“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir 2017-ci il Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı Ziya Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri” (“Ziya Bünyadov qiraətləri”) mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfrans iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və akademik Ziya Bünyadovun məzarlarını ziyarət ediblər.

Konfransın açılışı AMEA-nın Əsas binasındakı Dairəvi zalda baş tutub.

AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki,Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, Ziya Bünyadovun ictimai və elmi fəaliyyətindən danışıb. Alimin tariximizin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində fəaliyyətindən, respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə verdiyi töhfələrdən və yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında xidmətlərindən bəhs edib.

Plenar iclasda əsas məruzə ilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edib. “Ölümsüzlüyə qovuşan ömür” mövzusunda məruzəsində akademik Ziya Bünyadovun həyat və yaradıcılığının parlaq bir ömrün güzgüsü olaraq zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirdiyini deyən G.Baxşəliyeva bildirib ki, alim orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Alimin şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxsaylı əsərlərində nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai həyatının və mədəniyyət tarixinin tədqiq edildiyini söyləyən məruzəçi onun bütün əsərlərinin ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslandığını, araşdırdığı məsələlərin isə daim öz yüksək peşəkarlığı və orijinallığı ilə fərqləndiyini qeyd edib.

Sonra Rusiya Elmlər Akademiyasının (REA) A.M.Qorkiy adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin çıxış edərək akademik Ziya Bünyadovun elmi irsi, həyatı və şəxsiyyəti barədə fikirlərini səsləndirib.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova görkəmli alimin böyük xidmətlərindən söz açıb. Bildirib ki, təşəbbüskar fəaliyyəti ilə seçilən alim dünya şərqşünaslıq elmində özünə layiqli mövqe qazanıb.

Konfransda REA Şərq Əlyazmaları İnstitutunun direktoru, professor İrina Popova, Türkiyə Necmettin Erbakan Universitetinin professoru Ahmet Taşğın, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və digərləri də çıxış edib.

Tədbirdə həmçinin AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Gürcüstanın İLİAUNİ Şərqşünaslıq İnstitutu, REA Şərq Əlyazmaları İnstitutu və REA A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb.

Daha sonra konfrans işini AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuAMEA Milli Azərbaycan Tarixi Muzeyində Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı, Müasir Şərq ölkələrində ictimai və siyasi proseslər, Şərq xalqlarının ictimai, fəlsəfi və dini fikir məsələləri, Şərq xalqlarının ədəbiyyatının tədqiqi problemləri və Şərq xalqlarının dilinin tədqiqi problemləri mövzuları üzrə Azərbaycan və rus dillərində olmaqla, ümumilikdə 9 bölmədə davam edib. Konfransın 250-yə yaxın iştirakçısı arasında Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdən də nümayəndələr olub.

Konfrans iki gün davam dəcək.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT  və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

AKADEMİK ZİYA BÜNYADOVUN HƏYAT və FƏALİYYƏTİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİ ...

Digər bölmələr
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

İctimai elmlər
Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

Akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan elmi sessiya keç ...

İctimai elmlər, Təbriklər
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

GÖVHƏR BAXŞƏLİYEVANIN POLŞAYA ELMİ SƏFƏRİ ZƏNGİN VƏ SƏMƏRƏLİ OLUB

"Zirvə", Avropa
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçir ...

"Zirvə"
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda II Respublika Elmi Kon ...

Elm, "Zirvə"
Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında  ...

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında ...

İctimai elmlər, Tarix
Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Akademik Bahadur Zeynalovun 100 illik yubileyinə həsr olunan beynəlxalq kon ...

Digər bölmələr, UNUTSAQ, UNUDULARIQ!....
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

“Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans ...

Humanitar elmlər
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Şəhriyarın 110 illiyi elmi konfransla qeyd edildi

Elm, "Zirvə", Cənubi Azərbaycan
Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

Tanınmış filosof alim Solmaz Rzaquluzadənin 85 illik yubileyi qeyd olunub

İctimai elmlər
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Elm, "Zirvə"
GƏNC ƏRƏBŞÜNAS ALİM

GƏNC ƏRƏBŞÜNAS ALİM

BDU, Başkeçid, Təbriklər
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Rəy yazın: