AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışıAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsi ilə əlaqədar Rəyasət Heyətinin geniş iclası keçirilib.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin yubiley münasibətilə təşkil olunmuş tədbirdə Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması istiqamətində dilçilik üzrə müvafiq tədbirlərin həyata keçirilməsi" ilə bağlı səsləndirdiyi fikir ətrafında çıxışı dinlənilib.

Akademik Tofiq Hacıyev ilk olaraq Ulu öndər Heydər Əliyevin kursunu davam etdirən Prezident İlham Əliyevin dövlətçiliyimizin ənənələrini ləyaqətlə qoruduğunu söyləyib: "Heydər Əliyevin üslubunda dövlətçilik işini hər kəs öz təsərrüfat sahəsində, hərə öz peşəsi ilə bağlı məqamlarda daha əyani görür. Mənim də təsərrüfatım dilçilikdir. Dilçilikdə, ana dili, dövlət dili məsələlərində Heydər Əliyev kursunun bu gün addım-addım izlənməsini hamı görür və təbii ki, bir dilçi olaraq mən bu işi hamıdan çox görürəm. Bütün məsələlərdə olduğu kimi, Prezident İlham Əliyev dil sahəsində də Ümummilli lider Heydər Əliyev kursunu davam etdirir".

İclasda akademik dil məsələsinin tarixindən, tarix boyu dilimizin üzləşdiyi problemlərdən danışaraq müstəqillik dövründən əvvəl daha çox siyasi formada ortaya çıxan dil problemi, o cümlədən imperiya daxilində ana dilinin əriyib getməməsi üçün sərf olunan əməklər nəticəsində ana dilinin qorunub saxlanılmasından bəhs edib. Müstəqillik dövründə dil məsələsinin siyasi olmaqla yanaşı, elmi yanaşma tələb etdiyini vurğulayan akademik müasir dövrdə ana dilinin ədəbi dil problemi kimi ortaya çıxdığını, ədəbi dilin zənginləşməsi, saflığı və təmizliyinin qorunub saxlanılmasının qayğı tələb etdiyini bildirib.

Natiq 2001-ci ildə Ulu öndər Heydər Əliyevin dillə bağlı qanun qəbul etməsi ilə ana dilinin, dövlət dilinin ölkənin bütün fəaliyyət sahələrində işlənməsinin məcburi akta çevrildiyini qeyd edib: "Bütün vəzifə sahiblərinin, dövlət məmurlarının dövlət dilində danışması məcburi sayıldı. Həmin tələbin davamı kimi ölkə prezidenti cənab İlham Əliyev bu gün, yeni dövrdə, dünyanın mədəni, siyasi yaşanışının qloballaşma dəyirmanından su içdiyi dövrdə Azərbaycan dövlət dilinin işlənməsi, istifadə olunması və inkişafı haqqında tarixi Sərəncam imzaladı, dil haqqında mötəbər Dövlət Proqramı yaradıldı". Sözügedən dövlət proqramının uzun müddətli strateji proqram kimi icra olunduğunu deyən Dilçilik İnstitutunun direktoru bununla bağlı rəhbərlik etdiyi müəssisədə ciddi işlər görüldüyünü vurğulayıb. Proqramın həyata keçirilməsində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin instituta göstərdiyi dəstəyi xüsusi qeyd edib. Bütün layihələrin Prezident İlham Əliyevin AMEA-nın 70 illiyinə həsr olunmuş təntənəli yığıncaqdakı çıxışında elmi-mədəni həyatımız, həmçinin ana dili, Azərbaycan dövlət dili haqqında prioritet kimi müəyyənləşdirdiyi istiqamətlər əsasında həyata keçirildiyini əlavə edib: "Cənab prezident dedi ki, ana dilimiz həmişə bizi qoruyub saxlayıb. Bu fikir Firidun bəy Köçərlinin sözləri ilə səsləşir. O deyirdi ki, xalq hər cür məhrumiyyətlərə düşər, çox şeylər itirər, ancaq dili və musiqisi onu məhv olmağa qoymaz".

İclasda ölkə başçısının çıxışından sitat gətirən akademik Tofiq Hacıyev Prezident İlham Əliyevin dövlətimizin müstəqil olmadığı tarixi dönəmlərdə xalqımız bu dili qoruyub saxladığı halda, dövlət qayğısının olduğu hazırkı dövrdə ana dilimizin inkişafı üçün bütün səylərimizi birləşdirməliyik şüarını xatırladıb: "Prezidentin sözünə diqqət yetirin, deyir, dilimiz xalqımızı yaşadıb, o biri tərəfdən də deyir, xalqımız öz dilini qoruyub, saxlayıb. Yəni: dil və xalq bir-birinə arxa durub. Bu, dil və millətin varlığının tarixi dialektikasını şərtləndirən mükəmməl düsturdur".

Sonra akademik Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinin dilimizə qayğısızlıq göstərdiyi bir vaxtda dilimizin zərərli xarici təsirlərdən qorunmalı və dilimizin təmizliyinə qayğı göstərilməli olduğunu ifadə edən tövsiyələrini diqqətə çatdırıb. Akademik ölkə başçısı Prezident İlham Əliyevin söylənən qiymətli fikirləri sırasında millətin ana dili və dövlət dili ilə bağlı ifadələrinin xüsusi yer aldığını bildirib.

Tədbirin sonunda akademik Tofiq Hacıyev Azərbaycan dilinin saflığının qorunması istiqamətində gələcək üçün nəzərdə tutulan layihələrdə bütün tapşırıq və tövsiyələri rəhbər tutacaqlarını, Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin təhlil və təbliğ ediləcəyini nəzərə çatdırıb.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

"Zirvə"
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keç ...

Humanitar elmlər, "Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

"Zirvə", Borçalı
SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

SDU-da “Müasir dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi ko ...

Sumqayıt
“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələl ...

Humanitar elmlər
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Akademik İsa Həbibbəyli: “Heydər Əliyev epoxası İlham Əliyev erası ilə uğur ...

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

"Zirvə"
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Azərbaycan elminin yeni inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin a ...

Elm, "Zirvə"
“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

“Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin iclası keçirilib

"Zirvə"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prezident İlham Əliy ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prezident İlham Əliy ...

Biologiya və tibb elmləri
AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

AMEA-da “Heydər Əliyev dərsləri: elm, gender və müasir reallıqlar” mövzusun ...

Humanitar elmlər, "Zirvə"
İlham Əliyev akademik Cəlal Əliyevin məzarını ziyarət edib

İlham Əliyev akademik Cəlal Əliyevin məzarını ziyarət edib

Əsas xəbər, Azərbaycan
Rəy yazın: