Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin inkişafı üçün səylərimizi artırırıq"

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin inkişafı üçün səylərimizi artırırıq"
Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri,
"Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə
Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti,
Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri
Vaqif Məmişovla müsahibəni təqdim edirik



Vaqif İmamqulu oğlu Məmişov - 1962-ci ildə Masallı rayonunda anadan olmuşdur.

Əslən qədim Borçalı mahalının Ağbulaq (indiki Gürcüstanın Tetri-Tsxaro) rayonundakı Kosalar kəndindəndir.

1988-ci ildə Leninqrad Avtomobil Nəqliyyatı Texnikumunu, 1999-cu ildə isə Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasının huquq fakultəsini bitirmişdir.

Sankt-Peterburqdakı Azərbaycan Milli Mədəni Muxtariyyəti Şurasının sədri, Rusiya Biznes Dəyirmi Masasının uzvu, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlukəsizliyi Elmlər Akademiyasının akademikidir.

Mərkəzi Federal dairə uzrə RF Prezidentinin Səlahiyyətli Numayəndəsi yanında İqtisadi Ekspert Şurasının uzvu, Sankt-Peterburq və Moskvadakı bir necə sənaye muəssisəsini birləşdirən kompaniyanın direktorlar şurasının sədridir.

1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.

Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.



-Rusiyadakı azərbaycanlılar Vətənə nə dərəcədə bağlıdırlar?
-Mən ilk növbədə ümummilli lider Heydər Əliyevə minnətdaram. Ümummilli lider Heydər Əliyev 2001-ci ildə Moskvaya səfəri zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə birlikdə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) açılışını etdi. O zaman Azərbaycanın Rusiyadakı əksər diaspor nümayəndələri bir yerə yığıldı və ÜAK-ın açılışı təntənəli şəkildə həyata keçdi. Ulu öndər bu sahəyə xüsusi önəm verirdi və bu səbəbədən də önəmli addımlar atdı. O, bizə həmişə tövsiyə edirdi ki, tarixi vətənimizə bağlı olaq, Azərbaycana tez-tez gəlib gedək, ana yurdumuzu unutmayaq. Təbii ki, biz qərib ölkədə yaşamağımıza baxmayaraq, vətənimizin, xalqımızın qayğısına qalmalıyıq.

-Rusiya-Azərbaycan münasibətlərini necə dəyərləndirirsiniz və diaspor əlaqələrin inkişafına töhfə verə bilərmi?
-Bu gün Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur və bu, daha da yüksələn xətt üzrə inkişaf edir. Bununla yanaşı, Rusiya və Azərbaycan Prezidentlərinin arasında da səmimi dostluq münasibətləri var. Bəziləri bunun əhəmiyyətini o qədər də anlamır. Amma bu çox önəmlidir. Prezident İlham Əliyev hər dəfə Rusiyaya səfər edərkən Vladimir Putinlə görüşməsi bizim üçün çox müsbət vəziyyət yaradır. Bu bizə əlavə stimul verir. Biz daha da ruhlanırıq və iki dövlət arasında olan münasibətlərin inkişafı üçün səylərimizi artırırıq.

-Dünya Azərbaycanlılarının IV Qurultayının önəmini nədə görürsünüz? Sizcə Qurultay mövcud problemlərin aradan qaldırılmasına töhfə verəcəkmi?
-Bu tədbir çox önəmlidir. Xaricdə yaşayan azərbaycanlıların bir yerə yığılması adi iş deyil. Burada yığışmaq, görülən işlərlə bağlı hesabat xarakterli məruzələr etmək, eyni zamanda problemlərin aradan qaldırılması yollarını müzakirə etmək, diaspor sahəsində olan boşluqların aradan qaldırılmasını araşdırmaq zəruri məsələdir. Bundan əlavə, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, o cümlədən biz, bir-birimizlə tanış olur, əlaqələr yaradırıq. Burada yaranan əlaqələr bəzən önəmli tədbirlərə imza atılmasına vasitə olur.
Bizdən sonra gənclər gəlir. Gənclərə öz tövsiyələrimizi, məsləhətlərimizi verməliyik. Cənab Prezident də Qurultayın açılış mərasimində vurğuladı ki, erməni diasporu əksər ölkələrdə güclüdür. Onlar çalışırlar ki, bir olsunlar, hər yerdə bir-birlərinə dəstək versinlər. Biz də çalışmalıyıq ki, onlardan daha güclü olaq, birliyimiz daha möhkəm olsun.

– Qurultayın açılış mərasimində Prezident bildirdi ki, diasporla səfirlik arasında sıx əlaqə olmalıdır. Hazırda əlqələri qaneedici hesab etmək olarmı? Məsələn, Rusiyada bu məsələ ilə bağlı vəziyyət necədir?
-Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti həm də həmin ölkələrin vətəndaşlarıdırlar. Təbii ki, xaricdə yaşayan azərbaydcanlılarla, Azərbaycan diasporu ilə səfirliyin əlaqələri sıx olmalıdır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə sıx əlaqələrimiz var. Amma bəzən elə diplomatlar olur ki, onların fəaliyyəti əks effekt verir. Elələrinin fəaliyyəti birliyimzə töhvə vemrir, əksinə maneçilik yaradır, parçalanmaya xidmət edir. Elə insanların olmasındansa olmamağı yaxşıdır.

-Prezidentin daha bir tövsiyəsi də xaricdə yaşayan iş adamları ilə bağlı idi. Bildirdi ki, onların Azərbaycana yatırım etməsi daha yaxşı olar. Eyni zamanda siz də iş adamısınız. Bu barədə nə düşünürsünüz?
-Cənab Prezidentin tövsiyələrinin mühüm strateji əhəmiyyəti var və buna əməl olunmalıdır. Prezident Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıların arxasında olduğunu, bizi unutmadığını, Azərbaycanın hər birimizin vətəni olduğunu qeyd etdi.
Əlbəttə, bu gün çox sevinirik ki, ölkəmiz inkişaf edir. İqtisadi potensial sürətlə artır. Əlbəttə, biz də istəyərik ki, öz vətənimizdə də nəsə edək, hansısa biznes quraq. Bu gün iş adamlarının burada biznes qurması üçün hər cür imkanlar yaradılıb. Bəzi çətinliklər aradan qaldırılıb. Təbii ki, düzgün işləməklə, qanuna riayət etməklə normal qaydada fəaliyyət göstərə bilərsən. Bir daha deyirəm ki, çalışacağıq ki, burada nəsə edək. Onu da nəzərinizə çadırım ki, cənab Prezidentin Qurultayda çıxışı, məsləhətləri mənə çox xoş təsir bağışladı. Biz, çalışacağıq ki, onun tövsiyələrinə, məsləhətlərinə riayət edək. Ümummilli lider Heydər Əliyev də həmişə deyirdi ki, harada yaşamağınızdan asılı olmayaraq siz azərbaycanlısınız:
“Elə edin ki yaşadığınız ölkənin xalqına hörmətiniz olsun, onların qayda-qanunlarına riayət edin, öz ana dilinizi, vətəninizi, adət ənənizi, dininizi yadınızdan çıxarmayın. Özünüzdən sonrakı nəsillərə də bunu aşılayın…”

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin inkişafı üçün səylərimizi artırırıq"
Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından
elimizin-obamızın ləyaqətli övladı, dəyərli soydaşımız, yursevər və vətənpərvər eloğlumuz,
məşhur iş adamı, tanınmış ictimai xadim,
qayğıkeş və xeyirxah insan,
Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri,
Sankt-Peterburq qubernatorunun
milli məsələlər üzrə müşaviri,
çox hörmətli ziyalı Vaqif Məmişova
uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında,
əmək və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzula­yı­rıq!..

Müşfiq BORÇALI.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Regionlar, Rusiya, Diaspora
Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib

Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib

Rusiya, Diaspora
Fiziologiya İnstitutu ilə Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İn ...

Fiziologiya İnstitutu ilə Sankt-Peterburq Biotənzimləmə və Herontologiya İn ...

"Zirvə"
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Söyün Sadıxov

Söyün Sadıxov "Azərros"-un prezidenti seçilib

Qarayazı, Rusiya, Diaspora
Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Diasporla İş üzrə Dövlət Komitəsinin bəyanatı

Rusiya, Diaspora
Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Azərbaycanda keçiriləcək referendum Rusiayadakı azərbaycanlı gənclərlə müza ...

Rusiya, Diaspora
Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar

Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar

AzTU
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın "Puşkin" ...

Azərbaycan, Siyasət
Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Ümumrusiya Azərbaycan Konqresinin yeni prezidenti seçilib

Rusiya, Diaspora
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Rusiya, Diaspora
Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Bakıda Dünya Azərbaycanlı İş Adamlarının Forumu keçiriləcək

Dünya, Diaspora
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Dünya Azərbaycanlılarının IV Qurultayı işini yekunlaşdırıb

Diaspora
MDB PAA DİMBİ Bakı filialının direktoru Sankt-Peterburqda keçirilmiş  beynə ...

MDB PAA DİMBİ Bakı filialının direktoru Sankt-Peterburqda keçirilmiş beynə ...

Milli Məclis, Rusiya
Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Sankt-Peterburqda “Səmərəli seçki orqanları və demokratik seçkilər” mövzusu ...

Milli Məclis, Rusiya
Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstan, Borçalı
Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Borçalı, Rusiya, Diaspora
Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

Orta Asiya, Rusiya, Diaspora
Rəy yazın: