Şəfaverici Nuridə Qurbanova - “Qızıl qartal” ordeni ilə təltif edildi

Şəfaverici Nuridə Qurbanova - “Qızıl qartal” ordeni ilə təltif edildi Nuridə Qurbanova
BMT-nin “Qızıl qartal” ordeni,
“Cəmiyyət qarşısında
xidmətlərinə görə”
mükafatı ilə təltif edilib və
“Sülh missiyasının səfiri”
adına layiq görülüb.


Mələk xanım və
Azərbaycan Vanqası kimi
tanınan məşhur öncəgörücü
və şəfaverici Nuridə Qurbanovanın
Bakıda mükafatlandırma
mərasimi keçirilib.


ATV.az-ın məlumatına görə,
mükafatlandırma mərasimində
rusiyalı qonaqlar – BMT-nin nümayəndəsi
Sergey Nabatov

“Komsomolskaya Pravda” nəşrinin
Tibb şöbəsinin müdiri Tatyana Yulmasova
iştirak ediblər.

“INTERSAFETY” (“Beynəlxalq Təhlükəsizlik”) Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təltiflər İttifaqının (UNCOPA) Təltiflər Şurasının qərarına əsasən Nuridə Qurbanova “Qızıl qartal” ordeni ilə mükafatlandırılıb. Bu orden beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işində göstərilən xidmətlərə, eləcə də narkomaniya, ekoloji cinayətlər və müasir qlobal təhlükələrə qarşı mübarizədə verilən töhfəyə görə təqdim edilir. N.Qurbanova, həmçinin sağlam həyat tərzinin qorunması, xalq təbabətinin inkişafı və ictimai təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi xidmətlərə görə “Sülh missiyasının səfiri” adı verilməklə “Cəmiyyət qarşısında xidmətlərinə görə” qızıl medalı ilə mükafatlandırılıb.

S.Nabatov və T.Yulmasova qeyd ediblər ki, N.Qurbanova Rusiyada fəaliyyəti dövründə ictimai fəaliyyətdə və tibb sahəsində önəmli uğurlar əldə edib, elm dünyası tərəfindən tanınıb və xilas edilmiş insanların minnətdarlıqlarını qazanıb.

Şəfaverici Nuridə Qurbanova - “Qızıl qartal” ordeni ilə təltif edildi Nuridə xanım Qurbanova
belə yüksək mükafatlara görə minnətdarlığını bildirib və vurğulayıb ki, Rusiya və Ukraynada uzun müddət işlədikdən sonra Vətənə qayıdıb və burada cəmiyyətin inkişafı, eləcə də insanların sağlamlığı naminə məhsuldar fəaliyyətini davam etdirəcək.

Tədbirin aparıcısı teleaparıcı
Ruslan Həsənov
idi. Baş tutan mətbuat konfransında qeyd edilib ki, Bakıda Nuridə Qurbanova Fenomeni Mərkəzi yaradılıb və böyük layihə reallaşdırılır - sayt 4 dildə modernləşdirilir, jurnal və kitab buraxılır, N. Qurbanova fenomeni haqqında bədii-sənədli filmin çəkilişləri başlayır.
Bundan başqa, Bakıda Nuridə Qurbanova Akademiyası da açılacaq, Akademiyada ekstrasensorika üzrə tədris keçərək sertifikat və diplom almaq mümkün olacaq.

Azərbaycanda ilk dəfə insanların qeyri-adi qabiliyyətləri haqqında “Xeyirxah İşıq” kinofestivalı və Beynəlxalq Şəfavericilər və Öngörücülər Konfransı keçiriləcək. Layihə çərçivəsində Nuridə Qurbanova Fenomeni Mərkəzinin BƏƏ və Almaniyada nümayəndəlikləri açılacaq. Onun adı yaxın vaxtlarda Ginnesin Rekordlar Kitabına salınacaq.
Tədbir iştirakçılarına Nuridə Qurbanovanın Rusiyada fəaliyyəti haqqinda film nümayiş olunub.

Nuridə Qurbanova jurnalistləri Milli mətbuatın 140 illik yubileyi münasibət ilə təbrik edib və bir çox sualları cavablandırıb.

N.Qurbanova Azərbaycanın Qarabağ torpağında, Şuşa şəhərində anadan olub.
O, bioenerqoinformatika elementləri ilə ənənəvi sagaltma sistemləri üzrə mütəxəssisdir, insanın fikirlərini onun nəbzi əsasında oxuya bilir, diaqnostika və müalicədə öncəgörmə və kosmobioenergetikadan istifadə edir, ağır cinayətlərin törədilmə yerlərini görmə qabiliyyətinə malikdir. Cadunu, gözdəyməni götürür. Şəxsi həyat və biznes barədə proqnoz verir. İnsanları alkoqolizmdən, narkomaniyadan və digər ağır xəstəliklərdən xilas edir.

N.Qurbanovada şəfavericilik və gələcəyi görmə qabiliyyəti onu 10 yaşında ildırım vurduqdan sonra yaranıb. Şəfavericinin fenomenal qabiliyyətləti “ENİOM” Ümumrusiya Ənənəvi Xalq Təbabəti Elmi-Tədqiqat Mərkəzi tərəfindən təsdiq edilib.

Məhsuldar fəaliyyəti sayəsində elm dünyasında tanınıb və bir sıra yüksək mükafatlara layiq görülüb. Belə ki, Moskva şəfavericiləri reyestrinə daxil edilən Nuridə Qurbanova "Rusiyada XX əsrin son onilliyinin ən yaxşı şəfavericisi" müsabiqəsinin laureatı, Rusiya filosofiya elmləri doktoru, enerji informasiya elmləri namizədi, komplementar tibb sahəsinin ən yüksək mükafatı olan "Magistr Ulduzu" ali mükafatının sahibi, M.Nostradamus adına Proskopik Elmlər Akademiyasının (NPEA) "Elmin və təcrübənin metri" adının sahibi, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “İlin ekstrasensi”, “Fəxri ekstrasens” mükafatlarının qalibi, beynəlxalq təşkilatların çoxsaylı mükafat, diplom və sertifikatlarının sahibidir.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"FENOMEN NURİDƏ QURBANOVA" adlı bədii-sənədli filmin çəkilişi başa catıb

Mədəniyyət, "Şərqin səsi", Şou
Abayət QURBANOVA:

Abayət QURBANOVA: "İstədim sevəm, seviləm..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Tiflis
Azərbaycan Respublikasının Prezidenti Çingiz Qurbanova “Azərbaycanın Milli  ...

Azərbaycan Respublikasının Prezidenti Çingiz Qurbanova “Azərbaycanın Milli ...

Rəsmi Xəbərlər, AzTU
Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda  məruzəs ...

Azərbaycanlı bioloq alimin Rusiyada keçirilən “Komarov oxuları”nda məruzəs ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Biologiya və tibb elmləri
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

ABŞ tərəfdaşları ilə uzunmüddətli elmi əlaqələrin qurulmasına böyük önəm ve ...

Elm, Biologiya və tibb elmləri
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

AMEA-nın BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Biologiya və tibb elmləri, Digər bölmələr
“BOTANİKA DÜNYASI” ELMİ-POPULYAR BÜLLETENİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

“BOTANİKA DÜNYASI” ELMİ-POPULYAR BÜLLETENİN NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Təbriklər, Qərbi Azərbaycan
Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

Filologiya elmləri doktoru Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitutunun YAP i ...

YAP, Humanitar elmlər
Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Akademik Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

"Zirvə", Təbriklər
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

Biologiya və tibb elmləri
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
AzTU-nun Milli Qəhrəmanı Çingiz Qurbanovun ölümündən bir il keçdi

AzTU-nun Milli Qəhrəmanı Çingiz Qurbanovun ölümündən bir il keçdi

AzTU
Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi pro ...

Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi pro ...

Nazirlik, AzTU
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" ...

Azərbaycan, Siyasət
Rəy yazın: