SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ Musa NƏBİOĞLU
Azərbaycan Aşıqlar
Birliyinin katibi,
Əməkdar mədəniyyət işçisi.


Bu ilin iyun ayının əvvəlləri idi. Kütləvi informasiya vasitələrində məlumat yayıldı ki, Gürcüstanın paytaxtı Tbilisi şəhərində IX Qafqaz Caz Festivalı keçirilib və festivalda bu ölkənin vətəndaşı olan soydaşımız, gənc olmasına baxmayaraq istedadlı aşıq kimi sorağı tez-tez qardaş Türkiyədən və bir sıra Avropa ölkələrindən gələn aşıq Nargilə (Tinatin) Mehdiyeva da iştirak edib. Nargilənin tez-tez belə mötəbər festivallarda çıxış etdiyini bildiyimdən, xəbər mənim üçün elə də qeyri-adi deyildi. Amma üstündən bir neçə gün keçəndən sonra bizim bəzi saytlarda həmin festival, daha doğrusu, festivalda Nargilə xanımın çıxışı haqqında yenidən yazılması, hətta bunun böyük bir sensasiya kimi təqdim olunması, sözün həqiqi mənasında məni təəccübləndirdi. Sən demə, Nargilə xanım həmin festivala Türkiyə, Gürcüstan və Ermənistandan qatılan sənətçilərlə bir səhnədə yer alaraq "Sarı gəlin"i oxuyubmuş. Bizim bəzi kütləvi informasiya vasitələrimiz də haray-həşir qoparmışdılar ki, amandı, qoymayın, Nargilə xanım erməni ilə bir səhnəyə çıxıb. Az qala ondan xalq düşməni yaratmaq istəyirdilər.

SAZIMIZIN NAR GİLƏSİ - AŞIQ NARGİLƏ Nargilə xanımı yaxşı tanıdığımdan bilirdim ki, o, heç zaman mənsub olduğu xalqın tarixinə, milli mədəniyyətinə zidd olan addım atmaz. Axı, neçə ildir ki, təkcə doğulub boya-başa çatdığı və bu gün də yaşadığı Gürcüstanda deyil, dünyanın bir sıra ölkələrində də sazımızı, aşıq sənətini, bir sözlə, Azərbaycan mədəniyyətini layiqincə təmsil və təbliğ edir. İndi necə ola bilərdi ki, belə bir yanlışlığa yol versin. Bu düşüncələr içərisində Nargilə xanımla əlaqə saxladım. Baş verənlər haqqında ətraflı bilgi verməsini və kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirməsini istədim.

Gürcüstanda yaşadığını və bu səbəbdən də ermənilərlə hər an üz-üzə gəldiyini, tez-tez erməni müğənnilərinin də iştirak etdiyi çoxmillətli layihələrdə çıxış etdiyini və çox zaman da onlarla eyni səhnəni bölüşmək məcburiyyətində qaldığını deyən Nargilə xanımın cavabı qısa və konkret oldu: "Heç bir azərbaycanlı iştirak etdiyi ortamda erməni ifaçının Azərbaycan xalq mahnısı "Sarı gəlin"i solo ifa etməsinə sakit tamaşa edə bilməz".

Və əlavə etdi ki, artıq uzun müddətdir Tbilisidə aşıq musiqisi ilə digər musiqi janrlarının sintezini təqdim edən layihə üzərində işləyir. Bununla əlaqədar olaraq onu tez-tez müxtəlif tədbirlərə, festivallara dəvət edirlər. O isə bu dəvətləri məmnuniyyətlə qəbul edir, çünki bu, ona öz yaradıcılığını və Azərbaycan musiqisini geniş auditoriyaya təqdim etmək imkanı verir.

Onu da öyrəndim ki, həmin festivalda Nargilə xanım əvvəlcə "Koroğlu havaları" kimi tanınan aşıq havalarından birini ifa edib və çıxışı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Sonra festivalın təşkilatçıları ona erməni ifaçı ilə birlikdə "Sarı gəlin"i duet oxumağı təklif ediblər. O, adının və yaradıcılığının bu məsələ ilə yanaşı hallanmasını istəmədiyi üçün əvvəlcə bundan imtina edib. Sonra isə bununla razılaşmalı olub. Çünki səhnədə erməni ifaçının "Sarı gəlin"i tək oxumasına razı ola bilməzdi. Düşünüb ki, bu, ən azından Gürcüstanda yaşayan azərbaycanlılara böyük mənəvi zərbə olar. Və elə bu səbədən də aşıq üçün bu mahnını ifa etməyin nə qədər çətin olduğunu bilsə də, razılaşmaq məcburiyyətində qalıb. İfasının tamaşaçılar tərəfindən alqışlarla qarşılanması, zaldakı azərbaycanlılardan gördüyü dəstək də onun bu addımı atmaqda səhv etmədiyini sübut edib. Bu haqda özü belə dedi: "Mən imkan verə bilməzdim "Sarı gəlin"i Tiflisin göbəyində erməni öz dilində səsləndirsin, mən isə sadəcə seyr edim. Onda gərək mən sazı bir də əlimə almayaydım. Bu çıxışımdan sonra çoxsaylı müsbət reaksiyaları eşitmək mənə xoş idi. Hətta gürcülər qeyd edirdilər ki, "Sarı gəlin", şübhəsiz, Azərbaycana məxsusdur. Çox şadam ki, bunu bir daha sübut etməyi bacarmışam".

Onda Nargilə xanımın xoş niyyətlə atdığı bu addımı təqdir etmək əvəzinə, bəzi saytların ona haqsız iradları məni təəccübləndirdi və bir anlığa düşündüm ki, görəsən, Nargilə xanım səhnəyə çıxmasaydı və erməni müğənni "Sarı gəlini" öz dilində ifa edib erməni musiqisi kimi təqdim etsəydi nə yazacaqlardı? Yəqin ki, o zaman da onu qınaq obyektinə çevirəcəkdilər ki, niyə erməninin "Sarı gəlin"i tək ifa etməsinə razı olub. Və təəssüf hissi keçirdim ki, bəzən özümüz bir iş görmədiyimiz halda, niyə ölkəmizin hüdudlarından kənarlarda milli mədəniyyətimizi təbliğ və təqdim edənlərə belə münasibət bəsləyirik?

Kimdir aşıq Nargilə?
Nargilə (Tinatin) Nəbi qızı Mehdiyeva Gürcüstanda yaşayan soydaşlarımızdandır, Msxeta rayonunun Ksani kəndində anadan olub və mən onu istedadlı bir aşıq kimi tanıyıram. Bəlkə də, damarlarında türk qanı axan birinin saza vurğunluğunda, aşıq olmasında qeyri-adi bir şey yoxdur. Ancaq nəzərə alsaq ki, Nargilənin anadan olduğu və Tbilisinin yaxınlığında yerləşən kənddə Azərbaycan dilində fəaliyyət göstərən məktəb olmadığından o, gürcü məktəbinə gedib, 6-cı sinfə qədər gürcü dilində oxuyub, o zaman onu aşıqlığa gətirən yolun elə də asan olmadığı aydın olar. Bu barədə söz düşən də o belə deyir: "Baxmayaraq ki, gürcü dilində oxuyurdum, ancaq kicik yaşlarımdan milli mədəniyyətimiz, adət-ənənələrimiz haqda bilgim var idi. Bunu evdə böyüklərdən öyrənmişdim. Demək olar ki, sazın, sözün sədaları altında böyümüşəm. Evdə böyüklərin də arzusu idi ki, sazda ifa etməyi öyrənim və mən də onların bu istəyini reallaşdırmaq qərarına gəldim. Sevə-sevə saz çalmağı öyrəndim".


Tale elə gətirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Nargilənin ailəsi Bakıya köçməli olub və bir neçə il burada yaşayıblar. Bakıda yaşadıqları müddətdə Nargilənin sənətin sirlərinə dərindən yiyələnməsi üçün daha çox imkanı olub. Ona İlqar İmamverdiyevə müraciət etməyi məsləhət görüblər. O zamanlar İ.İmamverdiyev Konservatoriyada tardan dərs desə də, Nargilənin sənətə olan həvəsini görüb məmnuniyyətlə ona sazın sirlərini öyrədib. Yəni o, konservatoriyaya sadəcə İlqar İmamverdiyevdən sazın sirlərini öyrənmək üçün gəlib. Tanınmış ustad aşıq Tərmeyxan Qurbanovdan oxumağın sirlərini mənimsəyib. Hətta İlqar müəllim ona Bülbül adına orta ixtisas musiqi məktəbində oxumağı da məsləhət görüb, amma valideynləri artıq Bakıdan Tbilisiyə köçdüklərindən, qız uşağının Bakıda tək qalmasına razı olmayıblar.

1997-ci ildə nənəsi Həmayil xanımın təkidi ilə Gürcüstana qayıdıblar və burada Nargilə xanımın aşıq kimi püxtələşməsində məşhur solo-saz ifaçısı Gülabı Xındı Məmmədoğlunun böyük rolu olub. Eyni zamanda öz üzərində ciddi çalışaraq notu da öyrənib.

Hazırda Tbilisi şəhərində yaşayıb fəaliyyət göstərən Nargilə xanım həm vətəndaşı olduğu Gürcüstan respublikasında, həm də və tez-tez olduğu xarici səfərlərində də xalqımızın milli-mədəni sərvəti olan aşıq sənətini layiqincə təmsil etməyə çalışır. Hətta Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı uşaqlarla yanaşı, gürcü uşaqlarına da sazın sirlərini öyrədir. Hazırda 5-18 yaş arasında olan 13 şəyirdi var.

Onların arasında gürcü millətindən olan da var. Eyni zamanda Tbilisi Konservatoriyasında da fəaliyyət göstərir, sazı öyrədir. Burada sazın sirlərini öyrətdikləri arasında Almaniya və İngiltərə kimi ölkələrdən olanlar var. Gürcüstan üzrə keçirilən folklor festifalında mükləmməl ifasına görə birinci yerə layiq görülüb, bir çox dövlət tədbirlərində, konsert proqramlarında çıxış edib. Tez-tez xarici ölkələrdə keçirilən musiqi festivallarına dəvət alır. Gürcüstanın dövlət televiziyasında ayda iki dəfə (hər biri 45 dəqiqəlik) aşıq sənətinə həsr olunmuş "Xəzinə" adlı verilişin də aparıcısıdır Nargilə xanım.

Bir aşıq kimi Gürcüstanın hüdudlarından uzaqlarda da yaxşı tanınan Nargilə xanım ölkənin ictimai həyatında da fəaldır, bu ölkədə yaşayan azərbaycanlı qadınlar arasında ictimai fəallığı ilə seçilir. Gürcüstan Çoxmillətli Qadınlar cəmiyyətinin üzvü, Gürcüstanda yaşayan Azərbaycanlı Qadınlar İtifaqının mədəniyyət şöbəsinin rəhbəridir.

Bu gün Gürcüstanda faəliyyət göstərən yeganə qadın aşıq olduğunu vurğulayan Nargilə xanım böyük layihələr üzərində işlədiyini və bundan sonra da yorulmadan Azərbaycan musiqisini təbliğ etməkdə davam edəcəyini deyir. Bu işdə ona uğurlar arzulayır və deyirik: heç nə səni ruhdan salmasın, Nargilə xanım! Yaşa, yarat! Zaman özü hər şeyin və hər kəsin qiymətini verəcək!

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Gənc aşıq Fatimə Şahmarlı

Gənc aşıq Fatimə Şahmarlı

"Elm və Təhsil", Gənc istedadlar

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!..

Rustavi, Təbriklər
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib

Borçalı
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Azərbaycanlı gənclər beynəlxalq festivalda iştirak edib

Avropa, Diaspora
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Ad gününüz mübarək, Tinatin xanım!..

Ad gününüz mübarək, Tinatin xanım!..

TDPİ-nin Azərbaycan bölməsi, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Nizami Məmmədzadənin “Çələbilər” poemasının təqdimatı

Mədəniyyət, Borçalı
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar

"Aşıq Pəri Məclisi"

Folklor, Rustavi, Başkeçid
BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festival ...

Gürcüstan, Tiflis
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Rəy yazın: