GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,
hazırda təqaüddə olan
polis general-mayoru
cənab
Cavanşir Məmmədova
ağır itki üz verib.

ZiM.Az xəbər verir ki,
general-mayor
Cavanşir Məmmədovun
böyük qardaşı
PAŞA MÜƏLLİM
2018-ci il yanvarın 7-də
vəfat edib.

Cavanşir Məmmədova qardaşının vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə,
yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı veririk.

ZiM.Az




ALLAH RƏHMƏT ELƏSİN!..

Paşa Qəhrəman oğlu Məmmədov - 24 dekabr 1933-cü ildə qədim Borçalı mahalının
Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub.
İkinci sinifdə oxuyanda II Dünya müharibəsi başlayıb.
İptidai təhsilini doğma kəndlərində alan Paşa Məmmədov 5-ci sinifdən sonra təhsilini
qonşu Kalino rayonundakı Radişev adına rus orta məktəbində davam etdirib.
1957-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
Rayon İstehlak Cəmiyyətində təcrübə keçdikdən sonra 2 il yarımlıq kurs bitirib.
1958-1961-ci illərdə mağaza müdiri işləyib.
1961-ci ildə ali təhsil almaq üçün Bakıya yollanıb.
M.F.Axundov adına Azərbaycan Dövlər Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna
(indiki Bakı Slavyan Universitetinə) daxil olub.
1965-ci ildə ali təhsilini uğurla başa vuraraq doğma kəndinə qayıdıb və buradakı
natamam orta məktəbdə rus dili müəllimi təyin olunub.
Bir il sonra o, qonşu Qəmərli kəndindəki orta məktəbə rus dili müəllimi göndərilib.
1973-cü ildə pedaqoji təcrübəsi və idarəçilik bacarığı nəzərə alınaraq
Qəmərli kənd orta məktəbinin direkroru vəzifəsinə irəli çəkilib.
3 il sonra isə Başkeçid (indiki Dmanisi) rayon Məişət Xidməti Birliyinin rəisi təyin olunub.
3 il bu vəzifədə çalışdıqdan sonra daha 3 il Rayon Kənd Təsərrüfatı Həmkarlar Komitəsində
metodist vəzifəsində çalışıb.
1985-cildə Hamamlı, Səfərli, Məmişli, Boğazkəsən və Əngirəvan kənd sovxozları birləşdirildikdə
Dmanisi Rayon Komminist Partiyası Komitəsinin Birləşmiş Hamamlı maldarlıq sovxozunda
Azad Partiya təşkilatının sədri seçilib.
Kommunist Partiyası buraxılana qədər – yəni, 1991-ci ilə kimi bu vəzifədə çalışıb.
1992-ci ildə Azərbaycana, Bakı şəhərinə köçüb, bir müddət Qaradağ rayon Polis İdarəsi nəzdində
Mühafizə şöbəsinin Sement Zavodunun mühafizəsi üzrə sahə rəisi vəzifəsində çalışıb.

Paşa Məmmədov həm də gözəl ailə başçısı idi.

Əslən Başkeçiddən olan ömür-gün yoldaşı Maya xanım Mahmud qızı ilə birlikdə
4 övlad - 3 qız, 1 oğlan böyüdüb boya-başa çatdırıblar.
Hamısı da ali təhsilli və ailəlidirlər.

Qızları - Aygün xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rus dili müəllimi işləyir.

Sevinc xanım Bakı Slavyan Universitetinin psixologiya fakültəsini bitirib.

Kiçik qızları Arzu xanım isə Rusiya Federasiyasının Samara şəhərində yaşayır.

Oğlu - İlqar Məmmədov polis polkovnikidir, Bərdə Rayon Polis Şöbəsinin rəisidir.

Bir sözlə, qayğıkeş ata, mehriban baba olan Paşa müəllim həm də hörmətli el ağsaqqalı idi.

O, 2018-ci il yanvarın 7-də vəfat edib.

GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB Paşa Qəhrəman oğlu Məmmədovun vəfatından kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə, ömür-gün yoldaşı Maya xanıma,
oğlu - polis polkovniki, Bərdə Rayon Polis Şöbəsinin rəisi
İlqar Məmmədova,
qızlarına, nəvələrinə,
bir sözlə, bütün yaxınlarına və doğmalarına
dərin hüznlə başsağlığı veririk.

Paşa müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!..
Ruhu şad, Məkanı cənnət olsun!..

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
El ağsaqqalı PAŞA MƏMMƏDOV

El ağsaqqalı PAŞA MƏMMƏDOV

Başkeçid
Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Bərdənin yeni polis rəisi kollektivə təqdim olunub

Regionlar, Başkeçid
İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

İlqar Məmmədov Bakının Xətai rayon Polis İdarəsinin rəisi təyin olunub

Başkeçid, Hüquq, Təbriklər
İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

İlqar Məmmədov Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi vəzifəsinə təy ...

Bakı, Gürcüstan, Başkeçid, Hüquq, Təbriklər
Əslən Başkeçiddən olan İlqar Məmmədov “İgidliyə görə” medalı ilə təltif olu ...

Əslən Başkeçiddən olan İlqar Məmmədov “İgidliyə görə” medalı ilə təltif olu ...

Başkeçid, Hüquq, Təbriklər
Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

Professor İSA XƏLİLOVun BACISI VƏFAT EDİB

AzTU, Bolus, Nekroloqlar
Darvazlı  CAVANŞİR NƏBİ OĞLU ÇOBANOV vəfat edib

Darvazlı CAVANŞİR NƏBİ OĞLU ÇOBANOV vəfat edib

Nekroloqlar
Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçidli xeyriyyəçi Səlahəddin Məmmədov vəfat edib

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Keçmiş döyüşçü və prokuror Telman Tanrıverdiyev vəfat edib

Keçmiş döyüşçü və prokuror Telman Tanrıverdiyev vəfat edib

Nekroloqlar
Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvazlı Qəmbər Mahmud oğlu Məmmədov vəfat edib

Darvaz, Nekroloqlar
MARAT DARVAZLIya BAŞSAĞLIĞI

MARAT DARVAZLIya BAŞSAĞLIĞI

Darvaz, Nekroloqlar
Polis kapitanı SALEH EYYUBOV (1978)

Polis kapitanı SALEH EYYUBOV (1978)

"XXI əsrin Ziyalıları", Başkeçid
Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Həmkarımız XANIM BİLALQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
Darvazlı HƏSƏNƏLİ MUTU oğlu NƏBİYEV vəfat edib

Darvazlı HƏSƏNƏLİ MUTU oğlu NƏBİYEV vəfat edib

Nekroloqlar
Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Gürcüstan Parlamentinin azərbaycanlı deputatına ağır itki üz verib

Nekroloqlar
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

YUBİLEYİNİZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..

Əsas xəbər, Azərbaycan, Borçalı, Başkeçid, Hüquq, Təbriklər
TANINMIŞ MÜĞƏNNİ XƏLİL QARAÇÖPƏ AĞIR İTKİ ÜZ VERİB

TANINMIŞ MÜĞƏNNİ XƏLİL QARAÇÖPƏ AĞIR İTKİ ÜZ VERİB

Qaraçöp, Nekroloqlar
Rəy yazın: