YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

- - - - - - - - - - - - - TƏBRİK EDİRİK!.. - - - - - - - - - - -
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..
16 Fevral - xalqımızın dəyərli ziyalısı,
görkəmli Azərbaycan ədəbiyyatşünası,
tanınmış tədqiqatçı-alim,
Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının
Humanitar, ictimai elmlər və
sənətşünaslıq şöbəsinin müdiri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü və AYB tərkibində
Cəfər Cabbarlı komissiyasının sədri,
filologiya elmləri doktoru,
çox hörmətli professor
Asif Heydər oğlu Rüstəmlinin
doğum günüdür.
Daha dəqiq desək, anadan olmasının
65 illik yubileyidir!..

Asif Heydər oğlu Rüstəml - 16 fevral 1954-cü ildə Ağcabədi rayonunun Qiyaməddinli kəndində anadan olub.
1982-ci ildə Azərbaycan Dövlət Universitetini
(indiki BDU-nu) bitirib.

Asif Rüstəmli filologiya elmlər namizədi (1994), dosent (2009), filologiya elmləri doktoru (2012),
professor (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Prezident təqaüdçüsü (2014-2015),
Azərbaycan Yazıçılar Birliyinin tərkibində Cəfər Cabbarlı komissiyasının sədri (2015),
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003-2018),
Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2013-2018) olmuşdur.

A.H.Rüstəmli 1988-ci ilin yanvar ayında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müsabiqə yolu ilə daxil olmuş, baş laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədək yüksəlmiş, 1991-1995-ci illərdə «Folklor Sarayı» Elmi-Mədəni Mərkəzinin (indiki AMEA Folklor İnstitutunun) direktoru, 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin və Mətbuat tarixi və publisistika şöbəsinin (2014-2018) müdiri vəzifələrində işləmişdir.


A.Rüstəmli respublikamızda və onun hüdudlarından kənarda cabbarlışünas tədqiqatçı-alim kimi yaxşı tanınır. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq «Ədirnə fəthi» adı ilə 1996-cı ildə «Elm» nəşriyyatında çap etdirmişdir. Görkəmli dramaturqun 20 ç. v. həcmində naməlum və az məlum əsərlərinin ilk dəfə üzə çıxarılması ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan C.Cabbarlının dörd cildlik «Əsərləri»nin də tərtibi, ön sözü və şərhləri Asif Rüstəmliyə məxsusdur. O, bu nəşrə «Bədii həqiqətlər ustası» sərlövhəli, yeni faktlar əsasında 39 səhifəlik ətraflı giriş yazmış, sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllif əlyazmaları əsasında bərpa etmiş, bir sıra nümunələr ilk dəfə çoxcildlikdə işıq üzü görmüşdür. Təhsil Nazirliyinin qərarı ilə «Azərbaycan ədəbiyyatı» seriyasından buraxılan Cəfər Cabbarlının «Seçilmiş əsərləri»ni (Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2004, 45.8 ç.v.) də A.Rüstəmli tərtib etmiş, nəşrə geniş ön söz, qeyd və şərhlər yazmışdı. O son illər böyük ədibin həyat və yaradıcılığının naməlum məqamlarından bəhs edən sanballı məqalələri ilə mətbuatda və elmi məcmuələrdə mütəmadi çap olunur.

A.Rüstəmli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dövrü əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtibləyərək 2000-ci ildə «Nəcib, mənəvi idealların tərənnümü» (Bakı, «Ozan», 2000, 29.25 ç.v.) sərlövhəsi ilə çap etdirmiş, ulu öndərin «Ədəbiyyatın yüksək borcu və amalı» (Bakı, «Ozan», 2000, 31 ç.v.) kitabının redaktoru olmuşdur.

Dissertasiya və monoqrafiyaların müzakirəsində ədalətli və prinsipial mövqeyi ilə fərqlənir. Lalə Hacıyevanın «Əhmədbəy Ağayevin publisistikası» (BDU, 2006), Aygün Həsənovanın «Azərbaycan ədəbiyyatında Şeyx Şamilin bədii obrazı» (Nizami adına Ədəbiyyat İnstitutu, 2007), Bahar Məmmədovanın (Bərdəli) «Balaş Azəroğlunun yaradıcılıq yolu» (Nizami adına Ədəbiyyat İnstitutu, 2010), Tofiq Yusifovun “Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu (1991-2004)” (BDU, 2012) və digər mövzularda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti olmuşdur. Onun rəhbərliyi ilə Aynurə Paşayeva fəlsəfə doktoru, Mərziyyə Nəcəfova elmlər doktoru dissertasiyalarını uğurla müdafiə etmişdilər (2018).

14 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara ön söz yazmışdır. Elmi məqalələri xarici ölkələrdə türk, ingilis, rus, fars, polyak və macar dillərində çap olunmuşdur.

A.Rüstəmlinin ssenariləri əsasında «Günəş şərqdən doğur» (Az.TV, 2003, 6 mart), «İstiqlal fədaisi» («Lider» 2004, 6 fevral), «Nurlu gələcək naminə» («Space», 2005, 15 sentyabr), "Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti - 100" (Qəbələ, 2018, 6 iyun) sənədli filmləri çəkilib nümayiş etdirilibdir.

Moskvanın «Kinoprodukt» Studiyasının çəkdiyi «Əfsanənin əks üzü» seriyasından «26 Bakı komissarı» (Moskva, Zvezda TV, 2008) sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edib.

A.Rüstəmli ədəbiyyatımızı, mədəniyyətimizi televiziya kanalları vasitəsilə layiqincə təbliğ və təmsil edir.
O 1992-1996-cı illərdə Azərbaycan Televiziyası ilə gedən «Yaddaş», «Tarix bizə nə deyir» verilişlərinin
ssenari müəllifi aparıcısı olub.

A.Rüstəmli uzun illərdi pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərindən dərs deyib (1996-2019), 2013-2018-ci illərdə 0,5 ştat əvəzçilik üzrə ADMİU-nun professoru vəzifəsində çalışıb.
AAK Rəyasət Heyətinin qərarı ilə 2018-ci ildə professor elmi adına layiq görülübdür.

A.Rüstəmli «Cəfər Cabbarlı və ədəbi-mədəni mühit» mövzusunda doktorluq dissertasiyası müdafiə edib (2011, noyabr), bir sıra beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olub. Ankarada (1991), Bağdadda (1994), Tehranda (1995), Təbrizdə (1998), Bəsrədə (1999), Urmiyada (2004, 2011), Varşavada (2007), Tomskidə (2008), Elazığda (2008, 2012, 2013), Budapeştdə (2010), Diyarbəkirdə (2013) və Astanada (2014), Balıkəsirdə (2018) keçirilən beynəlxalq elmi məclislərdə ədəbiyyat məsələləri ilə bağlı məruzələri ilə diqqəti cəlb etmişdir.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
xalqımızın dəyərli ziyalısı, görkəmli tədqiqatçı-alim,
tanınmış Azərbaycan ədəbiyyatşünası,
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının
Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
AYB tərkibində Cəfər Cabbarlı komissiyasının sədri,
filologiya elmləri doktoru, çox hörmətli professor Asif Heydər oğlu Rüstəmlini
anadan olmasının 65 illik yubileyi manasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında, şərəfli dövlət qulluğunda,
elmi və bədii yaradıcılığında, eləcə də, pedaqoji və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

ALİ ATTESTASİYA KOMİSSİYASININ YENİ RƏHBƏRİni Ramiz Mehdiyev kollektivə təq ...

Elm
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər

"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib

Mədəniyyət
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Doğum gününüz mübarək, hörmətli professor ASİF HACIYEV!..

Borçalı, Təbriklər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Mətbuat tarixi və publisistika şöbəsinin 2016-cı ildə ilk iclası

Mətbuat tarixi və publisistika şöbəsinin 2016-cı ildə ilk iclası

"Zirvə"

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Gülnar Səmanın yeni uğuru: “SÖZÜMÜZ SÖZDÜR”

Yeni nəşrlər, Humanitar elmlər
ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

ƏDƏBİYYAT İNSTİTUTUNDA SƏFİRLƏ GÖRÜŞ

"Zirvə"
PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

PROFESSOR MİSİR MƏRDANOV AMEA-nın MÜXBİR ÜZVÜ SEÇİLİB

Digər bölmələr
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tə ...

ADPU-da professor Əzizxan Tanrıverdinin 60 illik yubileyinə həsr edilmiş tə ...

ADPU, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
GƏNC ƏRƏBŞÜNAS ALİM

GƏNC ƏRƏBŞÜNAS ALİM

BDU, Başkeçid, Təbriklər
Rəy yazın: