Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunub

Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunubÖlkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunub Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunubYanvarın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında
Mədəniyyət və
Turizm Nazirliyi
Mətbuat Şurası ilə
birlikdə ölkəmizdə fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin, eləcə də, qəzet və jurnal redaktorlarının iştirakı ilə respublika müşavirəsi keçirib.


Zim.Az xəbər verir ki, müşavirə Azərbaycan Respublikası ərazisində dərc olunan mətbuatın (qəzet və jurnalların) və çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 oktyabr 2015-ci il tarixində imzaladığı və 21 noyabr 2015-ci ildə dərc olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun icrası ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi və Qanundan irəli gələn məsələlərin həlli məqsədilə təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkə başçısının respublikada fəaliyyət göstərən mətbu orqanların, nəşriyyat və poliqrafiya sahəsinin inkişafına göstərdiyi diqqət və qayğısından söz açıb. Ölkəmizdə kitab nəşrlərinin yüksək səviyyədə çap edilməsinə toxunan nazir qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun işıq üzü görən yeni nəşrlərin nüsxələrinin kitabxanalara verilməsi müvafiq qurumlar tərəfindən tam təmin edilmir. Problemin obyektiv və subyektiv səbəblərini diqqətə çatdıran nazir, yaranmış neqativ halların səmərəli və operativ həlli yollarından bəhs edib.

Ə.Qarayev qeyd edib ki, mətbu orqanlar, nəşriyyat və poliqrafiya evləri bundan sonra kitab işi dövriyyəsini qanunvericiliyin tələblərindən irəli gələn qaydalar çərçivəsində həll etməlidir. “Çap olunan müxtəlif kitabların Azərbaycan Milli Kitabxanası ilə yanaşı, ölkədə fəaliyyət göstərən nüfuzlu kitabxanalara verilməsini təmin etməklə, həm də milli arxiv irsimizi gələcək nəsillər üçün qoruyub saxlamalıyıq. Bu sahədə görüləcək işlərin şəffaflığının təmin olunması məqsədilə məcburi nüsxə, beynəlxalq və respublikada yeni nömrələmə sisteminin formalaşması istiqamətində ciddi addımlar atılacaq” – deyə, nazir bildirib.

Daha sonra Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib ki, bu istiqamətdə qabaqcıl ölkələrin təcrübəsini öyrənməklə çoxsaylı uğur əldə etmək olar. Qəbul olunan qərarlar və görüləcək işlər milli mənəviyyatımızın gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və başqaları çıxış edərək,KİV-lərin də qeyd olunan mövzuda müvafiq qərarlara əməl etmələrinin vacibliyini vurğulayıb. Türkiyə, Almaniya, Fransa, Polşa arxivlərində ölkəmizə məxsus qəzet və jurnalların mövcudluğuna toxunan deputat bildirib ki, belə ənənələri ölkəmizə də gətirməliyik.

Daha sonra qəzet və jurnal redaktorları ilə yanaşı, nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin də qatıldığı müşavirədə bu sahədə mövcud vəziyyət müzakirə olunub və Sərəncamdan irəli gələn məsələlərin icrası yolları təhlil edilib. Millət vəkillərindən -"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlutanınmış jurnalist Elmira Axundova, eləcə də Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "Dünya Ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu və başqalarının çıxışları da maraqla qarşılanıb.

Müşavirəyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yekun vurub.

P.S.: Müşavirədə Zim.Az-ın yaradıcısı - "Borçalı" nəşriyyat-poliqrafiya müəssisəinin Baş direktoru,
"Ziya""Şərqin səsi" qəzetlərinin Baş redaktoru Müşfiq Borçalı da iştirak etmişdir.

Zim.Az





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

---
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Mədəniyyət, MEDİA
IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

Əsas xəbər, Azərbaycan, Mədəniyyət, "Təhsil" EİM, Borçalı
AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri institutlarda çap edilən elmi jurna ...

AMEA-nın Elmi Nəşriyyat Şurasının sədri institutlarda çap edilən elmi jurna ...

Digər bölmələr
Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Polşa səfiri Azərbaycan Mədəniyyət və turizm nazirliyində olub

Mədəniyyət
Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriy ...

Azərbaycan Naşirlər və Poliqraflar İctimai birliyinin sədri, “Təhsil-Nəşriy ...

Nekroloqlar
Tələbə jurnalistlərin qonorar sevinci

Tələbə jurnalistlərin qonorar sevinci

BDU, Hüquq
Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Azərbaycan ilə Gürcüstanın arasında mədəniyyət sahəsində əlaqələr genişləni ...

Mədəniyyət, Tiflis
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Elm
AzTU-nun rektoru “Nizami Gəncəvi-880” xatirə döş nişanı ilə təltif olunub

AzTU-nun rektoru “Nizami Gəncəvi-880” xatirə döş nişanı ilə təltif olunub

AzTU
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

MEDİA, Turan
Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran ...

Nazirlik, "Zirvə"
Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib; Rəşad Məcid Mətbuat Ş ...

MEDİA, Təbriklər

"Yemək məhsulları heç də mənəvi qidadan qiymətli olmamalıdır"

Milli Məclis, MEDİA
Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

Azərbaycan Milli QHT Forumunun doqquzuncu qurultayı keçirilib

QHT
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

Ankarada “Molla Pənah Vaqif ili”nin açılış mərasimi keçirilib

"Zirvə", Turan
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Avropa, Diaspora
“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

“Acta Botanica Caucasica” elmi jurnalının təqdimatı olub

Biologiya və tibb elmləri
Rəy yazın: