Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi

Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsiGənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi Gənclər Fondunun 10-cu Qrant Müsabiqəsinin “Unudulmaz şəhidlər” layihəsi Mirnəsib Sərdar oğlu Kazımov
Azərbaycan Prezidenti yanında
Gənclər Fondunun
elan etdiyi
10-cu qrant müsabiqəsində
C kateqoriyası üzrə
“Unudulmaz şəhidlər”
layihəsi ilə qalib olub.


Mirnəsib Kazımov
ZiM.Az-a bildiririb ki,
Azərbaycanın ərazi bütövlüyü ugrunda canlarından keçmiş şəhidlərimizin cəmiyyətə, gənclərə tanıdılması layihəmizdə əsas götütülmüşdür. Layihədə vətənimizi düşmən tapdağından qorumaq üçün öz canlarından keçən şəhidlərin həyatı və hansı döyüşlərdə şəhid olduqları barədə ətraflı məlumat verilmişdir. Əsasən 2016-cı il aprel ayında döyüşlərdə şəhid olmuş, vətən uğrunda canından keşmiş qəhrəmanlarımız haqqında danışılmışdır.

Azərbaycan gəncliyinin inkişafı çərçivəsində müxtəlif sahələrdə bilik və bacarıqlara malik gənclər özlərinin istedadlarına söykənərək gənclər siyasətinə müxtəlif mövzularda tövhələr verir. Gənclər sektorunun günbəgün inkişafı gənclərin elm və mədəniyyətin müxtəlif sahələrdə maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması, istedaldların üzə çıxarılması istiqamətində uğurlar əldə etməkdədir. Biz gənclər də ölkəmizin mənafeyi naminə üzərimizə düşən vətəndaşlıq borcumuzu özümüzü bir müstəqil və mədəni gənc olaraq vətəndaş mədəniyyətini tərənnüm etməklə verə bilərik. Bu layihə hər zaman insani dəyərlərin təzahürü olaraq qiymətləndirilə bilər.

Layihənin təqdimat mərasimi 29 Dekabr 2017-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Suraxanı rayon Gənclər evində keçirilmişdir.

Etibar OVÇUYEV,
ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: