GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edibƏslən qədim Borçalı mahalının Oarayazı (indiki Qardabani) bölgəsindən olan,
Gəncə Dövlət Universiteinin
“Tətbiqi riyaziyyat” kafedrasının müdiri,
riyaziyyat üzrə fəlsəfə doktoru,
istedadlı alim, gözəl insan, əsl Türkoğlu
Bəhram Abdulla oğlu Mustafayev
2017-ci il noyabrın 1-də vəfat edib.
Allah rəhmət eləsin.


Bəhram Abdulla oğlu Mustafayev - 31 mart 1947-ci ildə qədim Borçalı mahalının Qarayazı (indiki Qardabani) şəhərində tanınmış el ağsaqqalı, məşhur riyaziyyatçı Abdulla müəllimin ailəsində anadan olmuşdur. 1965-ci ildə Qardabani şəhər orta məktəbini qızıl medalla bitirmiş və elə həmin ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1970-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Bəhram Mustafayev təhsilini Azərbaycan Respublikası Elmlər Akademiyasının nəzdində olan Mexanika və Riyaziyyat İnstitutunun aspiranturasında davam etdirmişdir. 1974-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, 1981-ci ildə Gəncə Texnologiya İnstitutunda müsabiqə ilə baş müəllim, 1985-ci ildə dosent, 1996-cı ildə “Mexanika” fakültəsində dekan müavini vəzifələrini tutmuşdur. 2006-cı ildə Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasında dosent, 2008-ci ildə isə “Tətbiqi riyaziyyat” kafedrasının müdiri seçilmişdir.
Bir çox respublika və xarici ölkələrin elmi-praktik konfranslarının iştirakçısı olmuş, 60-dən çox elmi əsərin müəllifi olan Bəhram Mustafayevin doktorluq dissertasiyası da müdafiə üçün hazır idi. Təəssüf ki, amansız ölüm acal vermədi...

Allah rəhmət eləsin!.. Ruhun şad, məkanın cənnət olsun, hörmətli Bəhram müəllim!..

Müşfiq BORÇALI
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: