ARAKOL (ARAKEL) KƏNDİ

ARAKOL (ARAKEL) KƏNDİ ARAKOL - Qədim Borçalının Bolnisi rayonunda Gədə çayının sol sahi­lin­də, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviy­yə­sin­dən 710 m yüksəklikdə yerləşən kəndin adı­dır.
Bu oy­ko­nim «Kol arası» mənasındadır.
«Ara» və «kol» sözlərinin birləşmə­sin­dən yaranıb.
Lakin rəsmi sənəd­lərdə bu kəndin adı təhrif olunaraq, Arakel kimi rəsmiləş­diril­mişdir.
1990-cı illərdə isə kəndin adı Bolnisi rayonundakı bir çox toponimlər kimi gürcüləşdirilmiş, "Dzedzvnariani" (?) adlandırılmışdır. (??!!)
Əslində isə kəndin qədim adı "Qızıldaşır" olub.
Əhalisi 1000 nə­fərə yaxın­dır.
Kənd­­də Azərbay­can mək­­təbi 1928-ci ildə yaradılıb.
Aşıq Müslüm, dil­çi-alim Va­qif İsrafilov, həkimlər Şaliko, Bayram və Hən­dəm Hən­də­movlar, şair Bəhman Heydəroğlu (Əliyev) və b. bu kəndin ye­tir­mələridir.

Bəhman Heydəroğlu
"Gözəl Arakelim mənim!"
sərlövhəli şeirində yazmışdır:


Cənnətin bir guşəsidir,
Eşq-məhəbbət təşnəsidir,
Həyatın nur çeşməsidir,
Aşıb-daşan selim mənim,
Gözəl Arakelim mənim!

Göy meşəsi, buz bulağı,
Cavanların kef oylağı,
Əysik olmasın yığnağı,
Var olsun öz elim mənim,
Gözəl Arakelim mənim!

Xalqım olsun bəxti bəyaz,
Oğlu qızı tapsın muraz,
Sinəm üstə sədəfli saz
Qoy dil açsin telim mənim,
Gözəl Arakelim mənim!

Tutub haqqın ətəyindən,
Qaçsın şərin ütəyindən,
Bəhmanam el mətəyindən ,
Şirinləşir dilim mənim,
Gözəl Arakelim mənim!..


ARAKOL (ARAKEL) KƏNDİ P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: