, Məhəmməd, Zeynəb. Fatimə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin komputer fakultəsində təhsil alır. Məhəmməd Şirvan şəhər M.İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin 11-ci sinfində, Zeynəb isə Şirvan şəhər 21 nömrəli tam orta məktəbin 8-ci sinfində təhsil alır.

Alik Rzayev
Xəyalə Fərəcqızı



ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİSAMAYYƏ ORUCALİ QIZI ZÜLFÜQAROVA
Şirvan şəhər 21 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi


“Dünyada insan üçün ən böyük ləzzət
yaxşı ad qoyub getməkdir ki,
elə bu adı da yaxşı əməllərin
müqabilində əldə etmək olar”

M.F.Axundov


Samayyə müəllimə şərəfli müəllim peşəsini seçməsi ilə fəxr edir. Və artıq 40 ildir bu missiyanı şərəf və ləyaqətlə yerinə yetirir. Pedoqoji sahədə işlədiyi dövrdə yaxşı işi ilə şagird və valideynlərin hörmətini qazanaraq məktəbin qabaqcıl ibtidai sinif müəllimlərindən birinə çevrilib. Ona hörmət gətirən işgüzarlığı, ziyalılığı, məktəbin ictimai həyatında fəal iştirakı, xeyirxahlığı və digər xüsusiyyətlərdir. Şərəfli, müqəddəs peşə sahibi olması ilə fəxr edən Samayyə müəllimə üzərinə düşən vəzifəni tələb olunan səviyyədə icra etmək üçün bütün qüvvə və bacarığını sərf edir.
Samayyə müəllimənin dedikləri: “Şagirdlərin yazı və oxu vərdişlərinə, riyazi biliklərə yiyələnməsinin əsası ibtidai sinifdə qoyulur. Bu mənada biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Biz ibtidai sinif müəllimləri bu məsuliyyəti dərindən dərk etməli, işimizi günün tələbləri səviyyəsində qurmalıyıq”

Samayyə müəllimənin ömür yoluna bir anlıq nəzər:
1963-cü il fevral ayının 21-də Salyan rayonunda anadan olub. 1978-ci ildə indiki Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbi bitirib. 1982-ci ildə Əli-Bayramlı Pedoqoji Məktəbində ibtidai sinif müəllimi ixtisası üzrə təhsilini başa vurub. Həmin ildən də pedoqoji sahədə çalışır. 1982-1985-ci illərdə Nefçala rayonu Novovasiliyevka kənd 8 illik məktəbində, 1989-1998-cı illərdə Əli-Bayramlı şəhər Pionerlər evində çalışıb. 1998-cı ildən Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə işləyir. Hazırda Samayyə müəllimə 1-ci sinifdə dərs deyir. O, dərsin keyfiyyətini daima diqqət mərkəzində saxlayır, dərsin hər dəqiqəsindən səmərəli istifadə etməyə çalışır.
Müəllim ömrü talehlərə səpələnmiş ömürdür. Ömrümüzdə onun ömrünün qatışığı minbir çalarları var. S.Zülfüqarova müəllim ömrünü yaşaması ilə fəxr edir. Samayyə müəllimə bu gün də keçmiş orta məktəb müəllimlərini unutmur, onları həmişə xoş duyğularla xatırlayır. Rəhmətlik Əzizə Məmmədova, Xanlar Dadaşov, Nəriman Hüseynov, Nazim Ələkbərov, Misir Aslanov, Nəsibə Hüseynova, ibtidai sinif müəllimi Tamara Hüseynova və digər müəllimlər onun həyatında dərin izlər buraxmışlar. Samayyə müəllimin dediyinə görə məhz ibtidai sinif müəllimi ixtisasını seçməsində Tamara müəllimnənin böyük rolu olub.
S.Zülfüqarovanın keçmiş şagirdləri arasında müxtəlif peşə-sənəd sahibləri vardır. Pedoqoji sahəni seçənlər hazırda müxtəlif təhsil ocaqlarında çalışırlar. Samayyə müəllimə ömür-gün yoldaşı rəhmətlik Zülfüqar Əliheydər oğlu Zülfüqarov ilə 2 övlad böyüdüb tərbiyə etmişdir: Emin Zülfüqarlı, Fərid Zülfüqarlı. Emin Lənkəran Dövlət Universitetinin, Fərid isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakultəsini bitiriblər. Emin 10 ildir Saatlı rayonunda ixtisası üzrə müəllim işləyir. Yeni Azərbaycan Partiyasının üzvü olan S.Zülfüqarova dəfələrlə müxtəlif kurslarda olmuş və sertifikatlar almışdır. Onun səmərəli pedoqoqji fəaliyyəti məktəb rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürlə qiymətləndirilmişdir.

Alik Rzayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl Qələm” mükafatı laureatı


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: