ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ

ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ
Vasif Namazov,
Beynəlxalq dərəcəli idman ustası,
türk savaş sənəti üzrə araşdırmaçı,
Alpaqut Turan döyüş sənətinin müəllifi


İnsan övladının yaranışından bu günə qədər əldə etdiyi mədəni nailiyyətlərdən biri də döyüş sənətidir.
Əgər ibtidai insan döyüşmək bacarığına yalnız özünü müdafiə və qida əldə etmək üçün yiyələnirdisə, artıq sivilizasiya mərhələsində döyüş sənəti fəlsəfi və etik dünya görüşünü özündə əks etdirən mədəni dəyərlərdən birinə çevrilmişdir.
Təbiidir ki, döyüş sənətini hər hansısa bir millətə aid etmək doğru olmazdı.

Çünki aydın məsələdir ki, insan övladı özünü müdafiə etmək məcburiyyətindən döyüş mədəniyyəti formalaşıb.
Bundan sonra isə tayfa, qəbilə müharibələri və imperiya müharibələri olmuşdur ki, bu da savaş mədəniyyətinin formalaşmasına zəmin yaratmışdır.
Məhz bunun nəticəsində XVIII əsrdən başlayaraq müxtəlif xalqların hərb döyüş sənəti sahəsindən özlərinin özünümüdafiə döyüş və idman proqramı əsasında, müxtəlif adlarda (karate, uşu, muaytay, pankration, savate, sambo, takevando, və s) döyüş sənəti konsepsiyasının formalaşmasını görə bilərik. Əlbəttə ki, bu istiqamətdə şərq ölkələri, xüsusilə Mərkəzi Asiyada (tarixi “Turan” adlanan coğrafi arealda) və regiona qonşu ərazilərdə yaşayan
xalqlar daha çox irəli getmişdir. Ancaq indiki zamanda isə demək olar ki, hər bir millətin öz mədəniyyətindən qaynaqlanan döyüş sənəti vardır. Sözsüz ki, bu, hər bir millətin təbii və mədəni haqqıdır və hər bir insan övladı bu mədəniyyətə hörmətlə yanaşmalıdır.
Mövzüya bu sual üzərində giriş edək: Necə ola bilərdi ki, tarix səhnəsində ən çox dövlət quran, ən çox savaşlar keçirən, ən böyük imperiyaları diz çökdürən, krallara əl öpdürən, məhs savaş sənətinin ən yüksək pilləsində olduğunu sübut edərək, özündən 10 dəfə böyük və əzəmətli olan Çin imperiyasına “Çin səddi” kimi günümüzdə böyük bir möcüzəli əsər yaratmağa
vadar edən, tarixin yaddaşında “məğlubedilməz türklər” adını qazanan, Avroasiya qitəsinin dörd
bir yanında savaş tarixi yazan türk etnosunun əlbəyaxa döyüş sənəti mövcud olmasın ?
İlk öncə Türk sözündən və Türklərin hansı coğrafiyadan dünyaya çıxışına nəzər salsaq, bu
etnosun indiki, Avrasiya çoğrafiyasında necə böyük bir zəngin döyüş mədəniyyəti yaratdığını və
qonşu xalqların da bundan necə faydalandığını görə bilərik.
Türk sözü insanlıq tarixi qədər qədim olduğundan, zaman-zaman tarixçilər öz
araşdırmalarında bu sözün açılımına fərqli fikirlər irəli sürmüşlər. Araşdırmalara görə Türk adı
ilk dəfə e.ə. XIV əsrdə “Tik” və ya “Tiklər” adıyla tanınmağa başlamışdır. Hətda başqa bir fikrə
görə isə Türk adı e.ə. XIV əsrdən əvvəl də var olmuşdur. Çin qaynaqlarında isə bu söz "Tu-küe
(Türk)" olaraq miğfer" başı qorumak" anlamında işlədilmişdir. Macar türkoloq Armin
Vamberiyə görə Türk sözü "törəmək" deməkdir. Ziya Gökalpa görə isə "TÜRELİ" yəni qanun və
nizam sahibi olmaq deməkdir. Alman türkoloq Albert von Le Coq görə, Türk sözü "güc-qüvvət"
mənası bildirir. 420 -ci ildə bir fars mətnində Türk kəlməsi Altaylı (ceyhun kənarı,turanlı)
qövmlərini təyin etmək üçün göstərilmişdir. İran mənbələrində Türk sözü “Gözəl İnsan”
mənasında işlədilir. X əsrə aid Uyğur mətnlərində Türk sözü "güc, qüvvət" (Türklük = "güclü,
qüvvətli") mənasında istifadə edilmişdir. Ön Türk mədəniyyəti və dili üzərinə araşdırmalar edən
Kazım Mirşan və Haluk Tarcan isə “tür-ök” sözünü tanrısal tür> göklere bağlı> Tanrıya bağlı>
millət, “kainata/tanrıya ait insan topluluğu (türü/növü)” anlamına gəldiyini bildirilər. Qeyd edək
ki, Türk sözü ilk dəfə rəsmi olaraq Göytürk imperiyası adında ortaya çıxmışdır.
Türkoloqiyanın banisi hesab olunan, Dünya ədəbiyyatında türkdilli xalqların ilk
ensiklopediyası sayılan, Divanu Luğati-t-Türk əsərinin müəllifi kimi şöhrət qazanmış Mahmud
Kaşğarlının fikirləri, bu mövzüda bütün fikirlərinin ən önəmlisidir desək yanılmarıq. O, “Türk
adının türklərə Tanrı tərəfindən verildiyini” qeyd edərək, bu sözün “Gənclik, qüvvət, qüdrət və
yetkinlik çağı” mənasını verdiyini bir daha sübut etmişdir. Məhs bunun nəticəsidr ki, ən ünlü
Tarixçilər Türk kəlməsinin “Güclü-Qüvvətli” mənasını verdiyini qəbul ediblər.
Türklərin hansı coğrafiyadan dünyaya çıxışı haqda bu günə qədər çox fərqli fikirlər və
nəzəriyyələr mövcuddur. Ancaq hal hazırda bu günə qədər bütün nəzəriyyələri alt üst edən yeni
bir nəzəriyyə olan Urmu nəzəriyyəsinin müəllifi, Tarixçi, Türkoloq Firudin Ağası oğlunun
fikirləri daha çox diqqət mərkəzindədir.
“Əlbətdə ki, bütün xalqlar yarandığı coğrafiyadan zaman-zaman kənara çıxmışdır. Bu
məsələyə toxunan araşdırmaçıların (tarixçilər, dilçilər, mifoloqlar, etnoloqlar) baxış bucağı
müxtəlif olduğundan araşdırmalarda müəyyən qüsurlar vardır. Qlottogenez elmini bilməyənlər
dillərin bir-biri ilə qohumlaşdırılmasında səhvlər etmişdir. Bütün dünya dillərinin XIX əsrdə
nəzəriyyəsi quruldu (Hind-Avropa, Ural, Sami, Qafqaz və s.) Bu nəzəriyyələrin hamısı düz
quruldu. Buna görə də 100-150 ildir bu sahədə, bu dillər üzərində aparılan tədqiqatlar həmin
dillərin keçmişi haqqında dəqiq informasiyalar verir, onun keçdiyi yolları, onun qrammatik
quruluşundakı inkişafı çox aydın izah edə bilir. Yeganə Türkologiya elmi oldu ki, səhv nəzəriyyə
üzərində quruldu: “Ural-Altay” və sonradan “Altay” nəzəriyyəsi.
Ural-Altay nəzəriyyısi: Guya Ural xalqları finuqorlarla, Altay xalqları isə türk və tunqusmancurlar
eyni kökdən gələn xalqlardır və sonradan parçalanıblar. Sonrakı ciddi tədqiqatlar
göstərdi ki, bu nəzəriyyə özünü doğrultmur, çünki türk dili ilə finuqor dilinin genetik bağı
yoxdur. Sadəcə, sonrakı çağlarda olan əlaqələr nəticəsində alınmalar var, bizim dildən onların
dilinə, onların dilindən bizim dilə bəzi sözlər keçib. Ona görə də, Ural-Altay nəzəriyyəsi iflasa
uğradı, Uralı atdılar, qaldı Altay nəzəriyyəsi.
Altay nəzəriyyəsi: Bu nəzəriyyəyə görə isə, guya türklər, monqollar 1, tunqus-mancurlar ən
qədim dövrdə bir xalq olub, 2200-2400 il öncə hun çağında Monqolustanın Ordos bölgəsində
türklər onlardan ayrılıb. Güya Türklərin bir hissəsi Altayda qalıb, bir hissəsi isə Orta Asiyaya,
başqa bir hissəsi Quzey Qafqaza, guya bir hissəsi də Azərbaycana gəlib və min il əvvəl Səlcuqlar
dönəmində də böyük bir kütlə ilə türklər Anadoluya yerləşiblər. Buradan o nəticəni çıxardırlar
ki, bugün türklər harada yaşayırsa oranın yerli xalqı deyil, ora gəlmə xalqdır, üstəlik də bu gələn
türklərin hamısı köçəri türk xalqlarıdır. Adətən ”Qohum dillər” qədimə getdikcə birləşir, lakin
bu hər iki nəzəriyyədə qədimə getdikcə şaxələnmə yaranır. Yaranan yüzlərlə suala cavab verə
bilmir. Buna səbəb də Türk xalqlarının yaranma yerinin səhv göstərilməsidir. Odur ki, bu
nəzəriyyə inkişaf etmir ki, etmir.
Urmu Nəzəriyyəsi (yeni nəzəriyyə): Necə ola bilər ki, Türklər Mərkəzi Asiyada yaranır,
lakin böyük məsafə olan, Ön Asiyada yaşayan Sumerlərin dilində yüzlərlə Türk sözü var?
Diqqət edək, Ön asiyada 4 böyük çay var ki, onların qədim adları Türkcədir. İti-gəl
(Dəclə), Börüçay (Qurd çayı, Burat, Fırat, Fərat), Kür və Araz. Dağların isə demək olar ki,
hamısı türk dilindədir. Dənizlərə baxsaq-Qara dəniz, Göy Xəzər, Ağ Dəniz, Qırmızı dəniz.
Sual olunur, hansı xalq bu adları verib və bu hansı dildədir? Bunun üçün mifologiyaya,
folklora nəzər salmaq kifayətdir. Türk xalqlarında rənglər həm də cəhət bildirir : Qara - Quzey,
Qırmızı - Güney, Göy - Doğu, Ağ - Batı (Xızıda qərbdən əsən yelə Ağ yel deyirlər.) Bu
ölçülərlə baxsaq, bu dənizlər arasında olan bölgə Türklərin yarandığı ərazidir.
Yeni Urmu nəzəriyyəsinin müxtəlif köməkçi qolları var - antropologiya, etnoqrafiya.
Bunlara nəzər salsaq görərik ki, Ön asiyada hal hazırda yaşayan türk xalqlarının antropoloji
quruluşu avropeoid irqinin Aralıq dənizi qolunun Kaspi çalarıdır. Bu xalq burda 7000 ildir var
və bu antropoloji quruluş da dəyişməyib.
Bəli əlbətdə ki, Türklər Mərkəzi Asiyada böyük tarix yaratmışdır. Lakin Türklər Mərkəzi
Asiyada deyil, Ön Asiyada dünya meydanına çıxmışdır. Sumerlər isə bu əraziyə 6 min il öncə
gəlmişlər. O vaxt Bağdaddan yuxarı həmin ərazidə Subarlar (Türk boyu: Su, Çay arası adamlar
deməkdir) yaşayırdı. Ərmən boyu (Türk boyu: İgid mən deməkdir), Kut boyu ( Türk boyu:
müqəddəslik mənası kəsb edən türk sözü), Kəngər boyu və s. boylar var idi. Sumerlər isə 100 il
Kut imperiyasının tərkibində yaşamışdırlar. Bu gün ən qədim Daş abidələr Türk xalqlarının Ön
asiyada meydana çıxdığını və burdan yayıldığını isbat etməkdədir.”

SAVAŞ SƏNƏTİ

Ön Asiyadan başlayan və daha sonra bir qismi bozqır yaşamına keçən qədim türklər
“Böyük Çöldə”, tarixi Turan ərazisində döyüşçü həyat tərzi yaşayırdı. Məhz bu səbəbdən də bəzi
tarixçilər belə qənaətə gəlmişdir ki, qədim türklərin döyüş mədəniyyəti bozqır həyat tərzi ilə
başlayır və bununlada bitir. Ancaq bu tamamilə yalnışdır.
Əlbəttə ki, qədim türklərin döyüş sənətinin ən sürətli formalaşma dövrü bozqır həyat
tərzinə keçdikdən sonra baş vermişdir. Ancaq bu o demək deyildir ki, Türklər Ön Asiyada döyüş
mədəniyyətinə sahib olmamışdır. Türk döyüş sənəti hələ, qədim türklər Ön Asiyada olarkən
mövcud olmuşdur. Məsələn, Herodot Subar boylarını “Dünyanın Ən savaşçı xalqı” (Türk boyu:
Su, Çay arası adamlar deməkdir) adlandırmışdır.
Bundan əlavə Çin mənbələrindən bir fakta nəzər salaq. “Eradan əvvəl II əsrə aid mənbədə
deyilir: İnsanı heyrətə salan bir cəldliklə yalçın dağlara dırmaşır və aşağı enirlər. Selləri və ən
dərin çayları paltarlı üzüb keçirlər. Küləklərə, yağışlara, aclıq və susuzluğa dözürlər.”
Çin naziri bu keyfiyyəti də Hunların (Hun Türk imperiyası) “çox uzun vaxtlardan bəri davam edən
qədim qabiliyyətlər” indən hesab edir.3

Bu faktlar onu sübut edir ki, savaş mədəniyyəti bu etnosun həyat tərzinə daha qədimdən
süzülüb gəlir, sadəcə bozqır çöllərində məcburiyyətdən bu savaş mədəniyyəti daha çox inkişaf
dövrünü yaşamışdır. Orhun abidəsindəki Bilgə Tonyukukun yazısı, bu məcburiyyəti təsdiq edir:
“Çuğay Kuzda, Qara qumda, məskən salmışdıq. Maral yeyərək, dövşan yeyərək otururduq.
Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimi idik.” 4

Çin hərbçi alimləri müharibələrin gedişində çoxsaylı hərbi traktatlarda köçərilərlə (Hun
türkləri və Göy türklər) müharibə metodları ümumiləşdirirdilər. Hərbi və döyüş sənəti məktəbləri
peyda olurdu.” 5

Məlum olur ki, saylarına görə “Çinin əhali sayının yüzdə biri ilə müqayisə
edilə bilməyən Türklər” 6 öz mükəmməl yüksək döyüş sənəti qabiliyyəti nəticəsində Çinlilərə
hərbi texnologiyanı və döyüş sənətlərini formalaşdırması məcburiyyəti qarşısında qoymuşdur.
Ancaq nəzərə alsaq ki, qədim türklərin sayı çinlilərdən çox az idi və onlar bu böyük imperiyanın
hərb sənətinin formalaşdırmasına rəgmən türklərin qarşısında duruş gətirə bilmirdi, demək ki, bu
fakt özü sübüt edir ki, qədim türklərin savaş sənəti, döyüş mədəniyyətinin ən yüksək pilləsində
idi. “Sülh dövründə sıravi türkün həyatı köçlərdən (ildə 2-4 dəfə), hərbi döyüş təlimlərindən və
yaz və bahar aylarındakı sərbəstlik zamanı istirahətdən ibarət idi. Yorucu əməyin olmaması,
daima ovla məşğul olma, at belində çapmalar və ox atmalar fiziki inkişafa və döyüş sənətinin
təkmilləşməsinə xidmət edirdi.” 7

Bəzi yabancı tarixçilər qədim türklərin Suvarilik sənətinin daha yüksək səviyyədə olduğu
üçün, onları piyada, xüsusilə əlbəyaxa döyüşdə təsəvvür etmək istəmirlər. Düşünürəm ki, indiki
halda onlar bunu ağıllı formada qəsdən məqsədli şəkildə edir ki, kapitalizm dəyərlərinin mövcud
olduğu müasir dünyada türk xalqları əlbəyaxa döyüş sənəti formalaşdırmaq üçün heç bir qədim
mənbəyə əsaslanmasın. Axı hamıya məlumdur ki, müxtəlif xalqlar XX əsrdən başlayaraq bu
günə qədər döyüş sənəti formalaşdırmaq üçün bir yarışa girib. Bunun həm siyasi, həm iqtisadi,
həmdə mədəni tərəfləri olduğu üçün bu sahəyə diqqət böyükdür. Məgər XX əsrdə döyüş sənəti
formalaşmasında ən çox irəli gedən Yapon, Çin, Koreya, Avropa və s. xalqların qədim tarixində
At, Qılınc, Ox, Zireh mövcud olmamışdır ? Axı necə düşünmək olar ki, məhz bu amillərə görə
qədim türklərin əlbəyaxa döyüşə ehtiyacı yox idi? Türkün dastan ədəbiyyatı Kitabi-Dədə
Qorqud, KOROĞLU, MANAS və s. başdan ayağa əlbəyaxa döyüş mədəniyyətindən ibarətdir.
Yox əgər dastan ədəbiyyatını mif sayırlarsa, bəs o zaman niyə Damonun (Badhidharma)
Hindistandan Çinə gələrək döyüş sənəti yaratması mif sayılmır? Əslində isə dərindən
araşdırdıqda, elə əsl əlbəyaxa döyüş sənəti mədəniyyətinin də bünövrəsini qədim türklərdən
gəlməsini görmək çətin deyil.

Əgər belə olmasaydı, XX əsrin ən böyük imperiyası olan (SSRİ-də) Sovetlər birliyində
döyüş sənəti sahəsində yenilik edilərkən əsas türk xalqlarının döyüş mədəniyyəti araşdırılmaz və
qaynaq götürülməzdi. Bütün idman xadimlərinə məlumdur ki, SSRİ-nin (sovetlər birliyinin)
tanınmış idman xadimi, Sambonun qurucusu V.Xarlampiyev, bu döyüş sənətini formalaşdırarkən
Azərbaycanlıların, Başqırdların, Kazakların, Türkmənlərin, Özbəklərin güləş, küreş, kuraş,
yakalaşma və Kulsanat, Qolsənət kimi müxtəlif türk ləhçələrində bilinən adlarda olan döyüş
mədəniyyətindən istifadə edərək SAMBO (Samozaşita Bez Orujiya) adlı döyüş sənəti
qurmuşdur. Əlbətdə ki, Sovetlər Birliyinin dövlət dili rus dili olduğu üçün məhz döyüş sənətinə
qoyulan ad rus dilində idi.
Sual olunur: Bəs bu Döyüş sənəti mədəniyyəti haradan qaynaqlanırdı və necə
formalaşırdı? Qeyd edək ki, qədim türklərin həyat tərzi haqqında informasiya əldə etmədən,
türk idman mədəniyyətini və xüsusilə də döyüş sənətininin sirlərini görmək mümkün deyil.
Çünki türk savaş sənəti məhs türk həyat tərzindən doğurdu. Beləliklə, qədim türklərin əlbəyaxa
döyüş sənətinə verdikləri töhfələr üzərində dayanaq.
ƏLBƏYAXA DÖYÜŞ SƏNƏTİ
Tarixin inkişaf dinamikasında bəzi əlbəyaxa döyüş sənət növləri sırf mərasim (oyun və
rəqslər) və ya idman (yarışmalar) xarakteri almışdır. Əlbəyaxa döyüş özü tarixin dinamikasında
bir neçə şaxələrə ayrılır:
1) Yalnız fiziki gücə və hazırlığa əsaslanan əlbəyaxa döyüş (əl və ayaqların vasitəsilə
rəqibdən müdafiə, hücum və güləş);
2) Müxtəlif alət və vasitələrdən (ip, ərkan, dəyənək, şüvül, tir və d.) istifadə edilən döyüş
sənəti;
3) Müxtəlif təyinatlı silahların (bıçaq, qılınc, cida, nizə, ox və d.) istifadəsini ehtiva edən
döyüş sənətləri.
Ancaq bu bölünmələrə baxmayaraq, günümüzdə yaradılan əksər döyüş sənəti növlərinin
bazasında hər üç forma yaşayır. Məsələn, bir çox döyüş sənətlərində özünü müdafiə
proqramlarında müxtəlif soyuq silahlardan istifadə və müdafiə texnikalarının mövcüdlugu hər
kəsə bəllidir. Biz bu ənənəni döyüş idman yarışlarının açılış mərasimlərində nümunəvi çıxış
formasında da açıq aşkar görə bilərik. Hətta Samuraylara qarşı formalaşan TOTE nin (daha
sonra Okinava Te və son olaraq Karate) yarışlarının açılış mərasimində belə, bir birinə zidd
olmasına baxmayaraq Samuray dəbilqələrində qılınclarla nümunəvi çıxışları görürük.
Bütün bunlar sübut edir ki, qədim dövrdə hərb savaş sənətinin təlim prosesində fiziki gücə
hesablanmış texniko fənlər olmuş, bu təlim prosesi ordu daxilində müxtəlif sınaqlarla
(yarışmalarla) müşahidə olunmuş, daha sonrakı dövrlərdə isə bu sınaqlar və ya döyüş sənəti
metodikaları müxtəlif adlarla konsepsiya olunmuşdur. Hal hazırda fəaliyyətdə olan köklü döyüş
sənətlərinin qədim dövrlərdə hərb savaş sənətinin tərkib hissəsi olması heç kimə sirr deyil.
Bu prizmadan baxdıqda, Qədim türklərin həyat tərzində bahadır olmadan yaşamaq mümkün
olmadığı üçün uşaqların körpəlikdən ən sərt qanunlarla və hərbi döyüşçü məşqləri ilə tərbiyə
olunması məhs bahadır olmağa hesablanmışdı. Hərblə əlaqədar olaraq bütün əsgəri təlimlər, eyni
zamanda əlbəyaxa döyüş sənəti qədim türklərdə uşaq yaşlarından başlanılırdı. “Hunlar doğulan
uşağı qışda qarın üstünə atır, bir müddət keçdikdən sonra isə dəriyə bükürdülər. Yeniyetməni ən
qorxulu səfərlərə göndərirdilər. Çin mənbələrinin yazdığına görə, hunlarda “döyüşçülərin güc və
bacarığı ilə ölçülər, kişilər savaş təlimi keçir, qəfil basqın və hücumlar edirdilər. Bu onların
anadangəlmə fitrətindəndir. 8 Bu başqa cür ola da bilməzdi, çünki “Bozqır türklərinin ayrıca bir
ordu yaratmasına ehtiyacı yox idi, hər bir elatın özü bütövlükdə bir ordu idi.” 9 Məhz bu
səbəbdən də istənilən əsgəri təlim forması tayfanı bütövləşdirən ailədən başlanırdı.
Məsələn, Yakut mənbələrində necə bir sərt əsgəri təlim haqqında məlumat bildirilir: “Təlim
3 yaşından başlayırdı. Öncə onun üzərinə qızarmış kömür atırdılar ki, onda zərbədən yayınmaq
bacarığı yaransın. Bundan sonra silahla rəftar təlimi keçirilirdi. Dəyənəklə döyürdülər və ondan
yayınma bacarığı aşılayırdılar. Gənclər 18 yaşında hərbi hazırlığı bitirməli idilər. Öyrədilmiş
gənci son sınaqdanda keçirirdilər. O, evdə oturarkən, mahir bir əsgər siyirmə qılınc ilə
gözlənilmədən onun üzərinə hücum edərək haradan gəldi vurur. Sonra Gəncin paltarını
soyundurub, onun bədənini yoxlayırdılar. Əgər bədəndə qılıncdan dəymiş bir kəsik görünsəydi,
təlim bitməmiş hesab olunurdu. Sınaqdan keçənə bacadan bir tikə ət atırdılar. Gənc əti bıçağın
ucu ilə tutmalı idi. Bundan sonra onun üzünə eninə (yanı bədən hissələrinə) tikiş qoyurdular.
Tikiş onun ən yaxşı əsgər olmasının işarəsi idi.” 10
Qədim türklərdə təkbətək döyüş, bahadırların bir-birinə özünü və soyunu təqdim etməsi və
savaş tanrısının şərəfinə dua oxuması ilə başlayırdı. Yakutlar babalarının savaş qaydasını belə
xatırlayırlar: “Adətən hər bir döyüş qarşısında qana həris olan ruhun (müharibə tanrısının İblis
kaanın) şərəfinə mahnı oxuyurdular. Bu zaman onlar öz babalarının adlarını sadalayardılar. ...
Biz Batas Myondükenin nəvələriyik. Onun Ortancıl oğlu Yurunq bas-Boltonqonun övladlarıyıq.
İlbis-Kıısı (Müharibə tanrısı –Ə.Ə., M.Q.) çağırırıq.” Eyni mötiv Dədə Qorqud dastanında
savaşdan öncə oğuz igidlərinin islam örtüyünə bürünmüş Tanrıya dua etməsi faktı da bəllidirr.
Bu ritual ənənələr bu günə qədər müxtəlif türk xalqlarının savaş mədəniyyətində
yaşamaqdadır. Bahadırlar bir birləri ilə əlbəyaxa döyüşdən öncə rəqs oynaması bu günə qədər
türk nağıl və dastanlarında öz əksini tapmışdır. İstər-istəməz Azərbaycan milli ənənəsində
güləşçilərin güləşdən öncə rəqs etmələri yada düşür. Bu fakt sözgedən savaş ənənənəsinin çox
qədim tarixə malik olduğunu göstərməkdədir. Bu fikrin gerçəkliyi maddi mədəniyyət nümunələri
ilə türk dastanlarının, eləcədə türk mədəniyyətinin müqayisəsi təsdiq edir.” 11
Qədim türklərin adət ənənələrində əlbəyaxa döyüş sənətinin varlığı bu aşağıda qeyd
edəcəyimiz arxeoloji faktlardan da açıq-aşkar görünür. Döyüşün son mərhələsində, əlbəyaxa
savaşı təsvir edən gümüş kuzənin (Tümen vilayətinin Koçq kəndində tapılıb ) tarixi bizim eranın
I minilliyinin ortalarına aid edilir. (şəkil.1) Şəkildə təsvir olunan (və M.P.Qryaznovun
nəzərindən qaçan) bir çəhət bu təsvirin müəəyyən bir qəhrəmanlıq dastanı ilə bağlı olduğunu
təsdiq edir. Savaşan bahadırlar öz silahlarına doğru can atır. Solda dayanan at bahadırın silahını
ayağı ilə ona doğru itələyir. Türk xalqlarının dastanlarında bahadırın atının bahadıra yardımçı
olması motivini nəzərə alsaq, onda bu təsvirin müəyyən dastanla əlaqəsi bir daha təsdiq olur.12

ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ Şəkil.1 Gümüş küzə

Bu təsvir isə Ordosdan (Altayın Çinə düşən hissəsi) tapılmış e.ə. III əsrə aid toqqadır.
Toqqanın üzərindəki təsvirdə əyani şalvarlı iki bahadır cəng edir, toqqada onların atları, ağac və
quş təsvir olunmuşdur (Şəkil.2). Güləşmək üçün qurşağadək soyunmaq türk xalqlarının ənənəsi
kimi yaşamaqdadır. 13

ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ Şəkil 2. Ordosdan tapılan Qızıl toqqa
Yuxarıda qeyd etdiyimiz kimi, qədim türklərin Suvarilik sənəti yüksək dərəcədə olduğu
üçün, onları piyada da, yəni yerdə döyüşdə təsəvvür etmək istəmirlər. Ancaq bu faktdır ki,
"Səlcuqlu ordusunun təməlini təşkil edən suvarilər lazım olduqda atlardan enib yerdə döyüşə
bilirdilər, həmçinin, piyada birlikləri də vardı. Məsələn, Toğrul Bəyin ölüm xəbəri üzərinə
Xorasandan hərəkətə keçən Alparslanın ordusu 20.000 atlı və 10.000 piyada döyüşçüyə malik
idi. Kirman Səlcuklularında isə, piyada birliklərinin sayı süvarilərinkindən daha çox idi. Məlik II
Arslanşah cəmi 16.000 döyüşçüyə sahib idi və bunların 6000-i süvari, 10.000-i isə piyada qoşun
idi”. 14
Əlbətdə ki, bu piyada birliklərdəki savaşçılar qılınc, ox, nizə qalxan və sairə soyuq
silahlarla döyüşürdülər. Ancaq, nəzərə alsaq ki, oxun yayı qurtara bilər, nizə və qılınc qırıla bilər,
mütləqdir ki, əlbəyaxa döyüşə şərait yaransın.
Rus arxeoloqu M.P.Qryaznovun bu mövzüda araşdırması tam yerinə düşür.
O, Uralda tapılmış qabın (şəkil.3 ) üzərindəki təsviri türk xalqlarının dastanlarında əks olunan
döyüş səhnəsi ilə müqayisə etmiş və türk xalqlarının dastanlarında
təsvir olunan döyüş səhnəsinin əksi olması fikrinə gəlmişdir:
“Bahadırlar bir neçə neçə növ silahları sınaqdan çıxarıblar. Onların ayağının altına
qırılmış qılınclar, qalxanlar, savaş baltaları, toppuzlar düşüb. Bu sujet türk xalqlarının çoxunun
qəhrəmanlıq dastanlarında yer alır. Belə ki, dastanlarda bahadırlar bir neçə silah növü ilə
(nizə, ox, qılınc, toppuz) mübarizə aparır ancaq sonda mübarizə əlbəyaxa ilə nəticələnir.
Bahadırların mübarizəsi monqol-oyrat eposu (Bum-Erdeni, Erqil-Türgül və s) Kazax eposu
(Şura-Batur), Altay eposu (Kan-Sulutay) və Buryat (Alamji Mergen) eposunda eyni ilə təsvir
olunmuşdur. Bu süjet o qədər səciyyəvidir ki, bütün bu qəhrəmanlıq poemalarındakı mərkəzi
epizodlardan biri olan, masir qəhrəmanlıq dastanındakı bahadurların tək--bə-tək döyüşünün
Kulaqışdan olan qabın üzərindəki təsvir ilə eyniləşdirilməsinin doğruluğuna heç bir şübhə ola
bilməz.”
ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ Qeyd edək ki, gümüş qab bizim eranın birinci
minilliyinin ortalarına aid edilir. Müəllif qılıncların,
baltaların, əmudların qırılıb yerə tökülməsinin türk
xalqlarının dastanlarında bahadırların döyüş zamanı
müxtəlif silah növlərindən istifadə etməsi və məqsədə
nail olmayanda bahadırların əlbəyaxa döyüşlə qələbə
çalmaları motivi ilə müqayisə etmişdir. Onun fikri
inkarolunmaz həqiqətdir. Gördüyünüz kimi, qədim
dövrdə savaşların qol gücünə əsaslandığı bir dövrdə, ordu
formalaşmasında əlbəyaxa döyüşün olmamasını
düşünmək məntiqsizdir.
Şəkil 3. Kulaqışdan olan gümüş qab
Bu mövzüda dastan ədəbiyatında da əlbəyaxa döyüş izlərini görməmək mümkün deyil. Belə
ki, Dədə Qorqud dastanında Əmranla Təkurun savaşı belə təsvir edilir: Kafər Təkur dedi: “hələ
bir döz, əblah oğlu, mən sənə gəlim çatım” Altı pərli gürzünü ələ alıb, atını oğlanın üzərinə
sürdü. Oğlan qalxanını gürzün qabağına tutdu. Kafər yuxarıdan aşağıya oğlanı bərk vurdu:
qalxanını ovdu, dəbilqəsini əzdi, üz-gözünü sıyırdı, ancaq oğlanı məğlub edə bilmədi. Gürzlə
döyüşdülər: böyük iti polad qılıncla vuruşdular, atıla-atıla meydanda qılınclaşdılar: çiyinləri
doğrandı, qılıncları ovulub töküldü, bir-birinə üstün gələ bilmədilər. Qarğı budağından olan
sünğülərlə çarpışdılar, meydanda buynuzlarını bir birinə sançmaq istəyən buğalar kimi döş-döşə
gəldilər. Əlbəyaxa savaşda Əmran təkura qalib gəlir.
Oxşar motiv Koroğlu dastanında daha geniş yayılmışdır. Koroğlu ilə Ərəb Reyhanın döyüşü
dastanda belə təsvir olunur: “ Dava başlandı, yetmiş yeddi fəndin hamısını işlətdilər. Amma heç
biri o birinə döv ( qalib) gələ bilmədi. Nə qılıncdan kar aşdı, nə nizədən iş çıxdı, nə əmuddan
murad hasil oldu. Axırda Koroğlu qəzəblənib atdan düşdü. Paltarının ətəklərini belinı sancdı.
Qollarını çırmadı. Meydanda gərdiş eləməyə başladı. Ərəb Reyhan da atdan düşdü. Küştü
başlandı.” Xalq yaradıcılığı olan dastanlarda sübüt edir ki, qədim türklərin əlbəyaxa savaş
sənəti mövcud olmuşdur.
Göründüyü kimi, qədim türlərin həyat tərzi olan savaş mədəniyyətində, türkü əlbəyaxa
döyüşsüz təsəvvür etmək mümkün deyil. Barmaqları ilə saf daşdan kəsik qoparan, güləş zamanı
barmaqlarını qəniminin ətinə yedirdib onu diz çökdürən, öküzü başı üstünə qaldıran və ya bir
zərbə ilə öküzü yerə sərən şir biləkli bahadırlar haqqında söhbətlər xalq arasında geniş
yayılmışdır. Həmin söhbətlərin arxasında türk savaş ənənələrinin müəyyən əlamətləri
gizlənmişdir.15 Fiziki dözümlüyü olmayan və eyni zamanda silahla rəftar etməyi bacarmayan
türk döyüşçüsü bahadır sayılmırdı, məhz bu səbəbdən də artıq 12-14 yaşına yetişmiş oğlan
uşaqları həm fiziki cəhətdən formalaşırdı, eyni zamanda silahlardan mükəmməl səviyyədə
istifadə etməyi bacarırdı. Ən əsası isə, bu formalaşmada psixoloji cəhətdən də hazırlıq metodları
tətbiq olunurdu. Qədim türklər öz uşaqlarına döyüşdə ölümdən qorxmamağı öyrədirdilər və son
dərəcədə sərt əsgəri qanunlarla yaşayırdılar. Dörd bir tərəfin amansız düşmənlə əhatə olunduğu
Turanda yaşamağın başqa bir yolu da yox idi. Bilgə Tonyukukun Orhun abidəsindəki yazısını
təkrar birdə qeyd edək: “Çuğay Kuzda, Qara qumda, məskən salmışdıq. Maral yeyərək, dövşan
yeyərək otururduq. Xalqın boğazı tox idi. Ətrafdakı düşmənlərimiz yırtıcı quş tək, biz isə ov kimi
idik.” 16
Əlbətdə ki, biz bu kimi faktların sayını artıra bilərik. İstər Orta Asiya məzar abidələrində,
istərsə də digər yazılı nümunələrdə. Qədim türklərin adət ənənələrində əlbəyaxa təkbətək döyüş
sənətinin varlığı türk hərb üsulunun tərkib hissəsidir. Böyük çöldə, Turan adlanan coğrafiyada
yaşanan bu döyüş sənəti mədəniyyətinin öz tarixi əsası, fəlsəfəsi, qədim türk dünya görüşləri və adət və
ənənələrinə, Tanrıçılığa söykənən dərin mənəviyyatı, öz taktika və tərzi vardır. Məhs bu səbəbdəndir ki,
qədim türklərin tarixinə, mədəniyyətinə və döyüş sənətlərinə, müraciət edilərək yeni bir döyüş sənəti,
idman növü olan “ALPAQUT-TURAN DÖYÜŞ SƏNƏTİ” formalaşdırılıb.

ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ

ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ

Alpaqut Türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. Döyüş sənətinin adının anlamı "Alpaqut" (Alp: döyüşçü, Qut: qutsal (kutsal) - Müqəddəs Döyüşçü mənasındadır. Bu döyüş sənəti Türk xalqlarının döyüş sənətlərindən qaynaqlandığı üçün, Turan sözü (Turan: türksoylu xalqların yaşadığı coğrafiya) marka kimi əlavə olunmuşdur.
Alpaqut döyüş sənəti Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təblig edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirərək, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq, dərin fəlsəfi ideoloji mənası olan və kökləri sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edir. Milli özünə məxsusluq hissini inkişaf etdirən və super etnomədəni fəlsəfəni milli düşüncə əsasında konsepsiyalaşdıran ALPAQUT idman növü, uşaqlarda milli iftixar hissini, Vətənə və Dövlətə hörmət və məhəbbət hissini formalaşdırır. Alpaqut döyüş sənətinin əsasını təşkil edir:

1. VIII BAZA YÖNDƏMLƏRİNDƏN İBARƏT TƏLİM PROGRAMI
 Yumruk yöndəmləri
 Tepik yöndəmləri
 Ayça yöndəmləri
 Atış yöndəmləri
 Badalaq Yöndəmləri
 Bağdamak yöndəmləri
 Boğuçan yöndəmləri
 Koruy yöndəmləri

ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ 2. IV ÜSTÜNGÜDƏN İBARƏT İMTAHAN PROGRAMI
Hər bir ÜSTÜNGÜ-də (mərhələ) verilən dərəcələr, kəmərlərlə müəyyən olunur və kəmər rəngləri qədim türk xalqlarının tarixində olan yönlərin rənglərinə uyğun olaraq tətbiq olunmuşdur.
Şəkildə göstərildiyi kimi:
BATI (qərb)- ağ rəng
DOĞU (şərq)- göy rəng
GÜNEY (cənub) – qırmızı rəng
KÜZEY (şimal) – qara rəng


3. III FƏRQLİ DÖYÜŞ SİSTEMİNDƏN İBARƏT YARIŞMA QAYDALARI

Bu sistemlər belə adlanır: 1-ci sistem: AYPARA, 2-ci sistem: BATUR, 3-cü sistem: CAYMAZ
Qeyd: Qısa olaraq bu sistemləri əlifba sırasıyla A, B, C də adlandırmaq olar.

4. QURD VƏ BERKUT ÇEVRƏSİNDƏN İBARƏT HAKİMLƏR PROQRAMI

Hakimlər proqramı hər üç döyüş sistemi üzrə, Qurd çevrəsi və Berkut çevrəsindən ibarətdir.
Qiymətləndirmə, Sarqut>Acar>Utku balları ilə, Cərimələnmə isə Qınaq balı ilə tətbiq olunur.
Bu döyüş sənəti bütün türk dünyasına aid olsa da ancaq o bütün hüquqi haqlarla
Azərbaycanda qeydiyyatdan keçmişdir. Belə ki, bütün türksoylu xalqlar kimi, Azərbaycan
xalqının tarixi və mədəni irsinə aid olan “ALPAQUT” adı, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli 37 saylı sənədi əsasında bu döyüş
sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası
Namazov Vasif İmran oğluna istifadəsi üçün rəsmi icazə verilmişdir. Eyni zamanda Azərbaycan
Respublikası Patent üzrə Dövlət Komitəsi tərəfindən 17.11.2014-ci il tarixli iddia sənədinin
201400542 saylı Patent Şəhadətnaməsi də verilmişdir. Əlavə olaraq, ALPAQUT idman
növünün təlim və tədrisinin həyata keçirilməsi üçün hazırlanan metodiki vəsait proqramları
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 16.10.2015 tarixli 04/C-8157-15 saylı
Şəhadətnaməsi ilə təsdiq olunmuşdur. Bu idman növünün beynəlxalq arenada inkişafı məqsədilə
Dünya Alpaqut Federasiyası adında qurum 12.02.2014-cü il tarixində B14003831 saylı sənədinə
əsasən beynəlxalq təşkilat kimi qeydiyyata alınmışdır. Dünya Alpaqut Federasiyasının
prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Millət Vəkili Nizami Cəfərovdur. Bu
beynəlxalq Federasiya 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbirlər (3 beynəlxalq
turnir, 1 Avrasiya kuboku, 4 beynəlxalq seminar) həyata keçirmişdir. Federasiyanın Azərbaycan
başda olmaqla Almaniya, Birləşmiş Krallıq/İngiltərə, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan,
Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyası (Yekaterinburq, Moskva
vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.

Dünya Alpaqut Federasiyasının həyata keçirdiyi
Beynəlxalq tədbirlərin cədvəli aşağıdakı kimidir.


ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİ











İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

1.Monqol – türk dilində Əbədi El kimi istifadə olunan siyasi termin olan bir sözlük.
2.Firudin Ağasıoğlu Cəlilov – Doqquz Bitik Əsəri
3. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 37
4. Tonyukuk 7-8
5. Türk Döyüş Sənəti 1995. Rəfael Bezertinov “İdel” jurnalı, № 4, , Kazan şəh.
6. Tonyukuk
7 .Türk Döyüş Sənəti 1995. Rəfael Bezertinov “İdel” jurnalı, № 4, , Kazan şəh.
8.Türk Savaş Sənəti 1996. Səh 11
9. Doqquz Bitik 2014. Firudin Ağasıoğlu
10. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 12
11. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 13,14
12 Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 16.17
13. M.İ. Artamonov Sakların xəzinəsi
14. M.A Köymen “Alparslan və Zamanı”, s 263,
15. Məmmədəli Qıpçaq, Əfzələddin Əsgər - Türk Savaş Sənəti 1996. Səh 18
16 .Tonyukuk .7-8

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

İdman
Türk Dünyasında “Od Çərşənbəsi”, Od Kultu

Türk Dünyasında “Od Çərşənbəsi”, Od Kultu

Əsas xəbər, Naxçıvan
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
SƏNAN ƏLİYEV: “İDMANÇIDAN FƏRQLİ OLARAQ, DÖYÜŞÇÜ QƏLƏBƏNİ QANI HESABINA QAZ ...

SƏNAN ƏLİYEV: “İDMANÇIDAN FƏRQLİ OLARAQ, DÖYÜŞÇÜ QƏLƏBƏNİ QANI HESABINA QAZ ...

İdman
Azərbaycanın ilk və yeganə batalist rəssamı: “Şuşa zəfəri” əsərim Azərbayca ...

Azərbaycanın ilk və yeganə batalist rəssamı: “Şuşa zəfəri” əsərim Azərbayca ...

Digər bölmələr, Müsabiqə
Asəf QAYA: ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!..

Asəf QAYA: ULAMAĞIN ÇAĞIDIR, ULA BOZ QURDUM, ULA!..

Müsabiqə
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
ƏMİRTÜRBƏ  TORPAQ  QƏBİRLƏRİ

ƏMİRTÜRBƏ TORPAQ QƏBİRLƏRİ

Regionlar, Tarix
“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

Yeni nəşrlər, Humanitar elmlər
İgid döyüşçü Zahid Gülməmmədov

İgid döyüşçü Zahid Gülməmmədov

Qarabağ
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Mədəd Çobanov
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
AzTU tələbələri Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ed ...

AzTU tələbələri Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ed ...

AzTU
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
Tanınmış rəssamın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəklə ...

Tanınmış rəssamın çəkdikləri çağdaş incəsənətin, rəssamlığın yetkin örnəklə ...

Mədəniyyət
Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ, "XXI əsrin Ziyalıları"
Vasif Vaqif oglu Acalov

Vasif Vaqif oglu Acalov

MEDİA, Bolus, Təbriklər
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Bütövük - ulu silahım, Türk oğlu, türk Seyfullahım !

Turan
Rəy yazın: