AĞSAQQAL ÖMRÜNÜN DƏYƏRİ

AĞSAQQAL ÖMRÜNÜN DƏYƏRİ Müdriklərimiz doğru buyurub: Ağsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar. Əgər kimsə öz tarixinə, öz keçmişinə laqeyd baxırsa, ağsaqqal öyüdündən, ağsaqqal nəsihətindən yan qaçırsa, böyük səhvə yol vermiş olur. Ta qədimdən bu günədək böyük sözünə, ata nəsihətinə, ağsaqqal öyüdünə mənəvi ehtiyacımız olub. Bu, bizim el ağsaqqallarına olan hörmətimizdən, hörmət isə daxilimizdən, qanımızdan, canımızdan gəlir. Yeri ürəklərdə olan, ölçüyəgəlməz məhəbbət və rəğbətlə xatırlanan el ağsaqqallarına ehtiyac dünən də olmuş, bu gün də var, sabah da olacaq. Ömrünü Vətənə, xalqa, elinə-obasına həsr edən ürək qocalmır, həmişə cavan qalır.

Əzizinəm bir də mən,
Doldur içim bir də mən.
Ömür keçdi, gün keçdi
Cavan olmam bir də mən.

Analar görmüşəm oğul həsrətli,
Qarılar görmüşəm qız qocalıbdır.
Ərsiz gəlinlərin qara taleyi
Qar olub, saçlarda çığır salıbdır.

Qələbə günündən illər keçsə də
İllər həsrətləri azaltmayıbdır.
Bizə təsəllidir yaxşı ki, Vətən,
Heç nəyi, heç kimi unutmamışdır.


Öz mənliyini uca tutan, ömür yolunda mərdliyi, şərəfi əlində bayraq edən, Gəncəmizin bir el ağsaqqalı, Böyük Vətən müharibəsi veteranı, “Maarif xadimi”, Lenin ordeninə və bir çox medallara və Fəxri fərmanlara layiq görülmüş ziyalı insan Tofiq Hüseynovun ömür kitabını vərəqləsək, onu bir anlıq da olsa keçmişə aparmış olarıq.

AĞSAQQAL ÖMRÜNÜN DƏYƏRİ Tofiq Hüseynov 24 fevral 1922-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1940-cı ildə o vaxtlar Gəncədə yerləşən pilot məktəbində təhsil almış, sonra Stalinqrada göndərilmişdi. Lakin səhhətiylə bağlı olaraq Hava Qüvvələrində xidmətinə icazə verilməmişdir. 1941-ci ildə hərbi xidmətə çağırılmış, 1942-ci ilə kimi Gürcüstanın Qori şəhərində, 1945-ci ilə kimi cəbhə zonalarında hərbi xidmət keçmişdir.

O illər həyat onu sərt imtahana çəkdi. T.Hüseynov Böyük Vətən müharibəsinin iştirakçısı oldu, müharibənin bütün dəhşət və faciələrini öz gözləri gördü. 1942-ci ildə ilk dəfə alman faşist işğalçılarına qarşı Qafqazın müdafiəsində Maruxal aşırımının işğaldan azad olunmasında fəal iştirak edib. Elə həmin il T.Hüseynov qulluq etdiyi hərbi hissə Novoçerkaski şəhərinə köçdü. Əmr alındı ki, meşədə kök salmış fərarilərdən ibarət banda dəstəsi fəaliyyət göstərir. Həmin bandanın zərərsizləşdirilməsi üçün böyük əməliyyat təşkil edilir və çox keçmir ki, mülki əhalini və evləri talan edən həmin dəstə zərərsizləşdirilir. T.Hüseynov 3-cü Ukrayna cəbhəsində, 45-ci kazak süvari qvardiyada da xidmət edib. O, 1943-cü ildən başlayaraq Avropa dövlətlərindən Rumıniya, Çexoslovakiya, Yuqoslaviya, Macarıstan və Avstriyanın alman-faşist işğalçılarından azad olunmasında iştirak edib. 1943-cü ildən Avropa dövlətləri işğaldan azad olmağa başladı. İştirak etdiyi bütün hərbi əməliyyatlarda böyük şücayət göstərmiş T.Hüseynov 1945-ci ildə qələbəni Avstriyanın paytaxtı Vyanada bayram etdi. Macarıstanın mərkəzi Budapeştin azad olunmasında və əlavə strateji əhəmiyyətli şəhərlərin – Niredxazi, Nadxozinin alınmasında fədakar döyüş xidməti göstərdiyinə görə o vaxtkı Ali Baş Komandan Stalinin 22 oktyabr 1944-cü il, 277-№li, 1945-ci il tarixli əmrləri ilə 2 aprel 1945-ci ildə və 15 aprel 1945-ci ildə yazılı surətdə təşəkkürnaməylə, 1945-ci ildə xüsusi tapşırığı yerinə yetirdiyi üçün rəşadətli xidmətə görə medalıyla təltif olunub.

1945-ci ildə müharibə başa çatdıqdan sonra hərbi hissə Gəncə şəhərinə qayıdır. T.Hüseynov 1947-ci ilədək hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra, Gəncə şəhərində bir çox içtimai işlərdə yaxından iştirak edib, uzun illər Gəncə şəhər Mədəni Maarif müəssisəsində işləyib. 2012-ci ildən bu günə kimi Gəncə şəhər Nizami Rayon Veteranlar Təşkilatının Sədri vəzifəsində çalışır.

AĞSAQQAL ÖMRÜNÜN DƏYƏRİ T.Hüseynov Gəncə şəhər Nizami Rayonu Veteranlar Təşkilatının Sədri kimi veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, həkimlərin yataq xəstələrinə yerində xidmət etməsi, xəstələrin müalicə olunması üçün dərmanların verilməsi, onların sanatoriyalara göndərilməsi, onlara torpaq və ev verilməsiylə bağlı yerli hakimiyyət orqanları qarşısında lazımi məsələlər qaldırır.

T.Hüseynov yeni nəslin vətənpərvər ruhda böyüməsi və tərbiyə olunması məqsədilə müntəzəm olaraq təhsil ocaqlarında görüşlər keçirir, gənclərə öz tövsiyə və məsləhətlərini verir. O, Gəncədə və digər bölgələrimizdə respublika miqyasında keçirilən tədbirlərdə yaxından iştirak edir, cəbhə zonalarında olur, əsgər və zabitlərlə görüşür, hərbi hissələrdə and içmə mərasimlərində kütlə qarşısında alovlu çıxışlar edir, ordumuzun gücündən, qüdrətindən danışaraq, hər zaman bu haqq yolunda, Vətən uğrunda döyüşməyə daim hazır olduğunu bildirir.

T. Hüseynov hərbi hissələrin birində, Azərbaycanın Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov cənablarının da iştirak etdiyi and içmə mərasimində hərbçilər qarşısında etdiyi dolğun çıxışı generalın ürəyincə olmuş və çıxışına görə ona öz dərin minnətdarlığını bildirmişdir. Hərbi hissə rəhbəri Elzamin Behbudov T. Hüseynovu Dünya Azərbaycanlılarının Həmrəylik günü, Yeni il bayramı və anadan olmasının 95-ci ildönümü münasibətiylə təbrik etmiş və onu Fəxri fərmana layiq görmüşdür.

Daha sonra T. Hüseynov 95 illik yubileyi münasibətiylə N saylı hərbi hissədə veteranlar təşkilatının nümayəndələri və bir neçə rəsmi şəxslərin iştirak etdiyi təntənəli tədbirdə Respublika Veteranlar Təşkilatinin sədri general-mayor Dadaş Rzayevin imzasiyla “Veteran həmrəyliyi” medalıyla da təltif olunub.

T.Hüseynovun daha böyük bir xidmətindən danışmaq lap yerinə düşər. 1936-1939-cu illərdə Gəncədə təlim keçmiş ispaniyalı pilotlar haqqında filmin ərsəyə gəlməsində böyük kömək və dəstək göstərib. Bu dəstəyinə görə T. Hüseynova Azərbaycan Respublikasının İspaniya krallığındakı səfirliyi tərəfindən təşəkkür məktubu ünvanlanıb. Məktubun mətnini olduğu kimi təqdim edirik:

AĞSAQQAL ÖMRÜNÜN DƏYƏRİ“Azərbaycan Respublikası Gəncə şəhəri,
Nizami Rayonu Veteranlar Cəmiyyətinin sədri
cənab Tofiq Hüseynova

Hörmətli Tofiq müəllim,
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının İspaniyadakı Səfirliyinin dəstəyi ilə İspaniyanın Volya Productions şirkəti və Azərbaycanın Salnamə kinostudiyasının birgə fəaliyyəti nəticəsində, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi zamanı, respublikaçılara dəstək məqsədilə, SSRİ-nin rəhbərliyinin qərarı ilə, Kirovabad (Gəncə) şəhərindəki, 30 saylı məktəbin əsasında təlim mərkəzinin yaradılması və orada ispan pilotlarının hazırlanmasından bəhs edən “Azərbaycan səmasında” (Sobre el cielo de Azerbaiyan) sənədli filmi çəkilmişdir.

Bildirmək istərdik ki, filmin təqdimatı İspaniyanın Valensiya, Barselona, Madrid və Mursiya şəhərlərində keçirilmiş və 2014-cü il may ayının 16-da İspaniyanın mərkəzi televiziyasının RTVE2 kanalında ilk dəfə nümayiş etdirilmiş, cari ilin mart ayında isə filmin prodüseri, kinodokumentalisti və səfir A. Əfəndiyevin iştirakı ilə “La aventura del saber” verilişində ətraflı müzakirəsi keçirilmiş, geniş izləyici kütləsinin, həmçinin həmin dövrdə Gəncədə təlim keçmiş pilotların ailə üzvlərinin böyük marağına səbəb olmuşdur.

Filmin ərsəyə gəlməsində göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildirir və filmin ispan dilində DVD şəklində bir nüsxəsini Sizə göndəririk(əlavə olunur). Filmin Azərbaycan dilində olan nüsxəsini Salnamə kinostudiyasından əldə etmək mümkündür.

Hörmətlə Səfir Altay Əfəndiyev
30.04.2015”

Göründüyü kimi işində tələbkar, ciddi olduğu kimi T. Hüseynov övladlarının tərbiyəsinə də diqqətlə yanaşmış, onların sözün həqiqi mənasında əsl vətəndaş kimi formalaşmasında yuxusuz gecələr, zəhmət dolu günlər keçirmişdir.

Ağsaqqalımızın ən böyük arzusu müstəqil Azərbaycanın zəfər bayramında iştirak etmək, işğalda olan torpaqlarımızın azad edildiyi günü görmək, Qarabağın havasını udub, suyundan içməkdir. Biz də öz növbəmizdə Tofiq müəllimin arzularına qoşuluruq, onun arzularının tezliklə həyata keçəcəyi günə inanırıq.

Hər zaman mərdliyi, haqqı, ədaləti əlində məşəl edən bir ağsaqqalın ömür kitabını vərəqləmək, yazıya köçürməyin özü də bir şərəfdir.

95 il yol gəlirsən, sınaqlardan keçə-keçə
Gah enir, gah yüksəlirsən, ətrafını seçə-seçə.
Qədim Gəncə torpağında doğulub ərsəyə çatdın
Sənə uzanan əllərə, səxavətlə əl uzatdın.

95 yaşlı ağsaqqal, tanınmış bir veteransan
Tofiq dayı, yaşa, ucal, nə qədər bizimlə varsan.
Bayramlarda şərəfinə sağlıq deyək, söz söyləyək.
Beş il sonra “Tofiq baba, 100 yaşın mübarək” deyək.

Biz də şərəfli həyat yolu keçən, ömrünü Vətənə, xalqa həsr edən Gəncəmizin ağsaqqalı Tofiq müəllimi 95 yaşı münasibətiylə ürəkdən təbrik edirik, ona can sağlığı və uzun ömür arzulayırıq.

GÜNEL MƏMMƏDOVA



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

Müharibə veteranı - Fəyyaz Fərəcov (1921-1998)

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
ÖLÜM SEVİNMƏSİN QOY - Ziyafət Hüseynov

ÖLÜM SEVİNMƏSİN QOY - Ziyafət Hüseynov

Regionlar, "Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

MEDİA
SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

Borçalı
AzTU-da Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilən filmin təqdimatı ol ...

AzTU-da Milli Qəhrəman Çingiz Qurbanov haqqında çəkilən filmin təqdimatı ol ...

Əsas xəbər, AzTU
Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının  ...

Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş Gənclər təşkilatlarının ...

Gənclik, QHT
Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Başkeçid, Nekroloqlar
ŞƏRƏFLİ ÖMÜR YOLU (Cümşüd Orucov - 68)

ŞƏRƏFLİ ÖMÜR YOLU (Cümşüd Orucov - 68)

Darvaz, Təbriklər
Şəhid ORXAN MƏHƏRRƏMOV  (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Şəhid ORXAN MƏHƏRRƏMOV (QAÇAĞANLI) (25.08.1994-06.10.2020)

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

---
Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir  ...

Gəncədə “Hər şey Vətən naminə, hər şey Qələbə üçün!” devizi altında tədbir ...

Azərbaycan
Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Nur içində yat, əmi...

Nur içində yat, əmi...

Gəncə, UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Darvaz
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

QƏMƏRLİ SÜLEYMAN YUSUBOV (1903-1978)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: