"BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin nəticələri açıqlanıb

"BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin nəticələri açıqlanıbBeynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illik yubileyi münasibətilə dünyanın 110-dan çox ölkəsində təşkil edilən "BAİ100 Ekzoplanetləri adlandırın" müsabiqəsinin nəticələri ictimaiyyətə açıqlanıb.

Azərbaycan Milli
Elmlər Akademiyası
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Orxan M. Salehli

ZiM.Az-a bildirib ki,
BAİ tərəfindən hər bir ölkəyə adlandırılması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. İştirakçı ölkələrdə Milli Kordinatorlar tərəfindən müsabiqə təşkil edilib, ictimaiyyətin təklifləri qəbul edilib və müsabiqə şərtlərinə uyğun gələn 10 ən yaxşı təklif seçilərək ictimai səsverməyə qoyulub. Səsvermənin nəticələrinə əsasən 3 ən çox səs toplamış təklif, dəyərləndirilməsi üçün BAİ-na təqdim edilib. Bu çoxmərhələli prosesdə dünyanın 110-dan çox ölkəsindən 780000 həvəskar və peşəkar astronom iştirak edib.

"BAİ100 Ekzoplanetləri adlandırın" qlobal müsabiqəsinin iştirakçıları arasında Azərbaycan da yer alır. Müsabiqə çərçivəsində adlandırılması üçün Azərbaycana “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti təyin edilib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan müsabiqə ölkəmizdə böyük marağa səbəb olub. Tarixi şəxslər, coğrafi adlar, memarlıq abidələri və s. kimi müxtəlif səpkili mövzuları əhatə edən mindən çox adlarla bağlı təklif qeydə alınıb. Qeydə alınan təkliflər dəyərləndirilib və 10 təklif seçilərək səsverməyə çıxarılıb. İctimai səsvermədə ən çox səs toplamış 3 təklif Beynəlxalq Astronomiya İttifaqına təqdim olunub.

Beynəlxalq Astronomiya İttifaqı müsabiqə nəticələrini dəyərləndirərək, qaliblərin adını açıqlayıb. Azərbaycan üçün təyin edilmiş ulduz və ekzoplanetə Natella Kərimova tərəfindən təklif edilən “Məshəti”“Gəncə” adları “BAİ100 Ekzoplanetləri adlandırın” müsabiqəsinin qalibi seçilib.

Qeyd edək ki,
qalib gələn adlar mövcud elmi nomenklatura ilə paralel istifadə ediləcək.

Zemfira AYVAZOVA,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Mənim ailəmin hekayəsindən” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, Nazirlik, Məktəblər
“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

“Sabahın alimləri” V Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması ...

Nazirlik
Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin növbəti birg ...

Şamaxı Astrofizika Rəsədxanası ilə Bakı Dövlət Universitetinin növbəti birg ...

Digər bölmələr, BDU
Elçin Babayev BDU-nun yeni rektoru təyin olunub

Elçin Babayev BDU-nun yeni rektoru təyin olunub

Rəsmi Xəbərlər, BDU
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb

AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb

AzTU
Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi ...

Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı növbəti elmi ...

Digər bölmələr
“HORIZON 2020” qrant proqramı Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyətə  ...

“HORIZON 2020” qrant proqramı Şamaxı Astrofizika Rəsədxanasında fəaliyyətə ...

Digər bölmələr
“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

AzTU
Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Beynəlxalq əlaqələr idarəsinin rəisi təyin edilib

Biologiya və tibb elmləri, "Zirvə"
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

Nazirlik, Kolleclər
“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

Humanitar elmlər
BDU magistrantları müsabiqə qalibi olublar

BDU magistrantları müsabiqə qalibi olublar

BDU, "Elm və Təhsil", Hüquq
“Günəş sisteminin planetləri” kitabı nəşr olunub

“Günəş sisteminin planetləri” kitabı nəşr olunub

Yeni nəşrlər, Digər bölmələr
Almaxanım Əhmədli AzTv-nin solisti olacaq

Almaxanım Əhmədli AzTv-nin solisti olacaq

Mədəniyyət, Təbriklər
Bu il bahar Azərbaycana martın 20-də qədəm qoyacaq

Bu il bahar Azərbaycana martın 20-də qədəm qoyacaq

Azərbaycan, Elanlar

"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırıldı

AzTU
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Şamaxıda II “Fizika və lirika” konfransı keçirilib

Digər bölmələr, "Zirvə", Folklor
Botanika İnstitutunun alimi “Ən layiqli alim – Ə.L.A.” müsabiqəsinin qalibi ...

Botanika İnstitutunun alimi “Ən layiqli alim – Ə.L.A.” müsabiqəsinin qalibi ...

Biologiya və tibb elmləri
Tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə

Tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə

Digər ali məktəblər, Elanlar
Rəy yazın: