Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib

Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilib Azərbaycan Yazıçılar Birliyinin (AYB)
Gəncə bölməsinə yeni sədr seçilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın
mətbuata verdiyi məlumata görə,
AYB Katibliyinin qərarı ilə bu vəzifəyə
şairə Xəzangül Hüseynova təsdiq olunub.

Xəzangül Hüseynova bu gün 2014-cü il sentyabrın 20-də
Gəncə Dövlət Universitetində ədəbi ictimaiyyətə təqdim olunub.


Tədbirdə Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək şairə Xəzangül Hüseynovanın Gəncə, o cümlədən respublikada tanınıb sevildiyini, Gəncə ədəbi mühitinin də Xəzangül xanımı qəbul etməyə hazır olduğunu bildirib:
“Yazıçılar Birliyi elə təşkilatlardandır ki, onun nüfuzu orda çalışan insanların tanınmağından və nüfuzundan asılıdır. Xəzangül xanımda elə insanlardandır. Şairə uzun illərdir ki, Gəncə və Azərbaycan miqyasında tanınıb. Xaricdə və Azərbaycanda çoxlu əsərləri çap olunub. Xəzangül xanım indiki dönəmdə Gəncə ədəbiyyatını Azərbaycan miqyasında, dünya miqyasında təmsil edə biləcək ən uğurlu simalardandır.”

Tədbirdə çıxış edən Gəncə ədəbi mühitinin yazarları seçimin düzgün olduğunu, şairə Xəzangül Hüseynovanın AYB-nın Gəncə bölməsini layiqincə təmsil edəcəyini bildiriblər.

“Gəncə ədəbi mühiti daima şöhrəti ilə seçilib və bu şöhrəti geri qaytarmağa çalışacam.” - Bunu Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə yeni sədr seçilən şairə Xəzangül Hüseynova deyib.

X.Hüseynova onu bu vəzifəyə layiq görülməklə üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Qeyd edək ki, avqustun 29-da Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib.
M.Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.

Xəzangül Hüseynova - 1947-ci il dekabr ayının 17-də qədim Borçalı mahalında (indiki Gürcüstanın Borçalı qəzasının Marneuli rayonundakı) Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008 "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib. "Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncə C.Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Xəzangül xanımın “Özümü axtarıram

Xəzangül xanımın “Özümü axtarıram" şeirlər kitabının təqdimat mərasimi keç ...

"Şərqin səsi", Poeziya, Borçalı
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncə, Mədəniyyət
Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Gəncə yazarları Zəlimxan Yaqubu xatırlayıblar

Azərbaycan, Gəncə
XƏZANGÜL HÜSEYNOVA (1947)

XƏZANGÜL HÜSEYNOVA (1947)

Gəncə, Müsabiqə, Turan, Borçalı
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

Gəncə, Qarayazı, Nekroloqlar
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

---
Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

Gəncə, Turan
Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib

Ədəbiyyat, Turan
Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir  ...

Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir ...

Azərbaycan
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

Gəncə, UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

TÜRKSOY Yazarlar Birliyi yaradılıb: Xalq Yazıçısı Anar fəxri sədri, Səlim B ...

Ədəbiyyat, Turan
MUSA URUDa SƏS VERƏK!..

MUSA URUDa SƏS VERƏK!..

Azərbaycan, Siyasət
Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Professor Məhəmmədəli Məmmədov (1934-2000)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
ZİYƏDDIN QURBANOV (1938)

ZİYƏDDIN QURBANOV (1938)

"XXI əsrin Ziyalıları", Başkeçid
YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

YAP-ın BSU üzrə Gənclər Birliyinin yeni sədri seçilib

BSU
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının cari ilin yekunlarına dair he ...

Elm, "Zirvə"
Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açılıb

Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölməsi açılıb

Ədəbi əlaqələr, Gürcüstan, Tiflis, Qarayazı
Rəy yazın: