“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu “Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu “Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu “Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu “Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu “Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu“Elmin KİV-də təbliği” mövzusu müzakirə olunduBu gün AMEA Geologiya
və Geofizika İnstitutunda “Elmin KİV-də təbliği” mövzusuna həsr olunmuş tədbir keçirildi.

Məqsəd Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılması, kütləvi informasiya vasitələrində geniş təbliği, bu işlərin yüksək səviyyədə təşkili və s. məsələləri müzakirə etmək idi.

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin təşkil etdiyi tədbirdə akademiya institutlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə
AMEA prezidenti akademik Akif Əlizadə açaraq, informasiya və elmi-texniki tərəqqi əsrində elmdə əldə olunan nailiyyətlərin, elmi biliklərin ictimaiyyətə çatdırılması, bu işlərin yüksək səviyyədə təşkilinin önəmliyini bildirdi. Elmin və elmi biliklərin populyarlaşdırılması və təbliğində KİV-in rolundan söz açdı. Jurnalistikanın vacib sahələrindən biri olan elmi jurnalistikanın inkişafının, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsinin əhəmiyyətindən danışdı. A.Əlizadə elmi xəbər və materialların, məqalələrin elmi-populyar dildə hazırlanmasında elmi jurnalistlərin üzərinə düşən vəzifələri xüsusilə qeyd etdi. AMEA-nın fəaliyyətinin, alimlərin elmi nəticələrinin təbliği, elmin piarının yüksək səviyyədə təşkilinin cəmiyyətin aktual elmi nailiyyətlər haqqında məlumatlandırılmasında mühüm rol oynadığını bildirdi.
Elmi jurnalistikanın xüsusi bir istiqamət olduğunu qeyd edən alim burada jurnalistika ilə elmin vəhdət təşkil etdiyini diqqətə çatdırdı. AMEA prezidenti jurnalistləri elmdə baş verən yenilikləri, innovativ layihələri, həyata keçirilən mühüm tədbirləri daha operativ işıqlandırmağa, Azərbaycan elmini yüksək səviyyədə təbliğ etməyə səslədi.

Sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev çıxış etdi. R.Əliquliyev elmi-texniki sahədə tərəqqi ilə KİV-in daha geniş imkanlarının meydana gəldiyini bildirdi. E-informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portalları, İnternet-radio və İnternet-TV kanallarının, bir sözlə elektron-KİV-in informasiyanın operativ ötürülməsində başlıca vasitələrdən olduğunu söylədi. Akademik science.gov.az portalının 20 ildir ki, Azərbaycan elmini təbliğ etdiyini, alimlərimizin fəaliyyətinin işıqlandırılması istiqamətində mühüm işlər gördüyünü bildirdi.

Jurnalistlərlə görüşün əhəmiyyətini qeyd edən R.Əliquliyev informasiya mübadiləsinin operativ şəkildə aparılması, AMEA-nın institut və təşkilatlarının veb-saytlarının daha da inkişaf etdirilməsi, piar siyasətinin yüksək səviyyədə qurulmasının vacibliyindən danışdı. Alim AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının yaradılması və idarə edilməsinə dair treninqin keçiriləcəyini də qeyd etdi.

Tədbirdə həmçinin AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov “Elmin təbliği, müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda təqdimatla çıxış etdi.

Sonra akademiyanın elm müəssisələrinin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları bu sahədə görülən işlər barədə məlumat verdilər.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“BOTANİKA DÜNYASI” ELMİ-POPULYAR BÜLLETENİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“BOTANİKA DÜNYASI” ELMİ-POPULYAR BÜLLETENİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Biologiya və tibb elmləri
AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

Digər bölmələr
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

“Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi nəşr olunub

Yeni nəşrlər, Digər bölmələr
Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

Azərbaycan Milli Elmlər Akademiyası və “Thomson Reuters” təşkilatı arasında ...

"Zirvə"
AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

AMEA-nın Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar isteh ...

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

AMEA ilə “INTERTELECOM” MMC şirkəti arasında niyyət sazişi imzalanıb

Elm
“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından  ...

“İslam maarifçiliyi və müasir dövr” mövzusunda konfransın materiallarından ...

Elm, "Zirvə"
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Biologiya və tibb elmləri, Digər bölmələr
Rəy yazın: