KNYAZ ASLAN DÜNYASI

KNYAZ ASLAN DÜNYASI Eşqi könüllər nurlandıran lütflü, mərhəmətli Allahın adı,
İslam peyğəmbəri Həzrəti Məhəmməd eşqi ilə
bu bədii-publisistik yazını qələmə almağa qərar verdim...


Əziz oxucum!

Şərəfli ömür yolu keçmiş bir yaradıcı şəxsiyyət, tanınmış alim-pedaqoq və şair-publisist haqqında söz açmaq, onun həyat yolunu işıqlandırmaq istəyirəm. Bəzən insana elə gəlir ki, üzünü görmədiyin, yaxından tanımadığın, bir dəfə də olsun üzbəüz ünsiyyət qurmadığın şəxs haqqında fikir bildirmək çətin olar... Bununla belə, heç zaman təmasda olmadığım bu şəxsiyyət haqqında söz söyləmək mənim üçün nə qədər çətin olsa da, bir o qədər qürurverici və fərəhgətiricidir...
Biz onunla virtual dostuq. Bu insanın həyat və yaradıcılığını öyrənmədən, fəaliyyətini tədqiq və təhlil etmədən tələbkar oxucunu dəyərli söz boğçası ilə sevindirmək, incə qəlbini ovsunlamaq olmaz. Yasadığımız XXI əsrin sürətli elmi-texniki tərəqqi, informasiya-kommunikasiya texnoloğiyası, kompüter əsri olduğunu bildiyimdən möhtərəm oxuculara haqqında söhbət açaçağım insanın zamanın fövqündə dayandığını, yeniliklərin içində olduğunu, anbaan dəyişən dövrümüzün nəbzini tuta bildiyini bəri başdan söyləmək istəyirəm. Bu şəxsiyyət geniş intuisiyalı, dərin zəka və ağıl sahibi, bahar nəfəsli, yaz təravətli Knyaz Aslandır.

Üzü gələcəyə pərvazlanan ömür yolu

Əziz oxucum, gəlin alim, şair, publisist, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, kitabşünas kimi şöhrətlənmiş Knyaz Aslanın qoşa qanadla üzü gələcəyə pərvazlanan ömür yoluna birgə səyahət edək.
Knyaz Aslan 25 dekabr 1960-cı ildə təbiəti göz oxşayan, allı-güllü yaylaqlar oylağı olan dağ Borçalımızın Hamamlı kəndində İlyas kişinin ailəsində dünyaya göz açıb. Uşaqlığı və yeniyetməliyi həmin kənddə keçib. Knyaz burada təhsil alıb, orta məktəbi Qızıl medalla bitirib. Maraqlıdır ki, iki il doğma kənddə qalaraq Hamamlı orta məktəbində katib-kargüzar vəzifəsində çalışıb. Bu illərdə ona dərs deyən müəllimlərdən pedaqoji ustalıq öyrənib, yeri düşdükcə əvəzçi müəllim kimi müxtəlif fənlərdən dərs deyib, özünü təsdiqləməyi bacarıb...
“Qus qanadla uçar, insan arzu-diləklə ucalar həyatda” – deyirlər... Taleyin gözlənilməz qəribəlikləri ilə qarşılaşa-qarşılaşa ömür qatarının dolanbac yollarında irəliləyən Knyaz İlyas oğlu bənzərsiz, oxşarsız, şərəfli bir tale yaşamağa başlayıb...

* * *

Qeyd edək ki, Knyaz Aslan hələ Hamamlı kənd orta məktəbində oxuyarkən Bakıda çıxan ‘’Azərbaycan pioneri‘’ qəzeti və ‘’Pioner ‘’ jurnalı ilə sıx əlaqə saxlayır, bu mətbu orqanlara bir sıra ədəbi və publisistik yazılar göndərir. Eyni zamanda məktəbdə və kənd klubunda hazırlanan aylıq qəzetlərdə maraqlı məqalələrlə, şeirlərlə çıxış edir. O, 12 iyul 1979-cu ildə Başkeçiddə (indiki Dmanisi) çıxan ‘’Trialeti’’ qəzetində dərc etdirdiyi ‘’Xalq teatrı xalq qarşısında’’ adlı ilk ədəbi-tənqidi məqaləsi ilə ciddi yaradıcılğa başlayır. ‘’Qadası’’ adlı ilk mətbu seiri isə Bakıda nəşr olunan ‘’Azərbaycan gəncləri’’ qəzetinin 15 noyabr 1984-cü il tarixli nömrəsində çap edilir.
Yaradıcı ömrün ilk illəri bir-birinin ardınca uğurlu gəlir... Bəzən insan özü bilmədən şan-şöhrət dalınca qaçmaq, bu ilğımın arxasınca düşmək istəyir. Lakin bir müddət onu qarabaqara izləyən uğursuzluq zolağından çıxmağı bacaran Knyaz Aslanı şan-şöhrət özü tapır, ona nurlu yol acır...
Uğurlar içində çağlayan ömür

1980-ci illərin əvvəllərində yolunu Xəzərin mavi gözlu qoynunda yerləşən Bakı şəhərinə salan Knyaz Aslan təhsilini ali məktəbdə davam etdirmək istəyir. İlk illərdə qisməti gətirməyən bu istedadlı gənc əvvəlcə Bakı Mədəni-Maarıf Texnikumuna qəbul olunur. Amma görünür əslində bəxti onu düz səmtə çəkirmiş, çünki bu orta ixtisas məktəbi Knyazın taleyində misilsiz rol oynayır. Başqa sözlə desək, onun gələcək uğurlarının bünövrəsi burada qoyulur. O, bu orta ixtisas məktəbində təhsil aldığı 2 il ərzində texnikumun ən nümunəvi tələbəsinə çevrilir, əlaçı olduğuna görə şəkli “Şərəf lövhəsi”ni bəzəyir. Eyni zamanda bütün ədəbi-bədii tədbirlərin aparıcısı olur, tələbə gənclər təşkilatının rəhbəri seçilir, respublika səviyyəli bir sıra konfranslarda texnikumun şərəfini layiqincə qoruyur. Ən əsas nailiyyətlərini elə bu texnikumda qazanmağa başlayır. Belə ki, 1982-ci ildə Gəncə şəhərində keçirilən Nizami Gəncəvi irsinə həsr olunmuş respublika poeziya müsabiqəsində münsiflər heyətinin yekdil qərarı ilə laureat adını qazanır, I dərəcəli diplomla təltif edilir. Maraqlıdır ki, Knyaz Aslan bu nailiyyətini 1983-cü ildə də təkrarlayaraq, ikiqat Nizami Gəncəvi laureatı olur!..
Bakı Mədəni-Maarıf Texnikumunu 1983-cü ildə fərqlənmə diplomu ilə bitirən Knyaz Aslan Bakı Dövlət Universitetinin Kitabxanacılıq-informasiya fakültəsinə daxil olur, oranı 1988-ci ildə başa vurur. Yenə də fərqlənmə diplomu ilə!.. Təhsil aldığı dövrdə universitetin elmi-pedaqoji və mədəni-kütləvi həyatında yaxından iştirak edir, özünü ədəbi-bədii gecələrin təşkilatçısı və aparıcısı kimi bir daha təsdiqləyir. Universitet təhsili zamanı yaradıcılığını şaxələndirərək həm poeziya ilə, həm publisistika ilə, həm də elmi araşdırmalarla məşğul olmağa başlayır və maraqlıdır ki, üz tutduğu bütün sahələrdə uğur qazanmağa nail olur.
Tələbəlik illərində ali məktəbin yaradıcı həyatında yaxından iştirak edən Knyaz Aslan BDU-da fəaliyyət göstərən “Bakı Universiteti” qəzetinin müxbiri və ‘’Şölə’’ ədəbi birliyinin rəhbəri kimi öz yaşıdları olan neçə-neçə istedadlı gəncin üzə çıxarılmasına yardımçı olur. Onlardan çoxu hazırda tanınmış şair, yazıçı və ya publisistdir.
Dünyanın gündən-günə müasirləşən innovasiyalı bilik baçarıq və vərdişlərinə yiyələnən gənc Knyaz Aslan respublikanın, xarıci ökələrin elmi müəssisələrində, universitetlərində təşkil olunan elmi-nəzəri və əməli-metodik konfranslarda, simpoziumlarda iştirak edərək məruzələr oxuyur, şərəfini qoruduğu BDU-nu təmsil edir. Oradan fəxri fərmanlar və diplomlarla qayıdır. Elmi fəaliyyətini davan etdirən Knyaz Aslan qarşısına qoyduğu məqsəd və hədəfləri bir-bir uğurla adlayır.
Bəli, Knyaz Aslan ədəbi yaradıcılıqla bərabər müəllimlik fəaliyyətini də davam etdirərək, həmişə özünə doğma ocaq saydığı Bakı Dövlət Universitetinin istiqanlı, işgüzar, qayğıkeş kollektivinə sığınır, orada işləməyə qərar verir. Əvvəlcə laborant kimi əmək fəaliyyətinə başlayan Knyaz Aslan sonradan universitet müəllimliyindən kafedra müdiri vəzifəsinə qədər şərəfli bir yol keçir...
Az sonra Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunur. “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatin rolu” mövzusunda tədqiqat işini tamamlayaraq namizədlik dissertasiyasiyasini uğurla müdafiə edir, pedoqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layıq görülur.
Bakı Dövlət Universiteti ilə yanaşı olaraq Azərbaycan Milli Elmlər Akademiyasinin Beynəlxalq Münasibətlər İnstitutunda (əvvəllər Milli Münasibətlər İnstitutu adlanırdı), Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunda və Xəzər Universitetində çalışır.
Knyaz Aslan respublikanın mətbu orqanlarında oxucu zövqünü oxşayan bir-birindən rəngarəng poeziya numünələri dərc etdirir, şeir müsamirələrinin iştirakçısı olur, müsabiqələrdə laureat adını qazanır. Bədii-publisistik yazıları, şeir və poemaları, tərcümə materialları dövri mətbuatda müntəzəm cap olunur. “Azərbaycan gəncləri”, “Bakı Universiteti”, “Ulfət”, “Fəryad”, “Müxalifət”, ”Mühakimə”, ”Mübarızə”, “Respublika”, “Azadliq yolu” və başqa qəzetlərdə müxbir, şöbə müdiri, ədəbi redaktor, redaktor, baş redaktor vəzifələrində calışır...


KNYAZ ASLAN DÜNYASI Qoca dünya yasındadır Borçalı...

Günlər, aylar, illər səhifələndikcə Knyaz Aslan bədii yaradıcılığını davam etdirir, tez-tez həsrətində olduğu, xatirələrdə qalan uşaqlıq illərini yada salır. Vaxt tapan kimi intizarında olduğu, təbiəti ilə göz oxşayan, ətri və təravəti ilə qana-cana hopan güllu-çiçəkli Başkeçid dağlarına üz tutur. Daim axtarışda olan gənc şair-publisist Knyaz Aslan bir-birinə sığınıb uyuyan qosqoca dağların başına dolanan cığırlara, yollara boylanır, ürəyində yuva quran bu dağların min dərdə dərman olan gülündən, çiçəyindən, yarpızından, kəklikotundan, əvəliyindən, diş göynədən dolça qırmaz buz bulaqlarından, lilparlı-mərcanlı çeşmələrindən ilham alır. Halal çörəyini öz zəhməti, öz qabarlı əlləri, öz alın təri ilə qazanan, qapısına üz tutan hər əziz qonağını əzizləyən, dost-qardaş bilib ağırlayan, duz-çörəkli süfrəsini ondan əsirgəməyən geniş ürəkli, saf qəlbli insanları poetikləşdirir. Bu müqəddəs yerlərdə onu heyran qoyan duyğuları, hiss-həyəcanları şeirə çevirir, sətir-sətir, bənd-bənd ağ vərəqlərə səpələyir. Yurduna, yuvasına, elinə, obasına ürəkdən bağlı olan şair ilin bütün fəsillərində ana vətəni el-el, oba-oba, oymaq-oymaq gəzməyə çıxır. Yurdun uca dağlarını, dərin dərələrini, dolaylarda bahar fəsli gözündən ağlayan ceşmələrini, üzünü ümmanlara tutan çayların nəğməli zümzümələrini dinləyib bulaqlar nəğməli kimi çağlayır. Geniş düzənlərdən keçib sıldırımlı dərələrdən adlayaraq üzü bizə baxan azman dağlara söykənən ulu Borçalını qarış-qarış qəlbinin yaddaşına köçürür, ona vurğunluğunu misraların dili ilə izhar edir:

Harda olsam üz tutduğum qibləmdi,
Yerin-göyun qarşındadı Borçalı!..
Səcdəgahım, Pirim, Məkkəm, Kəbəmdi,
Müqəddəslik tuşundadı Borçalı!..

Şair vətəninə, yurduna heyranlığını, ona məftunluğunu öz kövrək duyğuları, incə hissləri ilə böyük sənətkarlıqla ifadə edir. Özünün qənirsiz gözəllikləri ilə hər gələn qonağı heyran qoyan, hər kəsin yaddaşında silinməz təəssüratlar yaradan bu müqəddəs yurdun qonaqpərvərliyini, ana nəvazişini əşirgəmədiyini ustalıqla tərənnüm edir sənətkar qələmi...

Nağıllanıb asıqların sazında,
Sığallanb gözəllərin nazında…
Sevincimin baharında, yazında,
Kədərimin qışındadır Borçalı!...

- deyən şair özünü yurdun bir parçası sayır, ondan qəlbən, ruhən bir an belə ayrı qalmır.

Şöhrətimdir Baskeçidim, Bolusum!...
Qarayazım, Qaraçopum – ulusum!...
Öz adımdır ulu torpaq, ulu su!...
Qoca dünya yasındadır Borçalı!..

- söyləyən şair doğma vətənin tarixi keçmişi ilə fəxr etdiyini iftixarla bildirir.

Başkeçid dağlarının hərarəti

Dərələrdən zirvələrə sarı bürünə-bürünə, sürünə-sürünə qalxan çənin, dumanın, sisin arxasından boylanıb ətrafı nurlandıran günəşin qızılı-zərli şüalarını çəmənlərə, ormanlara səpələməsini şincə ruhlu airin bir rəssam fırçası ilə poetik rəng boyaları ilə təsvir etməsi, yaddaqalan mənzərəni göz önündə canlandırması yaddaşlara silinməz iz salır. Bu unudulmaz, əsrarəngiz yaz duyğularını şair belə ifadə edir:

Al lalənin gül yanağı xallana,
Qızılgülün dodaqları ballana,
Sarmaşıqlar salxım-salxım sallana,
Yallı gedən kəpənəklər yüz ola...

Şairin fikrincə, təbiətin təbb əllərinin hərarəti xəstə insanı müalicə etməyə qadirdir. Min dərdin min bir çarəsini loğman təbiətdə görən Knyaz Aslan yamaclarda, dərələrdə boy göstərən qantəpəri, böyrəkotunu, baldırğanı, əvəliyi, kəklikotunu, yarpızı min bir dərdin əlacı kimi dəyərləndirir. Dağların təmiz havasının bu yerlərə xəstə gəlib sağlam gedən insanlara yeni nəfəs, yeni həyat verməsi şair qəlbini ehtizaza gətirir. İnsanların təbiətə minnətdarlıq hissindən doğan ürək sözlərini dinlədikcə onun sənətkar ürəyi təlatümə gəlir, azman zirvələrin, quşqonmaz qayaların əlçatmazlığı, məğrurluğu könlünü vüqarlandırır. O yazır:

Dağ başında dəli şimşək dillənə,
Yağıs yağa, gölməçədə göllənə...
Göyqursağı göy üzündə güllənə,
Əlvan rəngi çöl-çəmənə iz sala...

Knyaz Aslanın bu qəbidən olan şeirlərini oxuduqca sanki göy çəmənlərə, əlvan bağçalara rəngarəng gözəllik qatan yamyaşıl otların içində gəzərək bir-birinə naz eləyən gözəl-göyçək çiçəkləri-gülləri sevə-sevə seyr edir, səhər-səhər şəbnəmlənən şeh damlalarından gözləri qamaşa-qamaşa poeziya kəhkəşanına könül verir. Elə bil ki, bu şeirlərdə nurlu şəfəqlərini yayan, qənirsiz gözəllər kimi nazlanıb cilvələnən ətirli nərgizin, bənövşənin, lalənin, qaymaqçiçəyinin, sarıçiçəyin, cobanyastığının ətrini duyur, hiss edirsən. Sənə elə gəlir ki, dərədə moruq, döşdə çiyələk dərə-dərə, yağısdan sonra baş qaldırıb çıxan köbələyi, qulançarını, quzuqulağını öz gözlərinlə görürsən... Hərdən-hərdən yorulanda gədiklərdə oturub dincəlirsən, diş göynədən buz bulaqlardan su içib dolaylarda gəzirsən... Sonra da deyirsən: “Bax budur əsl poeziya!.. Bax budur əsl sənət!”


Yağılar əlində vətən torpağı…

Vətən torpağının bu əsrarəngiz mənzərəsindən vəcdə gələn şair “Sənin qucağında” seirində deyir:

Dilləndirə ürəyimi
Rübabımın sarı simi.
Şən nəğməli bülbül kimi
Otəm sənin qucağında...

Müxtəlif səpkili seirləri ilə oxucusunu daim düşündürən, yaşamın görünən və görünməyən tərəflərini rəngarəng çalarlarda görən şair Knyaz Aslan həyatın acılı-şirinli, qəmli-fərəhli, kədərli-sevincli, nisgilli-vüsallı anlarını, qəlbinin həyəcanını, iztirabını oxucusu ilə bölüşür, onunla dərdləşir.
Knyaz Aslan özünü vətənin bir zərrəsi hesab edərək, onun hər cağırışına səs verir, ürəyi müqəddəs torpaqın ürəyi ilə birgə döyünür. Vətənin şad gününə şadlanıb-sevinir, dar gününə qüssələnir, kədərlənir. Canı qədər sevdiyi vətənin ağır çağlarında gah qələminə sarılır, gah da əsgər libası geyib müsəlləh əsgər kimi əlində silah onun keşiyində dayanır. Şair Vətənin ağrılı çağlarında, qanlı-qadalı günlərində Qarabağın müdafiəşinə qalxır, gözünü ana vətənə dikmis məkrli düşmənə qarşı inamla, cürətlə, qəhrəmanlıqla vurusur. Qarı düşmənin bu fitnə-fəsadı, murdar siyasəti bir vətəndas şair kimi onu qəlbən ağrıdır, məyus edir, qəzəbləndirir. Şair qələbə yollarını axtarır, oxucusunu düşündürməyə vadar edir.
’’Vətən yağı əlində’’ şeirində şair yazır:

Ürəyim titrəyən payız yarpağı,
Qopub düşəşidi – bir himə bənddi...
Yağılar əlində vətən torpağı,
Hayana baxıram – hər yan kəmənddi...

‘’Gözlə məni, gələcəyəm’’ şeirində isə vətənə sadiq bir əsgər kimi ölüm-dirim savaşının iştirakçısı olur. O ağır günlərdə əlinə silah alib ön cəbhədə, qaynar nöqtələrdə azğın düşmənə qarşı mərdliklə vuruşur. Şair qəlbinin duyğulu anları qəmli-kədərli misralara cevrilir:

Qarı düşmən silahlanıb zəhərlə...
Döyüşürük cəsаrətlə, hünərlə,
Dönəcəyik xoş müjdəli zəfərlə,
Gözlə məni, gələcəyəm, gözlə sən...

"Qalx ayağa, Azərbaycan!.." şeiri sanki isə şair harayıdır:

Hаrаy çəkən bəydi, хаndı,
Хоcаlıdı,
Аğdаbаndı…
Оğuz yurdu qızıl qаndı,
Qаlх аyаğа, Аzərbаycаn!..

KNYAZ ASLAN DÜNYASI Şair Vətənin ağrılı-acılı günlərində onun keşiyində dayanır, onu bağrına basır, göz muncuğu kimi yad gözdən, bəd nəzərdən qoruyur. Qarabağ savaşı ugrunda ölüm-dirim mübarizəşinə, odlu-alovlu münaqişəyə qoşulan şair bir əlində qələm, bir əlində silah müsəlləh əsgər kimi ön cəbhələrdə vuruşur, vətənə dikilən yad gözləri dəf etməyi, yad əlləri məhv etməyi, ana torpağı tənə-hiylədən, məkrdən qorumağı bir oğul kimi özünə borc bilir. Cəbhənin ağır döyüşlər gedən qızgın yerlərində düşmənin canlı qüvvəsinə qarşı qəhrəmancasına vuruşur…
Qarabağ müharıbəşinin veteranı olan şair Knyaz Aslan müstəqil Azərbaycanımızın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına, vətənin ayrılmaz tərkib hissəsi olan Qarabağımızın mənfur işğalçılardan təmizlənəcəyinə böyük ümid bəsləyərək, düşmənin vətənə uzanan əllərinin biryolluq kəsiləcəyinə tam əminliyi ilə inanır.

“Yaman gözdən qoru məni…”

Şair nəğməyə dönən ömrünün yarpaq-yarpaq getdiyini, insana, vətənə, təbiətə olan eşqinin onu dəli-divanə etdiyini, həsrətinə dözə bilmədiyi dağların bağrını diddiyini, ana yurda vurğunluğunu dilə gətirir. O, ömür nəğmələrini uca dağlara, göy bağlara, gur bulaqlara əmanət olaraq tapşırır, sanki həyatının əbədi sıgortalanmasını, saf sevgisinin qorunmasını əsrarəngiz təbiətə həvalə edir. ‘’Qoru məni’’ şeirində olduğu kimi:

Gümanıma əl açım qoy,
İnamıma qol açım qoy,
Keçilməmiş yol açım qoy,
Tapdaq izdən qoru məni!...

Həyat yollarında ömrünü gilə-gilə əridib enişli-yoxuşlu yollarda pillə-pillə addımlayan şair sadəliyi və təvazökarlığı, bənzərsizliyi və özünəməxsusluğu ilə seçilir. Ömür yolunun təkrarlanmayan cıgırını tapdanmayan yolla iz açmaqda görur, inamı, dəyanəti, əzəməti, sədaqəti, vüqarı, etibarı ilə həsrətində olduğu azman dağlara bənzəyir. Bənzərsizliyi ilə özünü Yaradana, Allaha tapşırır. Eşqi, məhəbbəti ilə Tanrıya tapınır.

Təmənnasız məhəbbətdən,
Cildə girmiş sədaqətdən,
Ağlasıgmaz həqiqətdən,
Yalan ‘’düz’’ dən qoru məni!..

Nələr, nələr anasıyam,
Çox mətləbdən qanasıyam,
Qz odüna yanasıyam,
Özgə közdən qoru məni!..
Yaman gözdən qoru məni!..

Qəlbin görə biləcəyi göz

Gənclik şövqü, cavanlıq məhəbbəti ilə davam edən ömür yolu Knyaz Aslanı bitib-tükənməyən arzuların qanadında xoş əhvallı illərə səsləyir. Quş qanadlı illər şair ömründən pərvazlanıb uçduqca dönüb xatirələrlə dolu ötən günlərə boylanırsan, ömürdən düşən yarpaqlara, keçən günlərə heyifsilənirsən. Ömrünün acılı-şirinli xatirələrini yada salan şair Knyaz Aslan qəlbinin ziya nuru onun əhatəsində olan insanları isindirir, onlara qəlb rahatlığı gətirir.
İnsan var, Allahın ona bəxş etdiyi gözlərlə dünyanın gözəlliklərini görə bilmir, insan var, görən gözləri günəş nuruna məhrumdur, amma qəlbinin gözü ilə dünyanı görür, daha yaxşı dərk edir. Mənə elə gəlir ki, ən başlcası qəlbin görə biləcəyi gözdür.
Fiziki baxımdan insan gözünün görmə bucağı bir dəqiqəlik görmə intervalında dəyişir. Şair qəlbinin iç dünyasinin baxış prizmasından görməsi forma, məzmun, kəmiyyət və keyfiyyət baxımından bədii rəng çalarları ilə doludur.
Tələbələrinə müasir elmi-texniki tərəqqinin zənginlikləri ilə dolu innovasiyalı cəhətlərini keyfiyyətli şəkildə öyrədən, zamanın nəbzini tutub bu qoloballaşan cəmiyyətin, dünyanın doğru-duzgün tərəflərini olduğu kimi catdıran şair Knyaz Aslan öz ömür fəlsəfəsini belə öyrədir. Qəlbən, ruhən təbiətə bağlı olan şair təbiətə dəyən hər naşı əlinə acıyır, vaxtsız budağından düşən hər yarpaq, gövdəsindən qırılıb düşən, kəsilib torpağın üzərinə yıxılan budaq şair qəlbini ağrıdır, sızladır, göynədir. Odur ki, o, təbiətin ağ ciyəri hesab olunan meşələrimizi, ormanlarımızı qorumağa cağırır.
Şair “Göynədir məni” şeirində yazır:

Yаmyаşıl bir yаrpаq qоpub çinаrdаn
Yеllənə-yеllənə düşdü tоrpаğа.
Üzdü əllərini, üzdü budаqdаn,
Yеrdən həsrət-həsrət bахdı budаğа…
О yаrpаq,
О yаrpаq göynədir məni…

Bir tоrpаq ikiyə bölündü bir gün,
Yаrı pаrçаlаndı müqəddəs Vətən.
Quruldu bir yаndа şənlik, tоy-düyün,
Bir yаnın üstünə çökdü dumаn-çən…
О tоrpаq,
О tоrpаq göynədir məni…

Bir çinаr yаrpаğı göynədir məni…
Bir Vətən tоrpаğı göynədir məni…

İllər qаnаdlıdır, bilmirəm, nədir...

Şair “Salam, köhnə dostlar” adlı şeirində ötən xatirələri poeziyanın dili ilə belə çözələyir:

Sаlаm, а Хаn Çinаr!..
Sаlаm, Gur Bulаq!..
Sаlаm, köhnə dоstlаr!..
Bir bахın bəri!..
Gəlmişəm üçümüz
Üç yоldаş оlаq,
Yеnə çözələyək хаtirələri...

Şeirin sonrakı misralarında dünyada hər şeyin axarlı olub zaman keçdikcə ötdüyünü, lakin köhnə dostların unudulmayıb xatirələrdə daim yaşamasını unudulmamasini duyğu və hissləri ilə bələ ifadə edir:

Hаnı, yоl yоldаşım о yоllаr hаnı?
Üstünə dаş yаğır, tоzu qаlıbdır...
Hаnı, dəvəbеlli о yаllаr hаnı?
Оrdа bir gözəlin nаzı qаlıbdır,
Yаdımdа bir həzin yаzı qаlıbdır...

İllər qаnаdlıdır, bilmirəm, nədir,
Göz yumub-аçıncа uçur quş təki.
Hаnsı хаtirəmsə səfər üstədir, -
Gözlərim zillənib yеnə yоl çəkir...

- deyən şair köhnə dostlardan ayrılmaq istəmir. Qəlbən təbiətə bağlı olan, onun zənginliklərlə dolu gözəlliklərindən doymur, onu duyğu və hisslərində yaşadır. Tez-tez təbiəti öz zəhməti ilə gözəlləşdirən insanlarla ünsiyyət saxlayır, onlarla həmsöhbət olur, sevincini, dərd-sərini bölüşur. Yay fəslində ezamiyyət götürüb qəlbində daimi quva qurmuş dağlara üz tutur, allı-güllü yaylaqları oymaq-oymaq gəzib-dolaşır, rəngləri gözlərinə çökmüş təbiəti duyğuları düşüncə və hissləri ilə qəlb süzgəcindən keçirərək ağ vərəqlər üzərinə köçürür.
Şair qocaman dağları belə vəsf edir:

Dаğlаr!..
Səndən аyrı dözmürəm, nеynim,
Sаnki könül quşum qоnur zirvənə.
Dаğlаr!..
Sənsiz mənim аçılmır еynim...
... Nənəm bахıb sənə,
Dеyərdi mənə:
- Dаğlаrdа bаbаnın vüqаrı dоnub,
Bаbаnın duruşu kеçib dаğlаrа!
Dаğlаrа bаbаnın хəyаlı qоnub,
Оrdаn bizə bахır!..
Оrа bах, оrа!..

Bаbаm dа sənintək əzəmətliymiş,
Qıy vurаn tərlаnı sаlаrmış səsi.
Yеrişi еlə bil dаğ yеrişiymiş,
Gülüşü -
gurlаyаn dаğ şəlаləsi!..


Geniş intiusiyaya, təfəkkürə, məfkürəyə sahib olan kövrək qəlbli şair ürəyi bu gözəlliklərdən zövq alır, onlardan ayrıla bilmir. Bəzən bu kövrək ürək sərtləşir, kəskinləşir, Vətənə göz dikən düşməni qəzəbi, hikkəsi ilə qamçılayır, əlinə silah alıb onu qorumağa tələsir.

Elmlə poeziyanın vəhdətində

Elmi araşdırmalarını müntəzəm davam etdirən, inkişaf mərhələsini uğurlarla başa vuran Knyaz Aslan elmin tükənməz ümmanına baş vurur. Doktorluq mövzusu seçir, ciddi elmi axtarışlar aparır. Elə bunun nəticəsidir ki, “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri” movzusunda doktorluq disərtasiyasını bu yaxınlarda uğurla başa catdırıb…
Özünü doğma ailəsinin, işgüzar kollektivinin layıqli üzvü sayan Knyaz Aslan hazırda doğma universitetinin müəllim-tələbə kollektivinin qayğısı ilə əhatə olunub. Qaygıları başdan aşan şair Azərbaycanın ən nüfuzlu ali məktəbi olan Bakı Dövlət Universitetində Kitabşunaslıq və Nəşriyyat işi kafedrasının müdiridir.
Zəhmət yollarında pillə-pillə yüksələn şair həm də yaradıcılığı boyu püxtələşir, bir-birindən sanballi ədəbi-tənqidi məqalələr, şeirlər, poemalar ərsəyə gətirib vaxtaşırı dövri mətubatda dərc etdirir.
Şan-şöhrət ardınca qaçmayan şair Knyaz Aslanı şan-şöhrət özü axtarıb tapır. Bir-birini əvəzləyən uğur və mükafatlar onu Azərbaycan ədəbi-bədii, ictimai mühitində tez bir zamanda şöhrətləndirir.
Şair Knyaz Aslan müxtəlif illərdə “Qızıl saz”, ”Qızıl Kitab”, “Peşəkar Jurnalist“, “Kamil Söz Ustası”, “Mətbuatin Dostu”, Abdulla Şaiq, ”Cəsarətli Qələm”, “Müqəddəs Qələm”, “Qızıl Qələm”, Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatlarına layıq görülür. Ən başlıcası isə şairin oxucudan aldığı mükafatdır, bu mükafat onun yaradıcı ömrünə verilən ən ali mükafatdır!..
Knyaz Aslan Azərbaycan Yazıcılar Birliyinin, Jurnalistlər Birliyinin, Mətbuat Şurasinin üzvüdür. Əməyinə verilən qiymət, sənət mükafatları və titulları onu şöhrətləndirsə də, bununla öyunmür, işini ardıcıl olaraq davam etdirir. Bu günün işini sabaha qoymayan bu şəxsiyyət zamanını vaxtında dəyərləndirib öz iş prinsipini dərs dediyi tələbələrinə də aşılayır.
Şair eyni zamanda tələbkar oxucusunun zövqlü fikir və düşüncələrini rəng müxtəlifliyini nəzərə alır.
Knyaz Aslan 1998-ci ildən ulu Borçalımizin ictimai-siyası, mədəni-tarıxi, ədəbi-bədii dəyərlərini, adət-ənənələrini mükəmməl əks etdirən “Borçalı” jurnalının və “Borçalı” qəzetinin redaktorudur.
Elmi kadrlar hazırlanması yolunda öz əməyini, elmi bilik, baçarıq vərdişlərini, iş təcrübəsini əsirgəməyən Knyaz müəllim Azərbaycan cəmiyyəti, çoxsaylı nəşriyyat-poliqrafiya müəssisələri, kütləvi informasiya vasitələri üçün müasirliyi, yüksək peşəkarlığı ilə örnək olacaq insan kapitalı yetişdirir. Jurnalist, kitabşünas, nəşriyyat redaktoru, informasiyaçı kimi kadr potensialı hazırlayıb yetişdirən Knyaz Aslan müəllimlik ömrünü tələbələrinin ziya nurunu işiqlandirmağa həsr edir. Ömrünü qətrə-qətrə şam kimi əridir, yuxusuz gecələr keçirir...

Ötən günlər dönəydi durna qatarları tək…

Knyaz Aslan gündən-günə gözəlləşən bu dünyanın enişli-yoxuşlu yollarında inamla addımlayaraq gələcəyə ümidlə boylanır. Geniş qəlbə, hərarətli-alovlu ürəyə sahib olan Knyaz müəllimin səmimiyyətinə inanıram. Sadədir, təvazökardır, mərhəmətlidir, səxavətlidir…
Onun gözəl, saf ailəsi var, atadır, ailədə iki övlad yetişdirir. Saza-sözə vurğun olan Knyaz Aslan ömrünün ayları, illəri bir-birini əvəzlədikcə qoşa qanadla addımlayan həyat yolu və yaradıcılıgı onu səfi pozulmayan durna qatarı kimi arzularının zirvəsinə yol alır. O, qış fəslində doğulsa da, ömrünün 55 ilini arxada qoyub, uğurlu gələcəyə, inamlı, nurlu sabahlara cəsarətlə addımlayır, qəlbində bahar nəfəsi, yaz təravəti gəzdirir. Şairlə həmsöhbət olanlar söz-söhbətindən doya bilmir.
Hələ neçə ömür yaşayacaq şair Knyaz Aslan, neçə-neçə sənət əsərləri yaradacaq, oxucularını sevindirəcək. Kaş ki, otən günləri köç edib gedən durna qatarı kimi qaytarmaq mümkün olaydı…

Sağlıq olsun!.. Görüşlər ümidi ilə nurlu sabahlarda görüşənədək, Knyaz Aslan…
Əziz oxucum, bu da düşüncələrimin zaman qatarında şairin ömür səhifələrini sizinlə bölüşməyin məqamları…


Tariyel ƏLİYEV,
Borçalı mahalı, Qasımlı kəndi.
Dmanisi-Marneuli-Bakı.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”

“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”

Başkeçid, Knyaz Aslan
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında ...

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında ...

BDU, Başkeçid, Knyaz Aslan, Turan
ASLAN MANSUROV  (1919-1991)

ASLAN MANSUROV (1919-1991)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
80 YAŞIN MÜBARƏK, USTAD!..

80 YAŞIN MÜBARƏK, USTAD!..

Başkeçid
SÖZ HEYKƏLİ

SÖZ HEYKƏLİ

Poeziya, Başkeçid, Bolus, Darvaz, Müsabiqə, Mədəd Çobanov
Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

Gənc tədqiqatçı Leyla Məmmədəliyevanın Heydər Əliyev obrazına həsr etdiyi i ...

QHT
ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

Başkeçid, Knyaz Aslan
QƏLB  GÖZƏLLİYİ

QƏLB GÖZƏLLİYİ

Knyaz Aslan, BDU, Başkeçid
RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

RUHUN ŞAD OLSUN, ƏZİZ BACIM SƏDAQƏT XANIM!...

Başkeçid, Nekroloqlar
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Aslan Çerpanlı: Eşidin, ay ellər, sağdı Yırğançay!..

Başkeçid, Müşfiq Borçalı
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
Yeni kitab:

Yeni kitab: "Kaş ki sevəydin məni"

Borçalı, "Region-Press"
Tanınmış alim, şair-publisist və nəcib insan

Tanınmış alim, şair-publisist və nəcib insan

Knyaz Aslan, BDU, Başkeçid
Ad günün mübarək, ASLAN GORARXLI!...

Ad günün mübarək, ASLAN GORARXLI!...

Təbriklər, Arxiv
MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ,  ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ

MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ, ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ

Knyaz Aslan, Ədəbi tənqid, Başkeçid
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar
Mədəd COŞQUN (1938):

Mədəd COŞQUN (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..."

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Başkeçid, Arxiv
Rəy yazın: