Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nailiyyətlərə imza atıb”

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nailiyyətlərə imza atıb” AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” ilə əlaqədar Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş AMEA Rəyasət Heyətinin Xüsusi iclasında çıxış edib.

O, Prezident İlham Əliyevin cari il yanvarın 5-də 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncamını xatırladaraq, bu tarixi sənədə əsasən həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda nizamişünaslığın öyrənilməsi və təbliğinə dair geniş miqyasda tədbirlərin həyata keçirildiyini bildirib.

“Cənab prezidentin müvafiq sərəncamı bütün il boyu dahi şair Nizami Gəncəvinin dünyada Azərbaycan şairi kimi elmi əsaslarla təqdim olunması ilə bağlı mühüm bir vəzifəni qarşımıza qoymuşdur”, - deyən akademik bu istiqamətdə ölkənin digər təşkilatları kimi AMEA-da da çoxaspektli tədqiqatların aparıldığını söyləyib.


Sonra İsa Həbibbəyli AMEA-da “Nizami Gəncəvi İli” çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, eləcə də nizamşünaslıq ilinin inkişaf mərhələləri haqqında məlumat verib.

Nizami Gəncəvi irsinin öyrənilməsinə əsas etibarilə XX əsrin əvvəllərindən başlanıldığını deyən alim, 1909-cu ildə M.M.Axundovun “Şeyx Nizami” kitabının dahi şairin irsinə həsr olunmuş ilk böyükhəcmli nəşr olduğunu bildirib.

Vitse-prezident bildirib ki, 1908-ci il iyunun 25-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Nizami Gəncəvinin 800 illiyinin qeyd olunması ilə bağlı sərəncamı şairin irsinin öyrənilməsində əsaslı dönüş başlatdı: “Tədbir 1941-ci il sentyabrın 16-na təyin olunsa da, Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq təxirə salınmış, yalnız 6 il sonra - 1947-ci ildə yubileyin keçirilməsinə nail olunmuşdur”.

Akademikin sözlərinə görə, Nizaminin 800 illik yubileyi çərçivəsində ən əhəmiyyətli hadisə onun “Xəmsə”sinə daxil olan 5 poemanın ilk dəfə Azərbaycan dilinə tərcümə edilməsi olmuşdur. Həmin yubiley çərçivəsində böyük mütəfəkkirin həyat və yaradıcılığına həsr olunmuş 8 kitab çap olunmuşdur.

“Nizami Gəncəvi irisinin öyrənilməsində ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur”, - deyən İ.Həbibbəyli Ümumilli Liderin 1979-cu ildə Nizami Gəncəvi irsinin tədqiqi və təbliğinə dair müvafiq qərarından sonra Azərbaycanda şairin yaradıcılığının bir neçə istiqamətdə öyrənilməsi ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Məruzəçi qeyd edib ki, Nizami Gəncəvi irsinin öyrənilməsinin yeni mərhələsi dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Prezidentin Nizami Gəncəvinin 870 illiyinin keçirilməsi ilə bağlı qərarından sonra həm ölkəmizdə və beynəlxalq miqyasda dahi şairin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılmışdır: “Prezidentin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Sərəncamından sonra həm ölkəmizdə, həm də bütün dünyada

Nizami irsininin yenidən araşdırılması, öyrənilməsi və təbliği istiqamətində yeni hərəkata start verilmiş, fundamental tədqiqatlar aparılmışdır”.

İ.Həbibbəyli AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 5 poemanın Azərbaycan dilində yenidən çap olunduğunu qeyd edərək, bu nəşrləri AMEA-nın “Nizamin Gəncəvi İli”nə ən böyük ərmağanı kimi qiymətləndirib.

O, “Nizami Gəncəvi İli” çərçivəsində AMEA-da ümumilikdə 68 nəşr, 45 monoqrafiyanın işıq üzü gördüyünü, onlarla məqalənin yazıldığını, müvafiq dövlət qurumları ilə Nizami yaradıcılığının təbliğinə dair uğurlu layihələrin həyata keçirildiyini bildirib.

Alim “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərin həyata keçirilməsində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri ilə yanaşı, digər bölmə, institut və təşkilatların da fəal rol oynadıqlarını nəzərə çatdırıb.

AMEA-nın vitse-prezidenti cari il ərzində Nizami irsinin tədqiqi, daha dərindən öyrənilməsi və şairin əsərlərinə yeni baxışın ortaya qoyulması ilə bağlı dünyanın müxtəlif ölkələrində görülən işlərdən də danışıb. Qeyd edib ki, Rusiya, Türkiyə, Çin, Böyük Britaniya, Almaniya, Polşa və digər ölkələrdə AMEA əməkdaşlarının çoxsaylı məqalələri işıq üzü görüb, eyni zamanda dahi mütəfəkkirin həyat və yaradıcılığına həsr olunmuş konfranslar keçirilib, jurnallar nəşr olunub.

“Rusiya Elmlər Akademiyasının prezidenti, akademik A.M.Sergeyevin dəstəyi ilə Moskvada AMEA prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” rus dilində çap olunmuş kitabı dahi şairin zəngin fəaliyyətinin öyrənilməsi və azərbaycançılıq ideologiyasının təbliği baxımından əhəmiyyətli mənbədir”, - deyən İ.Həbibbəyli həmin sanballı əsərdə konseptual fikirlərin yer aldığını, yeni baxışların ortaya qoyulduğunu diqqətə çatdırıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"

"Azərbaycan poeziyasının Nizami Gəncəvi zirvəsi" adlı kitab nəşr olunacaq

"Elm və Təhsil", "Şərqin səsi", Elanlar
“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dü ...

Yeni nəşrlər, Humanitar elmlər, Mədəniyyət
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzu ...

Humanitar elmlər
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər
Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəb ...

Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəb ...

Diaspora

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" və AMEA-nı ...

Elm, Elanlar
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Rəy yazın: