Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərgisi açılıb

Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərgisi açılıbGürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərgisi açılıb Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərgisi açılıb Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərgisi açılıb Gürcüstanda yaşayıb-yaradan məşhur azərbaycanlı fotoqraf,
tanınmış foto-müxbir,
Gürcüstanın Əməkdar jurnalisti,
müharibə veteranı,
“Associated Press” agentliyinin foto-müxbiri
Şahvələd Eyvazovun fotolarından ibarət sərgi təşkil olunub.


Sərgi Veteranların İşi üzrə Dövlət Xidmətinin Gürcüstanın paytaxtı Tiflis şəhərində yeni istifadəyə verilən binasında açılıb.

ZiM.Az-ın Tiflisdəki xüsusi müxbiri xəbər verir ki, yeni binanın və foto-sərginin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Baş nazir Georgi Kvirikaşvili Gürcüstanda yaşayan veteranların dövlət qayğısı ilə tam əhatə olunduqlarını bildirib. Qeyd edib ki, veteranlar Gürcüstanın suverenliyi, dövlət müstəqilliyi uğrunda çox işlər görüblər və onlar heç vaxt diqqətdən kənarda qalmayacaqlar. Gürcüstan hökuməti veteranların sosial müdafiəsi ilə bağlı yeni proqram və layihələr hazırlayır. Belə bir binanın istifadəyə verilməsi hökumətin yeni layihələrinin tərkib hissəsidir.

Hökumət başçısı bildirib ki, yeni binada veteran jurnalistin fotosərgisinin açılışı veteranlara töhfədir. Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşləri əks etdirən bu fotolar müharibə veteranlarına keçmişi xatırlatmaq üçün deyil, buraya gələcək insanlara bizim mübarizə əzmimizi əks etdirmək üçün sərgilənir.

Baş nazir veteranları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, Şahvələd Eyvazova təşəkkür edib, ona yaradıcılıq uğurları arzulayıb.

Veteranlarla İş üzrə Dövlət Xidmətinin rəhbəri, briqada generalı Vladimir İmnadze
bildirib ki, Ş.Eyvazov özü şəxsən müharibənin ağrı-acısını yaşayan, o ağırlığı çiyinlərində daşıyan əsl vətənpərvərdir. Bu sərgidə onun 200-dən çox fotosu sərgilənir. Bu fotolarda müharibənin ağrı-acısı ilə yanaşı, gürcü xalqının suverenliyi və müstəqilliyi, torpaqlarımızın azadlığı uğurundakı mübarizəsi əks olunub. Fotojurnalist Ş.Eyvazovun lentə aldığı hər bir foto, bizə dövlətçiliyimizin, müstəqilliyimizin necə baha başa gəldiyi hissini yaşadır. O, Ş.Eyvazova minnətdarlıq edib və bildirib ki, fotolar ofisə hədiyyə edilib.

Şahvələd Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Mən həm Azərbaycanda, həm də Gürcüstanda müharibənin ağrı-acısını yaşamışam. Lentə aldığım fotolara baxdıqca o anları yenidən yaşayıram. Gürcüstan hökuməti mənim əməyimi qiymətləndirərək bu sərgini təşkil etdi. Arzu edirəm ki, tarixi Vətənim olan Azərbaycan torpaqları işğaldan azad olunsun, belə bir sərgini Dağlıq Qarabağda açaq”.

Sərgiyə baxan Gürcüstanın müdafiə naziri Levan İzoria və digər rəsmi şəxslər
Şahvələd Eyvazovu təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından -
əziz və hörmətli soydaşımız, Gürcüstanın Əməkdar jurnalisti,
Aleksandr Roinişvili adına mükafatın laureatı, tanınmış fotoqraf, sözün əsl mənasında
DƏYƏRLİ ZİYALI, GÖZƏL SƏNƏTKAR və XEYİRXAH İNSAN - ŞAHVƏLƏD EYVAZOVu
bu yeni uğuru - yeni sərgisinin yüksək səviyyədə keçirilməsi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatında və sənət yaradıcılığında
yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, "Gürcüstan", Tiflis, Borçalı, Arxiv, Dünya
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Gürcüstanın Baş naziri Tbilisidə azərbaycanlı tələbələrlə görüşüb

Tiflis
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Mədəniyyət, MEDİA, Borçalı
Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

Gürcüstanda yaşayan azərbaycanlı rəssam Rizvan İsmayılın Bakıda sərgisi açı ...

---
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan Prezidenti və Baş naziri Marneulidə keçirilən Novruz şənliklərind ...

Gürcüstan, Borçalı
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycan, Gürcüstan
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər
Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

Tiflisdə gənc azərbaycanlı rəssamın sərgisi açılıb

M.F.Axundzadə adına Muzey, Tiflis
Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Tbilisidə Azərbaycanın Xalq Rəssamı Fərhad Xəlilovun fərdi sərgisi açılıb

Mədəniyyət, Tiflis
Tiflisdə yeni metro stansiyasının açılışı olub

Tiflisdə yeni metro stansiyasının açılışı olub

Tiflis
Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb

Mədəniyyət, Tiflis, Bolus, "Region-Press"
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəb ...

MEDİA, Tiflis
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul ...

Azərbaycan, Gürcüstan
Gürcüstan prezidenti və baş naziri Novruz bayramı münasibəti ilə Marneulidə ...

Gürcüstan prezidenti və baş naziri Novruz bayramı münasibəti ilə Marneulidə ...

Borçalı
Təbrik edirik, Ketevan Nakaşidze!...

Təbrik edirik, Ketevan Nakaşidze!...

Ədəbi əlaqələr, Gürcüstan, Təbriklər
Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis
Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Mədəniyyət, Elanlar, QHT
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb

Əsas xəbər, Azərbaycan, Ədəbi əlaqələr, Gürcüstan
Rəy yazın: