“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi

“Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev və Azərbaycanın Milli qəhrəmanları – Müqəddəs amal” kitabının təqdimatı keçirilib.

Kitabın müəllifləri yazıçı-publisist Oqtay Əliyev və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Nurəddin Abbasovdur.


Nəşrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhid Milli qəhrəmanların ailə üzvləri ilə və həyatda olan Milli qəhrəmanlarla görüşlərindən, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edilir. Həmçinin, ulu öndər Heydər Əliyevin Milli qəhrəmanlarla görüşlərinə, Vətən haqqında fikirlərinə geniş yer verilir.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kitabın məziyyətlərindən danışıb, gənc nəslin milli ruhda, əsl vətənpərvər kimi böyüməsində, Milli qəhrəmanlarımızın təbliğində bu nəşrin mühüm rol oynayacağını qeyd edib. Bildirib ki, bu kitab həm də gənclərimiz üçün bir təcrübə məktəbidir.

Yazıçı-publisist Oqtay Əliyev kitabda toplanan oçerklərdə 211 milli qəhrəmanın həyat və döyüş yollarından bəhs olunduğunu bildirib.

Tədbirdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı və digərləri çıxış edərək Prezident İlham Əliyevin həmişə şəhid ailələrinə diqqət və qayğı göstərdiyini bildiriblər. Prezidentin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və siyasi qüdrətinin daha da artdığı, ordu quruculuğuna xüsusi diqqətin ölkəmizin daha da möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib. Çıxışlarda Milli qəhrəmanların tanıdılması ilə bağlı işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

MEDİA
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

MEDİA, Ədəbi əlaqələr, Tiflis, Qarayazı
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı o ...

Yeni nəşrlər, Tiflis
Zahid Qaralovun

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimat ...

YAP, Azərbaycan, Borçalı, Başkeçid
Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı k ...

Tiflis, Qarayazı
Şirxan Adıgözəlovun

Şirxan Adıgözəlovun "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nü ...

Yeni nəşrlər, Hüquq
Mətbuat Şurasının təşəbbüsü ilə sənədli filmin təqdimatı keçirilib

Mətbuat Şurasının təşəbbüsü ilə sənədli filmin təqdimatı keçirilib

MEDİA
Əlipənah Bayramovun 70 illik yubileyi və “Həyatım – mühitim” adlı kitabının ...

Əlipənah Bayramovun 70 illik yubileyi və “Həyatım – mühitim” adlı kitabının ...

MEDİA
Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclisin deputatı Əflatun Amaşov seçicilərlə görüşdü

Milli Məclis, Regionlar, MEDİA
Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Əsas xəbər, MEDİA
Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Ötərxan Eltacın “Qurd balası” kitabının təqdimatı keçirilib

Azərbaycan, Publisistika
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib

Əsas xəbər, AzTU
AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şi ...

Humanitar elmlər, Tv
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

QHT
Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tiflis, Qarayazı, Diaspora
Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

Ulu Öndərin sosial-iqtisadi fəaliyyətinə həsr olunan kitab təqdim edilib

İqtisadiyyat

"Yeni Yurd" ictimai birliyinin fəalları müdavimlərlə görüşüb

QHT
Rəy yazın: