Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginləşməsində Afaq Məsudun xüsusi rolu var

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginləşməsində Afaq Məsudun xüsusi rolu var 2017-ci il İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının həqiqi üzvü, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun 60 illik yubileyi qeyd olunub.

ZiM.Az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yubiley münasibətilə Afaq Məsudu təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb. Afaq Məsud yaradıcılığının hər zaman oxucuların maraq dairəsində qaldığı, onun qeyri-adiliyi, müasirliyi əsərlərində əks etdirən bir yazıçı kimi tanındığı vurğulanıb. Eyni zamanda, yaradıcılığı ilə bu günümüzü dərindən əks etdirən Afaq Məsudun gənc nəsil tərəfindən klassik kimi qəbul olunduğu bildirilib.

İ.Həbibbəyli vurğulayıb ki, Afaq Məsudun müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginləşməsində xüsusi rolu var. Yazıçının nəsrindəki lirizm, əsərlərindəki özünəməxsusluq onun ədəbiyyatdakı obrazını müəyyənləşdirir. O, Afaq Məsudun tərcüməçilik fəaliyyətindən, eləcə də Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, Afaq Məsud milli modernist ədəbiyyatın ən parlaq simalarından biridir.

Tədbirdə, həmçinin akademik Nizami Cəfərovun “Afaq Məsud dünyası” monoqrafiyası təqdim edilib. Kitab üç hissədən ibarətdir: “Afaq Məsudun hekayə dünyası”, “Afaq Məsudun roman dünyası” “Afaq Məsudun dramaturgiya dünyası”. Afaq Məsudun müasir bədii düşüncədə fərdiliyi, bu özəlliyin meydana gətirdiyi bədii məziyyətlər monoqrafiyada ustalıqla araşdırılır.

İ.Həbibbəyli universal akademik təfəkkürə malik olan N.Cəfərovun monoqrafiyasında qələmini ədəbiyyatın müxtəlif janrlarında sınayan yazıçının həyat və yaradıcılığının önəmli səhifələrinin əks olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Afaq Məsudun milli modernizm ədəbiyyatının gəlişməsində rolu”, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı “Afaq Məsud yaradıcılığının tənqidi dərkində Nizami Cəfərovun monoqrafiyasının yeri”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova “Afaq Məsud hekayəsi və ədəbi tənqid“ mövzularında məruzələrlə çıxış edib, əsərin məziyyətlərindən danışıblar.

Tədbirdə akademik İ.Həbibbəyli dünya miqyasında özünü təsdiq etmiş yazıçıya Nizami adına Ədəbiyyat İnstitutunun son nəşrlərini hədiyyə edib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Ədəbi əlaqələr, Tiflis
Böyük ədəbiyyatın təmsilçisi

Böyük ədəbiyyatın təmsilçisi

Ədəbi tənqid, Bədii Tərcümə
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

AMEA-da Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd olunub

"Zirvə"
“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

“Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təqdimatı olub

"Zirvə"
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"
Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub

Akademik Tofiq Hacıyevin ikicildlik “Seçilmiş əsərləri” çap olunub

Yeni nəşrlər
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Afaq ŞIXLI (1969): Rübailər...

Afaq ŞIXLI (1969): Rübailər...

RÜBAİLƏR, Rusiya
M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS ...

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Rəy yazın: