TANINMIŞ ŞAİR-QAZİ NİZAMİ SARAÇLI VƏFAT EDİB Bolus, Nekroloqlar 2 февраля 2024 3048 ALLAH RƏHMƏT ELƏSİN...31 dekabr 2024-cil ildə Borçalı elinə, Azərbaycan ədəbiyyatına və ümumən Türk dünyasına ağır itki üz vermişdir. Elimizin-obamızın sevimlisi, Borçalıda yaşayıb-yaradan və bütün Türk dünyasında tanınan istedadlı Azərbaycan şairi, müdrik el ağsaqqalı, zəhmətkeş, halal-hümmət, əməli-saleh, yurdsevər, vətənpərvər və xeyirxah insan NİZAMİ SARAÇLI (Nizami Paşa Mutlutürk) doğma Saraçlı kəndində 74 yaşında dünyasını dəyişmiş və fevralın 2-də doğma kəndində dəfn olunmuşdur. Nizami Paşa oğlu Əliyev (Nizami Saraçlı) - 1950-ci il iyun ayının 10-da qədim Borçalı mahalının (indiki Gürcüstanın) Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. 1966-cı ildə həmin kənddə orta məktəbi, 1973-cü ildə Bakıda Azərbaycan Dövlət Univeristetininin (indiki BDU-nun) fizika fakultəsini bitirmişdir.1970-ci ildə APİ-də labarant kimi əmək fəaliyyətinə başlamış və müxtəlif illərdə labaratoriyanın müdiri, Akademiyyanın mexanik riyaziyyat inistitunda işlər müdiri vəzifəsində çalışmış və ümumi texniki fənlər fakultəsinin fizika kafedrasında 5 yeni labaratoriya yaratmışdır.1978-ci ildə Komsomol MK-nın və Yazıçılar Birliyinin qalibi olmuşdur.1980-ci ildə doğma Saraçlıya qayıtmışdır.Saraçlıda Bolnisi rayon hərbi komisarının nümayəndəsi vəzifəsində çalışmış və yaradıcılıq fəaliyyətini davam etdirmişdir.1963-cü ildən müxtəlif imzalarla şeirlər yazan, 1964-cü ildən matbuatda çıxış edən Nizami Saraçlının 1986-cl ildə "Aramıza düşən yaylıq" adlı ilk kitabı Bakıda çap olunmuş, elə o zamandan da həmin dövrün müxtəlif mətbuat orqanlarında mütəmadi olaraq əsərləri işıqüzü görmüşdür.Şair Nizami Saraçlı 1991-ci ildə 43 ölkədən olan 3 min 500 şairin iştirak etdiyi Beynəlxalq "Minacat" adlı müsabiqənin qalibi olaraq "Beynəlxalq Peyğəmbər" mükafatı almışdır.1993-cü ildə Qazaxıstanda 7 ölkə şairlərinin müsabiqəsinə qatılıb və qalib olaraq Beynəlxalq "Abay" mukafatına sahib olmuşdur. Mükafat prezident Nazarbayev tərəfindən təqdim olunmuşdur. Elə həmin ildə, yəni 1993-cü ildə N.Saraçlı Gürcüstanın ali mükafatı – “Şərəf” ordeni ilə təltif olunmuşdur. 2002-ci ildə isə 5 ölkənin sədrliyi ilə Avrasiya Beynəlxalq Mətbuat Fondunun təsis etdiyi “Dünya həqiqətlərini ictimaiyyətə çatdırdığına və döyüş xidmətlərinə görə Avrasiya mükafatı”na layiq görülmüşdür. Həmin ildə ona 2-ci dəfə olaraq Gürcüstanın “Şərəf” ordeni verilmişdir. Ordeni Gürcüstan prezidenti E. Şevardnadze şəxsən təqdim etmişdir.Ötən əsrin 90-cı illərində Borçalıda baş vermiş məlum hadisələrdən, soydaşlarımıza qarşı aparılan təqib və təziqlərdən sonra minlərlə soydaşımız kimi, o da ailəsi ilə birlikdə Azərbaycana, doğma Bakımıza pənah gətirmiş. Özü də, böyük oğlu da Milli Ordumuzun sıralarına yazılmışlar. Müxtəlif vəzifələrdə çalışmış Nizami Saraçlı Azərbaycan Silahlı Qüvvələrinin mayoru kimi Qarabağ uğrunda gedən döyüşlərində fəal iştirak etmiş, "N" saylı hərbi hissənin şəxsi heyət üzrə komandir müavini olmuş, Respublikamızda əmin-amanlığın bərpa olunmasında və sabitləşməsində silahlı münaqişələrin yatırılmasında şəxsən iştirak etmiş, sonralar isə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətinnin "Hərbi vətənpərvərlik" redaksiyasında böyük redaktor vəsifəsində çalışmışdır. Təqaüdə çıxdıqdan sonra yenidən doğma kəndinə qayıtmış, ömrünün sonuna kimi ata yurdunda yaşayıb-yaratmışdır...Qarabağ qazisi olan istedadlı şair Nizami Saraçlı "Tanrı Türkə yar olsun!", “Qurban Türkün bayrağına”, “Qafqaz İslam ordusu”, “Bakı Təbriz Ankara”, “Ey sabahın zabitləri” kimi onlarla milli mahnı və marşların sözlərini yazıb. O, "Mutlutürk" təxəllüsü ilə Türk ellərində sevilərək tanınıb, Turan şairi kimi Vətənə, Türk ellərinə şeirlər ithaf edib. Qələmə aldığı poeziya nümunələri tez-tez Azərbaycanda, eləcə də bütün Türk dünyasında nəşr olunan qəzet və jurnallarda dərc olunub, sevilə-sevilə oxunub. Onun şeirlərinə türk seriallarında mahnılar bəstələnib, həmçinin söz müəllifi olduğu “Tanrı Türkə yar olsun!” mahnısını Osmanlı İmperiyası haqqında çəkilmiş məşhur “Diriliş Ərtoğrul” teleserialında istedadlı müğənnimiz əslən Borçalıdan olan Şəmistan Əlizamanlı böyük sevgi ilə səsləndirib. İndiyə qədər Azərbaycan da «Aramıza düşən yaylaq» (1986), «İlk sevgi dəftəri » (1993), «Əyriqara salam olsun» (1993), «Balaxanım nənənin bayatıları» (1994), «Yurdun səsi» (1995), «Balam niyə bal dadır» (1995), « Borçalıdan gələn işıq» (1998), «Dəli Dərviş» (1999), «Sara Xatun» (1999), «Çiləli qurd» (2000), «Torağay nəğməsi» (2000), «Turana doğru» (2002), «Ümid Işığı» (2002), «Nə var sevgidən gözəl» (2002), «Savaş sevdalı könül (2005) və s. kimi kitabları böyük tirajla nəşr olunmuşdur. Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və s. ölkələrdə də əsərləri çap olunub. Haqqında «Vətən candan irəli» adlı məqalələr toplusundan ibarət 380 səhifəlik kitabı işıq üzü görüb. Şairin «Bakı-Təbriz-Ankara», «Heyran türkün bayrağına», «Tanrı türkə yar olsun», «Ey sabahın zabitləri», «Mənim generalim», «Olmasın», «Çiləli qurd», «Yaralı ceyran», «Qafqaz dağı, yol ver bizə» kimi şeirlərinə bəstəkarlarımız musiqi bəstələyib.bu nəğmələr bir neçə beynəlxalq mahnı festivallarının diplom və mükafatlarına layiq görülüb bir çox şeirlerini aşıqlarımız saz havaları üstə oxuyurlar.Nizami Saraçlı yuxarəda da qeyd etdiyimiz kimi, üç dəfə beynəlxalq poeziya musabiqə və festivalının qalibi olmuş, «Peyğəmbər», «Abay» və «Sülh naminə» beynelxalq mükafatlar laureatı adını qazanmışdır. Azərbaycan Respublikası Təhsil Mərkəzinin «Abdulla Şaiq» , eləcə də "Zirvə" və "Zəfər" mükafatlarına, "İlin vətənpərvər şairi" və s. Fəxri diplomlarına layiq görülmüş, iki dəfə Gürcüstan Dövlətinin ən ali mükafatı olan "Şöhrət" ordəni ilə təltif olunmuşdur. Dövlət başçılarından Turgut Özal, E.A.Şverdnadzə, Nursultan Nazarbayevlə görüşləri olmuş, Ümummili liderimiz Həydər Əliyevlə və MEA-nın prezidenti olmuş akademik Zahid Xəlilovla şəxsi tanışlığını, məktublaşmasını həmişə fəxrla xatırlayırdı.O, muharibə veterani, istefada olan zabit idi. Ailəli idi, dörd avladı və səkkiz nəvəsi var.Biz də bütün redaksiyamız adından, tanınmış şair-qazi Nizami Saraçlının vəfatından kədərləndiyimizi bildirir, ailəsinə, doğmalarına, qohum-əqrabasına, yaxınlarına, bir sözlə, bütün Nizamisevərlərə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin, Məkanı cənnət, Ruhu olsun! – deyirik və aşağıda şairin bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..Müşfiq BORÇALI,ZiM.AzBORÇALI(Poema)Borçalımız saz yurdudu hər aşığı bir ordudu, ayrılıq ceviz qurdudu, yedi bizi içimizdən, ayrı saldı köçümüzdən.Orda binəm – binnətim var, külü küldə külfətim var, türk kəsiyi millətim var, yurd kəsiyi ana torpaq, rüzgarlarda yaşıl torpaq...Can Borçalım iki gözöm, atam – anam şirin sözüm, qurban demem, qurban,-özüm, ey dağların yaz maralı, mən dərdliyəm, sən yaralı...Gözəl yurdum, tamaşasan, dərdlərimlə baş-başasan, dahada xoşbəxt yaşasan, tez tapılar itiyimiz, kədər bilməz kiçiyimiz..Yurdum səni sevmək azdı, Neyləsək nəzir niyazdı, Imzamizi fələk pozdu, Qələm götürdüm dəstimə Yeridim dərdin üstünəVətəni gülzar istədik Dövlət umduq var istədik Axır qışda qar istədik Onuda verən olmadı Bu dünya viran olmadıTapındəq öz soyumuza Su qatmadıq suyumuza Yasımıza toyumuza Gələn-gəldi qol götürdü Gılməyən köksün ötürdüVüsal bizim hicran bizim Arzumuzdur turan bizim Doğama Azərbaycan bizim Sazımızın sədasıdı Lap ujruma çatasıdıQoy var olsun hicranımız Unudulsun mılalımız Yıldızlara vüsalimiz Çiçək açsın ləçək-ləçək Üç rəngli türk bayrağı təkSazımızı duya gəlsin Uğrunda can qıyan gəlsin Gecikibsə,dayan gəlsin əl verin xoş sabahlara son qoyulsun günahlaraheyranam elin yazına sərt qışına yazına don açıla ,ayaz sına ot bitə quzu səsinə dönəm bir el nəğməsinəBorçalımız bağ yeridi Bir az ötdün,-dağ yeridi Sınıq körpüdən bəri Var olduqca birliyimiz, Bar verəcək dirriyimizİnşallah ,qış qar gətirər Qaranquş bahar gətirər ərdəmli ər yar gətirər dağın o üz,bu üzündən qulaq batar toy səsindənEl şairi bizim Nəbi Burdan alıb coşqun təbi Keçdiyi həyat məktəbi Sözün deyib kəsə-kəsdə Bina olub xəncər üstəYurdum ,gəlsəm qinağına Çıkmə çörək sinağina Qurban olum torpağına Hərdən dərdlə qıllıq məzə Baxtımızı gəzə-gəzəBiz bir ruhuq, biz bir bədən Düzülmüşük çətən-şətən Bizə Neylər yoldan ötən Haq bizdədi,haq söylərik Birimizi beş elərikAxar aydın sular kimi Havalanar qular kimi Yaşarı arzular kimi Qanadlıdı Borçalımız Indlıdı BorçalımızBu ellər bizim ellərdi əzizim-gözüm ellərdi bağlardakı bülbülərdi yuvam deyə yanan quçlar o nəğmğli kaman quçlar...Gülə-gülə bənd edəydim Sözü kiçmiş-qənq edəydim Qolunu kəmənd edəydim Salaydım yar boynunamən Dolaşaydım çəmən-çəmənBorçalımız min oymaqlı Hər oymağı min çıraqlı Yaranışdan xoş soraqlı Yaşıl donlu bir mahaldı Nə,arzudur,nə xəyaldıBaşkeçiddən baş alan çay Gözümüzdə yaş olan çay Gedib kürə qovuçan çay Ürəyidi Borçalının! Diləyidi Borçalının!..Aşıq deyər budur öyüd Balaları məğrur böyüt Vallah qəlbi bütöv igid Bir qoyunda verməz qurda Göz çəkdikcə ana yurdaYurdum səni unutmadıq Xatirin ucuz tutmadıq Gecələr yuixu yatmadıq Hey gəzdik yağı tuşunda Qalalı dağlar başındaMəskənimdi borçalı Boz oğuzlu,boz çalıdı Bəlkədə Bozca Alıdı Hər gün qılınc çalan burda Könlümüzü alan burdaMöhkəmdi yurdun təməli Dəllərimdə neçə dəli Giziroğlu Çənlibeli Aramasın uzaqlarda Bax burdadı burdaSiz ey qarapapaq elim Qıvraq atlı Qıpçaq elim Bölünsəndə dilim-dilim Yenə sizdən deyəcəyim Tükənincə yeyəcəyimQəlbimizdə çiləmiz var Həsrətli goz giləmiz var Itgin düçşmüş Lələmiz var Qalıb sazı çiynində ərzurum gədiyindəBiz gəzəydik yurdlar ilə Ulaşaydıq dərdlər ilə Fürsət tapıb qurdlar ilə Dost qardaş tək bağlaşaydıq Göz dolusu aölaşaydıqGözümüz durna köçündə əlləimiz iş-gücündə din bəslədik din içində Aman-aman Aşıq Qərib Sən də, qərib məndə qəribHey anıb yurd yerimizi Becərdik dərd sərimizi İşğal etdi özümüzü Gözü tökülmüş ayrılıq Beli bükülmüş ayrılıqBiz Şeyx Sənan olmadıq Xaç suyuina salınmadıq Bir tərsayə vurulmadıq Yüz illər dözdük zillətə Görk olduq əhli millətəYenə ovqat o ovqatdı Deməynən halım babatdı Buda bir cür zarafatdı Yaza çıxdı oylağımız Mart gözünə barmağımız...Başımız çox bəla çəkdi Ayaq altda torpaq çökdü Bənovşələr boynun bükdü Bircə şirin spzdən yana Doöma cığır izdən yanaNə yaxşə yurd yerindədi Aşıqların şerindədi Elin kökü dərindədi Öz kökünə calanıbdır Kökü üstə talanıbdırAğca qalan ağlar qalıb Bürc dağılıb bağlar qalıb Sinəmizdə dağlar qalıb SULTAN YAQUB izin ağlar Bizə baxan gözü ağlarDemə olan oldu keçdi Gələn qondu qonan köçdü Deynən hamı əkdi bişdi Yenə qaldı yalan dünya Süleymandan qalan dünyaAşıq cox arzun göyçədi Dərdim yerdən göyəcəndi Son itkim ulu göyçədi Sərxoşluğun Göyçəgülü Çox oynayım dəli-dəliBu yaşımda ay pir olmuş Demə balan kafir olmuş Yox-yox yurda əsir olmuş Elə cal gülüm oynasın Yel vursun külüm oynasınÜstündəndə bir bayatı Yandırsın eli elatı Yoxsa ömür bir urvatı Dəyməz dözüb hər zillətə Qalmaq qurdla qiyamətəŞən ocaqlar gur alışar Sevdalanar hürr alısar Borçalısız KÜR alısar Otlar bitər xram üstə Yaram simlər yaram üstəHər işimiz qədər yazı Nəvə-nəticə murzl Özümüz bir bəy libası Yurda bir bayraq bəzədəm Kölgəsində öləm itəmGəl keçmişi yad eyləyək Gələcəyə ad eyləyək Bayraq-bayraqdar söyləyək Ana yurdum BORÇALIYA Ata yurdum BORÇALIYA!..SARACLİ KƏNDİ HAQQINDA ŞEİRLƏRKƏNDİMİNSazlı-sözlü bir diyarın oğluyam, Qoy bir deyim nələri var kəndimin. Dəmyələrdə daşdan çörək çıxaran, Qabar-qabar əlləri var kəndimin.Yel aparmaz ocağının odunu, Heç gödəlməz Göllücənin odunu, Şişgünöydə şimşək ütər otunu, Boz dumandan tülləri var kəndimin.Ağ evləri o toy - bu toy düzülüb, Ot basıbdı yolu izi nəzilib, Gözəlləri səhəng altda əzilib, Min ətirli gülləri var kəndimin.Qara bulud bəyaz qızın saçımı, Əmlik quzu süfrəsinin tacımı, Qızmar səma başı üstə sacımı, Tel oynadan yelləri var kəndimin.Ha gözləyər geri dönməz gedəni, Hey aranar bir tapılmaz itəni, Yada salma hər başından ötəni, Ağı deyən dilləri var kəndimin.Torpağını bölük-bölük böldülər, Soy adını dəftərlərdən sildilər, Saraçlını bir ölmüşmü bildilər, Qələm tutan əlləri var kəndimin!ÇİÇƏK QANIBu çiçəyə nə olub Odu canına düşüb Bişib-bişib ömrü Yazın sonuna düşübAy çiçək nədir adın Söz vurmamış qanadın Olma toxumun yadın Dəyirmanına düşübAy çiçəyim mənimdə Od gəzir bədənimdə Bu doğma vətənimdə Qolum yanıma düşübÜrəyimdi əllərdə Hey yellənir yellərdə Çimib qanlı sellərdə Çiçək donuna düşübÇoxdan öyrəçib yağı Bu yurdu talamağı Qurdların ulamağı Xoruz banına düşübGöydə ulduz neçədi Bax-bax yarıgecədi Hər ulduz bir qönçədi Insan qanına düşübBu qan kimin qanıdı Bu qan şəhid qanıdı Bakım qəm ümmanıdı Şehi qanuna düşübAğ atımın yalmanı qaraAğ atımın yalmanı qara Qara başım qurban sənə ey atım Məni bu yollara yolçu eylə Bu yollara çapar eylə Cilovunu buraxmışam apar elə Harayacan apara bilsən Sənə güvənmişəm onunçün belə Apar məni apar eləAğ attımın üzü ağ dərisi qara Dırnaqların ucu qara Gözlərinin altı qara Qara başım qurban sənə atım Apar məni gündoğana Apar məni halölənə xəyalölənəAğ atımın gözləri qara Qulaqlarının ucu qara əli ovcu qara quluncu qara Qara başım qurban sənə atım Bir ilxıya qatıl görüm Bu mığmığalı çivinli dünyadaAğ atımın dili qara Yəhər altda beli qara Qaşqasında kəkili qara QARA…QARA…ayağında səkili qara Arxasınca quyruğu Quyruğu ucunda kölgəsi qara Qara başım qurban sənə atım Bu qara gündə keç bu qaranlıqdan Yar bu dumanlığı Aş bu samanlığı Arpa desən arpa məndə Anadan ağ doğulanlar 20 yanvar gecəsi Belə qaraldılar bu vətəndəGöy damarından fışqıran qanı qara Yanı qara Yançağqara QARA…QARA.üz qoyduğu torpağı qara Qara başım qurban sənə atım Bir ağlıq qarışacaqmı bu qaranlığaALLAHSIZ DƏRDOna bax allah ona bax Dərdim necə böyüyür Ona bax allah ona bax Dərd üstümə yeriyirAh zalım dərd azman dərd Məni qovub teylədin Bir vaxt mən də mərd idim Niyə namərd eylədinOna bax allah ona bax Dərd üstümdən adlayır Mənə bax allah mənə bax Kölgəm it tək ulayırAh zalım dərd azman dərd Yazığın gəlməz mənə Həyat-dələduz qanlı Ruhumu ağlar qoyub Pəri tək gülməz mənəOna bax allah ona bax Dərd dumandı qapqara Mənə bax allah mənə bax Köynəyim para-para Ürəyim qanlı yaraDərd olanda nə olar Dərdin insafı yoxdu O da bir anadan doğulmayıbmı Onunda allahı yoxdumuVallah bu dərdinanası allahı yoxdu Allahı vallahı yoxdu Öz-özündən böyükdü Günühı günahımdan çoxduMən ömrüm boyu dərdimi qinamadım Çətinə çəkib sınamadım Hər əzabına dözdüm Namırd çıxacağın unamadım Bu dərd dərdimsə məni çarmıxa çəkdi Bədoy at tək meyidimi çığnayıb keçdi Dönüb üstümə ağnayıb keçdi Dedim belə dərd olar Belə dərd sahibinin yurd yuvası vird olar Ona bax allah ona bax Dərd üstümə yeriyir Yeriyir yeriyir üstümə Ağzı qanlı sel kimi Yeriyir yeriyir üstümə Yurdsuz qalan el kimi Bu el mənim elimdi Eh seldəki göz yaşım Yırğalan çiynim üstə Yırğalan dərdli başım Artıq əzəl axırdı Yaşamaq ağırdısa Ölmək daha ağırdıBir dam altda beş ölüBir dam altda beş ölü Kişiyi üç yaşında Qovun şeyda bülbülü Durub ağı deməsin Yaşıl ağac başında Ədavət olarBir dam altda beş ölü Böyüyü ana yaşında O olubdur evində Azədəlik vaxtında Azadlıq vaxtında Susun səsə salmayaq Cinayət olarBir dam altda beş ölü Beş ölüdən qalmayıb Bir ovuc insane külü Qovun şeyda bülbülü Pünhan ağı deməsin Aşkarlıq işığında Xəyanət olarBir dam altda beş ölü Beş qaşıq insan külü Tabutcuya deyin ki Bir qutu düzəltsin Yığaq bu külü Birdə bir kiçik tabut Dəfn etməkçün bülbülü Bir dam altda beş ölü Bülbüllə altı oldu.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.