RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!.. Arif Əliyev 1959-cu il iyul ayının 25-də qədin Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Faxralı kəndində ziyalı ailəsində anadan olub. 1966-cı ildə doğma kəndindəki ibtidai məktəbin birinci sinfinə qədəm qoyan Arif Aslan oğlu 1976-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il də indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinin elektronika bölməsinə daxil olub, universitetdə təhsilini 1982-ci ildə fərqlənmə diplomu başa vurub.

Gürcüstan Neft və Qazçıxarma idarəsində aparıcı mütəxəssis qismində ilk əmək fəaliyyətinə başlayan Arif Əliyev Sovetlər Birliyi dağılandan sonra bir müddət başqa sahədə çalışıb.

2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyi açılanda Arif Əliyev əmək fəaliyyətini burada davam etdirib.
O, burada sosial layihələrə rəhbərlik edib və qısa müddətdə burada böyük hörmət və nüfuz qazanıb. Onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə Gürcüstanın müxtəlif bölgələrində sosial yönlü çoxsaylı layihələr həyata keçirilib. Ömrünün sonuna kimi SOCAR-ın Gürcüstan nümayəndəliyində çalışıb.

Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: