Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub

Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub Tbilisidə azərbaycanlı rejissorun tamaşasının təqdimatı olub Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası” tamaşasının təqdimatı olub.

Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda hazırlanan tamaşada cəmiyyətdə baş verən hadisələr bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırılır.

Aktyor Anar Rafiqoğlu tamaşaçılar qarşısında çıxış edərək cəmiyyətdə baş verən hadisələri zarafatla tamaşaçıların diqqətinə çatdırıb.

Tamaşaçı Eka Ziduaşvili AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Anar Rafiqoğlunun seçdiyi janr bu gün çox önəmlidir. Bu janrda tamaşaçıya təqdim olunan səhnələr əslində günün reallığıdır. Bu reallıqları zarafatla, gülüşlə tamaşaçıya təqdim etmək insanların əhval-ruhiyyəsini qaldırmaqla yanaşı, mövcud problemlərin həllinə də yol açır.

Tamaşaçı Gültəkin Mustafayeva da tamaşanın yaxşı hazırlandığını, təqdim edilən səhnələrin maraqlı olduğunu deyib. O, A.Rafiqoğlunun yüksək peşəkarlıqla insanları düşündürən məsələləri tamaşaçıya çatdırdığını bildirib.

A.Rafiqoğlu deyib: “Bu, mənim ikinci tamaşamdır. Çalışıram ki, cəmiyyətimizdə mövcud olan problemləri, onlara yanaşma tərzlərini tamaşaçıya fərqli dildə çatdırım. İlk tamaşam uğurlu olub. Ümid edirəm ki, bu dəfə də uğur qazanacağam”.

Gənc rejissor növbəti tamaşanın azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə təqdim edəcəyini bildirib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ANAR RAFİQOĞLU HƏM COŞDU, HƏM COŞDURDU

ANAR RAFİQOĞLU HƏM COŞDU, HƏM COŞDURDU

"Varlıq", Tiflis
ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

ANAR RAFİQOĞLU NÖVBƏTİ STAND-UP ŞOUSU İLƏ SƏHNƏYƏ ÇIXACAQ

"Varlıq", Tiflis, Rustavi, Darvaz, Elanlar
Bir gəncin manifesti - Anar Rafiqoğlu haqqında bilmədikləriniz - Video

Bir gəncin manifesti - Anar Rafiqoğlu haqqında bilmədikləriniz - Video

Tv
Tiflisdə İtalyan yazıçılarının əsəri əsasında “Azad ailə” tamaşası oynanılı ...

Tiflisdə İtalyan yazıçılarının əsəri əsasında “Azad ailə” tamaşası oynanılı ...

Tiflis
Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

"Varlıq", Tiflis
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncə, Mədəniyyət
“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

"Zirvə"
Dünya Azərbaycanlırının Kanalı-Dünya TV

Dünya Azərbaycanlırının Kanalı-Dünya TV

Tv
Dmanisi rayonundakı Azərbaycan dilli məktəblilər arasında olimpiada keçiril ...

Dmanisi rayonundakı Azərbaycan dilli məktəblilər arasında olimpiada keçiril ...

Başkeçid
Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Borçalı
Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblə ...

Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkəmizə dəstək aksiyası keçiriblə ...

Qarabağ, Tiflis
Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin

Tiflisdə azərbaycanlı aktyorların iifasında Nodar Dumbadzenin "Didro" əsə ...

Mədəniyyət, Tiflis
“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

“Şeyx Sənan” əsəri ilk dəfə gürcü dilində səhnəyə qoyulacaq

Ədəbi əlaqələr, "Region-Press"
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
“Sarıtel - gənc aşıqların səs incisi” adlı diskin təqdimatı keçirilib

“Sarıtel - gənc aşıqların səs incisi” adlı diskin təqdimatı keçirilib

Mədəniyyət
Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub

Azərbaycan Diasporuna Dəstək Fondunun Gürcüstanda təqdimatı olub

Gürcüstan, Tiflis, Diaspora
Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Həsən Həsənov: YUXULARIMDA YAŞAYAN TEATR...

Mədəniyyət, Tv, Bolus
Teatr tariximizdən: Abbas Qurbanov

Teatr tariximizdən: Abbas Qurbanov

Mədəniyyət, Tiflis
“TEATR   ASILQANDAN   BAŞLANIR”

“TEATR ASILQANDAN BAŞLANIR”

Mədəniyyət, Tiflis
Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Marneulinin meri: Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin inkişafında m ...

Borçalı
Rəy yazın: