Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək deyil…

Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək deyil… Nadir İSRAFİLOV

Təhsilin vəzifəsi təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaq, onları müstəqil həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq kimi müəyyənləşdirildiyi halda, təhsil alanlarımız müstəqil həyatda özlərinə yer tapmaqda, səmərəli əmək fəaliyyətinə qoşulmaqda çətinliklərlə üzləşirlər, özlərinə karyera qurmaq üçün əlavə hazırlıq keçməli, müvafiq kursları bitirməli , təlimlərə, treninqlərə cəlb olunmalı, əlavə olaraq müsabiqə, müsahibə və imtahan prosedurlarına cəlb olunmalıdırlar.

Təhsil haqqında Qanunun 1.0.34. maddəsinə əsasən magistratura – ali təhsilin ikinci səviyyəsi, 1.0.35. maddəsinə əsasən isə magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsidir. (1.0.7. bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi.) Halbuki, belə təsnifat bir çoxlarına bakalavriat təhsilinın yarımçıq, kollec, “köhnə dildə” desək texnikum səviyyəsi kimi dəyərləndirməyə, magistraturanı bitirənlərə isə sadəcə olaraq əvvəllərdə olduğu kimi ali təhsili bitirənlər kimi yanaşmağa “əsas” verib.

Həmin Qanunun 22.3.maddəsinə əsasən “Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi tədqiqat və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

Elə həmin Qanunun 22.4. madəsinə əsasən isə “Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

İndi gəlin görək, bəhs etdiyimiz Qanunun “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir” müddəsındakı qaydalar hansı səviyyədə dərəcədə müəyyən edilib, və müəyyən edilən qaydaların mexanizmi nə dərəcədə işləkdir? Hazırda bakalavriat və maqistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq.

Digər bir məsələ. Bəyənmədiyimiz Sovet dönəmində təhsi məktəbəqədər ərbiyədən başlamış, texniki-peşə təhsili də daxil olmaqla ümumi orta təhsil, orta ixtisas təhsili, ali təhsil və akademik təhsil sayılan aspiranura pillələrindən formalaşırdı. Ümumtəhsil məktəblərində ümumi təhsil üç səviyyədə həyata keçirilirdi - ibtidai təhsil, əsas (natamam orta) təhsil və orta təhsil. Ölkəmizdə ümumi orta təhsil icbari idi. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində "Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir" müddəası təsbit edilmişdi.

Ölkəmizdə ümumi orta təhsil hal-hazırda da icbaridir, lakin necə? Çox sadəcə... Konstitusiya ilə ziddiyyət təşkil etməsin deyə, əvvəlki təsnifatdakı “əsas” (natamam orta) təhsil pilləsini “ümumi orta təhsil”, ümumi orta təhsil pilləsini isə “tam orta təhsil” etməklə, “ümumi orta təhsil” pilləsi yenə də icbariliyində, Konstitusiyamızdakı toxunulmazlığında qaldı.

Buna müvafiq olaraq, IX və XI sinifləri bitirənlərə verilən dövlət təhsil sənədinin adı eyniləşdirildi. Yəni, onlardan birinin şəhadətnamə, digərinin isə attestat adlandırılması mahiyyət etibarilə məqbul sayılmadı. Ona görə də ümumi orta təhsil səviyyəsini bitirmiş məzunlara verilən təhsil sənədinin “ümumi orta təhsil haqqında attestat” adlandırılması məqsədəuyğun hesab edildi. Eyni zamanda, yeni attestatların formatı da təkmilləşdirilib, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” və attestat nümunələri yeni redaksiyada təsdiq edilib.

Beynəlxalq təcrübəyə istinad etmək, onu olduğu kimi “kopiyalamaq” demək deyil… IX sinifləri “ümumi orta təhsil” qrafasına salaraq, “dünya təcrübəsində də belə bir şey” var düşüncəsi ilə onlara da attestat verməklə nəyə nail olduq... “IX sinifdə buraxılış imtahanını verdikdən sonra 30% şagird X-XI sinfə keçmir. Onlar məktəbi atıb, əmək bazarına gedirlər.
Peşə məktəblərinə isə cəmi 1-2% şagird gedir” Bir halda ki, 12 illik təhsili hədəfləmişik, olmazdımı bir az da səbr edib, birdəfəlik 10+2 sisteminə keçəydik?
Səhv edirik, özümüzə bəraət qazandırmaqda çıxış yolunu səhflərimizi etiraf etməkdə görürük. Etiraf edə-edə gedirik...Haraya və nə vaxta qədər...?


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Tələbələrə və şagirdlərə verilən TƏQAÜDLƏRin artırılması haqqında

Rəsmi Xəbərlər, Azərbaycan, Təhsil
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Nazirlik
Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib

Nazirlik
11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama

11 illik məktəblərin ləğv olunması xəbəri ilə bağlı NAZİRLİKdən açıqlama

Təhsil, Nazirlik
Tələbələrin təqaüdü artdı! – PREZİDENTDƏN SƏRƏNCAM

Tələbələrin təqaüdü artdı! – PREZİDENTDƏN SƏRƏNCAM

Əsas xəbər, Rəsmi Xəbərlər

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu - ƏVVƏLİ

Rəsmi Xəbərlər, Təhsil, Nazirlik
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

Nazirlik, Kolleclər
Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?

Ödənişli ixtisaslarda oxuyan tələbələr nə vaxt TƏQAÜD ALACAQLAR?

"Elm və Təhsil", Hüquq

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu - DAVAMI

Rəsmi Xəbərlər, Təhsil, Nazirlik
Məktəb direktorlarının işə qəbulu başlayıb

Məktəb direktorlarının işə qəbulu başlayıb

Nazirlik
AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU-da təhsil alan əcnəbilərin sayı ildən-ilə artır

AzTU, Dünya
Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Təhsil Nazirliyində onlayn mətbuat konfransı

Nazirlik, MEDİA
AzTU-ya yeni prorektor təyin olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU
Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Təhsil, Gürcüstan, Elanlar
AzTU-ya növbəti 5 il üçün akkreditasiya sertifikatı verilib

AzTU-ya növbəti 5 il üçün akkreditasiya sertifikatı verilib

AzTU
Azərbaycan Universitetinə yeni rektor təyin edilib

Azərbaycan Universitetinə yeni rektor təyin edilib

Digər ali məktəblər
Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qal ...

Əsas xəbər, Nazirlik, AzTU
Nazir rektorlara tapşırıqlar verib

Nazir rektorlara tapşırıqlar verib

Nazirlik
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

---
Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Əsas xəbər, Nazirlik
Rəy yazın: