“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib
“Böyük
Dərbənd
Ensiklopediyası”nın
təqdimatı olub


2018-ci il
noyabrın 3-də
Bakıda
“Dərbənd”
Xeyriyyə
İctimai Birliyinin
idarə heyətinin
ümumi yığıncağı
keçirilib.


ZiM.Az xəbər verir ki,
tədbiri giriş sözü ilə
İctimai Birliyin sədri,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev
açıb.
O, əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verib.

Ümumi yığıncağın gündəliyi təsdiq olunduqdan sonra İctimai Birliyin ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verən professor Nurulla Əliyev Azərbaycan-Dağıstan əlaqələrinin inkişafına dair Birliyin fəaliyyəti haqqında hesabat-məruzəsini təqdim edib.

Qeyd edilib ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Birliyin saytında və qəzetində Dərbəndin inkişafı, Azərbaycan-Dağıstan əlaqələrinin daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə mütəmadi məlumat verilir. Qurumun üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilibTədbirdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin fəaliyyətinə dair hesabat məruzəsi müzakirələrdən sonra qənaətbəxş hesab edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Sonra İctimai Birliyin Əsasnaməsinə uyğun olaraq, qurumun idarə heyətinin yeni tərkibi və sədri vəzifəsinə seçkilər keçirilib.
İdarə heyətinin yeni tərkibi formalaşıb və professor Nurulla Əliyev yenidən 3 il müddətinə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri seçilib.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib Daha sonra tərtibçisi və layihə rəhbəri professor Nurulla Əliyevin olduğu “Böyük Dərbənd Ensiklopediyası”nın təqdimatı keçirilib.

İctimai Birliyin idarə heyətinin üzvü Rahilə Əsgərova çıxış edərək bildirib ki, tərtibçisi və layihə rəhbəri tarix elmləri doktoru Nurulla Əliyev olan “Böyük Dərbənd Ensiklopediyası”nda Dərbənd şəhərinin yaranması, arxeologiyası, tarixi, topoqrafiyası, toponimikası, etnoqrafiyası, memarlıq abidələri, o cümlədən görkəmli şəxsiyyətləri haqqında ensiklopedik formada dolğun və sistemli məlumat verilib. Kitab şəhərin çoxəsrlik tarixi ilə bağlı daha maraqlı hadisələr, görkəmli və tanınmış şəxsiyyətlər, şəhərdəki etnik proseslər və əhalinin sosial tərkibi, Dərbəndin iqtisadi və mədəni inkişafı, qədim tarixi, memarlığı ilə bağlı məlumatlarla zəngindir. Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd olunub ki, kitabın elmi redaktoru,
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynova, redaktoru fəlsəfə elmləri doktoru, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru Sədi Nuriyev və baş redaktoru “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovdur.

Qeyd olunub ki, “Böyük Dərbənd Ensiklopediyası”nda təqdim olunan zəngin informasiya müxtəlif elm sahələrində, Azərbaycan tarixi üzrə yazılacaq ümumiləşdirilmiş əsərlərdə, respublikanın ali tədris müəssisələrində istifadə edilə, həmçinin geniş tədqiqatçılar və Azərbaycan tarixi ilə maraqlananlar üçün və zəruri biliklərin gənc nəslə çatdırılması işinə faydalı mənbə ola bilər.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib Sonra söz kitabın elmi redaktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Respublikanın Əməkdar müəllimi İradə Hüseynovaya verilib. O, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağına dəvət olunduğu üçün təşəkkür etdi, iştirakından məmnun olduğunu bildirdi, ictimai birliyə gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyən professor İradə Hüseynova vurğulayıb ki, Dərbənd Azərbaycan tarixşünaslığında Şərqin qədim memarlıq abidəsi kimi öyrənilir. Dərbəndə yaşayan azərbaycanlıların taleyi Azərbaycanla sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin kompleks və planlı şəkildə öyrənilməsinə başlanılması alimlərə qədim Dərbəndin tarixini daha dərindən tədqiq etmək imkanı verdi. Dərbəndin tarixi tarixçi, arxeoloq və etnoqraflar tərəfindən dərindən öyrənilib. Şəhərin tarixinə həsr olunmuş və respublikada, həmçinin onun hududlarından kənarda nəşr edilmiş əsərlər böyük maraq doğurur. Təqdim olunan “Böyük Dərbənd Ensiklopediyası” bu şəhərin lap qədim dövrlərdən indiyədək baş verən tarixi prosesləri əhatə edir.
Diqqətə çatdırılıb ki, kitabda qədim şəhərin tanınmış ziyalıları haqqında da oxucuya məlumat verilir. Geniş təhlilə, faktlara əsaslanan, zəngin informasiya təqdim edən bu nəşr Azərbaycan elminə, tarixşünaslığına böyük töhfədir. Bu əsər tariximizin təbliği baxımından da çox əhəmiyyətlidir.

Daha sonra kitabın redaktoru, fəlsəfə elmləri doktoru Sədi Nuriyev, Türk xalqların Dünya konqresinin prezidenti, akademik, professor Yahya Yusif Djaniyar, pedaqogika üzrə fəlsəfə doktoru Leyla Abdullayeva və digərləri çıxış edərək ensiklopediyanı yüksək dəyərləndiriblər və qeyd ediblər ki, ensiklopediyada Dərbəndin tarixinə dair mühüm məlumatlar təqdim olunur.

Professor Nurulla Əliyev ensiklopediyanın hazırlanmasında fəal iştirakına görə Birliyin üzvlərinə və əməyi keçənlərə bir daha minnətdarlığını bildirdikdən sonra, tədbir iştirakçılarına Cəmaləddin Dərbəndlinin hazırladığı rəsm əsərlərini təqdim edib. Məlumat verilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışan rəssam C.Dərbəndli (İsmayılov) bir çox bədii kitabların və dərsliklərin tərtibatına öz töhfəsini verib. Onun əsərləri bir çox sərgilərdə nümayiş etdirilib.

Yığıncaqda, həmçinin müəllifi və tərtibçisi Tofiq Yusifov olan “General-leytenant Hüseyn Rəsulbəyov” kitabının da təqdimatı keçirilib.
“Yazıçı” nəşriyyatında dərc edilən kitab Azərbaycanın görkəmli ictimai-siyasi, hərbi xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illik yubileyinə həsr edilib. Nəşrdə görkəmli hərbi xadimin həyatı, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib Tədbirdə "Ziya" qəzetinin
"ZiM.Az" saytının
Baş redaktoru, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun
icraçı direktoru
Dr. Müşfiq Borçalı
da
iştirak edib, dəvət üçün "Dərbənd" Xeyriyyə
İctimai Birliyin sədri,
Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru, ehtiyatda olan
I dərəcəli kapitan Nurulla Əliyevə təşəkkür edib, onu yenidən 3 il müddətinə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri seçilməsi münasibətilə ürəkdən təbrik edib, ona və birliyin yeni idarə heyətinə şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonda xatirə üçün
foto-şəkillər çəkilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd  ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri Nurulla Əliyev professor Mədəd ...

QHT, Mədəd Çobanov
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirili ...

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirili ...

Yeni nəşrlər, QHT, Mədəd Çobanov, Diaspora
Nazirin TƏBRİK MƏKTUBU NURULLA ƏLİYEVƏ çatdırılıb

Nazirin TƏBRİK MƏKTUBU NURULLA ƏLİYEVƏ çatdırılıb

Təbriklər
Hərbi Akademiyada Milli Dirçəliş Günü qeyd olunub

Hərbi Akademiyada Milli Dirçəliş Günü qeyd olunub

Azərbaycan
Mehriban xanım Əliyevanı təbrik edirik!..

Mehriban xanım Əliyevanı təbrik edirik!..

Rəsmi Xəbərlər, Təbriklər
Müstəqil Azərbaycan Respublikası öz qeyrətli övladlarıyla qürur duyur!

Müstəqil Azərbaycan Respublikası öz qeyrətli övladlarıyla qürur duyur!

Təbriklər
Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavi
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

“Yeni Yurd”-un Yasamal rayon şöbəsində görüş keçirilib

Azərbaycan, "Şərqin səsi"
Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında  ...

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında ...

İctimai elmlər, Tarix
“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabı ...

“Azərbaycan ərazilərində erməni saxtalaşdırmaları və ekoloji terror” kitabı ...

Yeni nəşrlər, Qarabağ, QHT

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

AzTU-da YAP ərazi ilk partiya təşkilatının idarə heyətinin genişləndirilmiş ...

YAP, AzTU
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
ADPU-da

ADPU-da "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla təl ...

ADPU, QHT
“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub

Naxçıvan
“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

"Zirvə"
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
Rəy yazın: