Azərbaycan Dövlət Aqrar Universitetində akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində  akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində  akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirilib Azərbaycan Dövlət Aqrar Universitetində  akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi-nəzəri konfrans keçirilib Azərbaycan Dövlət Aqrar Universitetində Azərbaycanda biologiya elminin ən görkəmli şəxslərindən biri, dünya şöhrətli alim, ictimai-siyasi xadim akademik Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi münasibətilə elmi-nəzəri konfrans təşkil olunub.

Konfransda universitetin müəllim-professor heyəti və tələbələr, magistrantlar və doktorantlar, eyni zamanda, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.f.d., dosent Ələmdar Məmmədov və Karbonun fotosintetik assimlyasiyasının enzimologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Şahniyar Bayramov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və AMEA-nın Genetik Ehtiyyatlar İnstitutunun elmi əməkdaşları da iştirak etmişlər.


Konfransı giriş sözü ilə Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir-üzvü, professor İbrahim Cəfərov açıq elan etdi və akademik Cəlal Əliyevlə bağlı xatirələrini konfrans iştirakçıları ilə bölüşdü. Sonra söz Ələmdar Məmmədova verilib və o, öz çıxışını akademik Cəlal Əliyevin Azərbaycanda yaratdığı elmi məktəbin tarixindən, biologiyanın müasir istiqamətlərini (molekulyar biologiya, molekulyar-genetika, bioinformatika, struktur biologiyası, bionanotexnologiya, molekulyar biotexnologiya, proteomiks və s.) inkişaf etdirmək üçün apardığı kadr siyasətindən, xaricdə aparıcı elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən həmin kadrların elmi potensialından istifadə olunması məqsədilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda yaradılmış beynəlxalq laboratoriyalar və orada hazırlanan yüksək ixtisaslı gənc magistrant və doktorantlar haqqında məlumat vermişdir. Laboratoriya müdiri, b.ü.e.d. Şahniyar Bayramov akademik Cəlal Əliyevlə ilk tanışlığı, onun gənclərə həmişə dayaq olması, gənc alimlərin hərtərəfli inkişaf etmələri üçün bütün imkanlardan istifadə etməsi barədə çıxış etdi. Ümumiyyətlə, bütün çıxış edənlər akademik Cəlal Əliyevin elmdə falsifikasiyaya qarşı kəskin mübarizə aparması və “Elm-həqiqətdir” söyləyən bir alimin həmişə həqiqətin, haqqın tərəfində olmasını xüsusi vurğuladılar. Akademik C.Əliyevin yaratdığı elmi irsin inkişafı və davam etdirilməsi onun bütün tələbələrinin mənəvi borcudur. Akademik C.Əliyev bu gün bizim aramızda cismən olmasa da, onun ruhu həmişə bizimlədir. Allah ona rəhmət eləsin!

Aysel MƏDƏDLİ,
Nərmin ŞEYDAZADƏ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin əziz xatirəsi yad edilib

Akademik Cəlal Əliyevin əziz xatirəsi yad edilib

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri

"Əbədi çıraq" filmi "Mədəniyyət" kanalında yayımlanıb

Biologiya və tibb elmləri, Tv
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin xatirəsi anılıb

Akademik Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda "Elm günü" münasib ...

Biologiya və tibb elmləri
“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Biologiya və tibb elmləri
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Biologiya və tibb elmləri
Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Pakistanlı alimlər Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda o ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Rusiyanın Sitologiya və ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Elm, Biologiya və tibb elmləri
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam  ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam ...

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi seminar keçiril ...

Biologiya və tibb elmləri
Rəy yazın: