Akademik Rafael Hüseynov: “Cümhuriyyət qurucularına borcları qaytarmaq məqamıdır!”

Akademik Rafael Hüseynov:  “Cümhuriyyət qurucularına borcları qaytarmaq məqamıdır!” Akademik Rafael Hüseynov:
“Cümhuriyyət qurucularına borcları
qaytarmaq məqamıdır!”

“Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucuları elə böyük şəxsiyyətlərdir ki, onlar bütün gələcək nəsillər tərəfindən həmişə ən dərin minnətdarlıqla anılmalıdırlar. Onların yox yerdən qurduqları bu cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir. Əgər cümhuriyyət o zaman yaranmasaydı, sonra Sovet İttifaqının tərkibinə biz ayrıca dövlət kimi daxil ola bilməzdik.
Və Sovet İttifaqı dağılanda da onun içərisindən müstəqil bir respublika kimi çıxa bilməzdik.
Bu gün dövlətimizin var olmasına görə həmin şəxsiyyətlərə minnətdarıq.
Onların hər biri tarixi simadır. Hər birinin ayrıca araşdırılmasına, millətə təqdim edilməsinə, yaxından tanıdılmasına böyük ehtiyac var”.


Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib.

Komitə sədri Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün Bakıda bir abidə kompleksinin yaradılmasını vacibliyini vurğulayıb. Bildirib ki, cümhuriyyət qurucularının ayrı-ayrı böyük simaları haqqında bədii və sənədli filmlər çəkilməli, böyük qəhrəmanlıqlar göstərmiş şəxsiyyətləri xalqa qəhrəman kimi tanıtmaq üçün bədii əsərlər və dərsliklər yazılmalıdır. Bu, həmin qiymətli insanların bütün millətə yaxından tanıdılmasına xidmət etməklə yanaşı, həm də millət quruculuğu baxımından vacibdir.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən ZiM.Az-a bildiriblər ki,
akademik R.Hüseynov cümhuriyyət qurucularının xatirəsinin əbədiləşdirilməsi üçün ayrıca Cümhuriyyət bağının yaradılmasının da vacib olduğunu qeyd edib. O, vurğulayıb ki, bu addım insanlara istirahət imkanı yaratmaqla yanaşı, onların cümhuriyyət xadimlərini hər zaman yadda saxlamalarına da xidmət edəcək.

Akademik xatırladıb ki, cümhuriyyət qurucularının bəzilərinin məzarı Azərbaycandan kənardadır:
“Hesab edirəm ki, bu məzarlara toxunmaq lazım deyil. Lakin onlarla bağlı ortaq memorial yaradılmalıdır. Cümhuriyyət bağı, yaxud parkı dediyimiz tipli tarixi-mədəni məskənlər yalnız Bakıda deyil, Azərbaycanın hər yerində ola bilər. Onlar bu millət, bu vətən naminə ömürlərini, gəncliklərini fəda ediblər. Bu millətə istiqlalın şirin dadını anladıblar. Bizə millət şərqisi, bayraq, müstəqil dövlətə vətəndaş və sahib olmaq səadəti bəxş ediblər. Biz onlara həmişə borcluyuq. Hamımız! Haqq itirməyən, qədirbilən olaq ki, gələcək nəsillər də bizim haqqımızı itirməsinlər, hansısa yaxşı işlərimizi hörmətlə ansınlar. Borcları qaytarmaq məqamıdır!..”.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Humanitar elmlər
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq  ...

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin parlaq ...

İctimai elmlər, "Zirvə"
Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi ...

Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi ...

Humanitar elmlər, Turan

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ... TƏBRİK EDİRİK!..

AKİF AŞIRLI ELMİ İŞİNİ MÜDAFİƏ ETDİ... TƏBRİK EDİRİK!..

Humanitar elmlər, Təbriklər
Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib

Yeni nəşrlər, Elm, Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başla ...

Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başla ...

AzTU, Turan
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi  ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi ...

"Zirvə"
Dövlətçilik ənənələrimizdə lider fenomeni

Dövlətçilik ənənələrimizdə lider fenomeni

"Zirvə"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Biologiya və tibb elmləri
ƏHMƏD BƏY AĞAOĞLUNUN HAQQI BƏRPA OLUNSUN ! - MÜRACİƏT

ƏHMƏD BƏY AĞAOĞLUNUN HAQQI BƏRPA OLUNSUN ! - MÜRACİƏT

Turan
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
CÜMHURİYYƏT GENERALI  MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ

CÜMHURİYYƏT GENERALI MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ

Azərbaycan, Tarix
YÜZ YAŞLI

YÜZ YAŞLI "GƏNCLƏR YURDU"

MEDİA, Ədəbi əlaqələr, Tiflis, Tarix
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Rəy yazın: