Elm tarixində qara səhifə

Elm tarixində qara səhifə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi doqquz il keçir. Keçmiş sovet dövlətinin hərbi qüvvələrinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz illər keçsə də insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalır. Vəhşi terror aktının ən ağır cinayətlərindən biri isə 29 il əvvəl yanvarın 24-də baş verib.

O gün vətənpərvər 5 elm fədaisi çalışdıqları instituta gedərkən sovet faşizminin amansızlığına tuş gəldilər. Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin tankı xüsusi amansızlıqla yolun kənarında nasazlığı səbəbi ilə dayanan maşının üstündən keçərək hadisə yerindən uzaqlaşdı. Hər biri öz sahəsində sözünü demiş 5 nəfər alimi qanlı faciədən sonra işə aparan onların elmə bağlılığı, işlərinə olan sədaqəti idi. O hadisədə 5 alimdən 3-ü elm yolunda şəhid oldular. Faciə zamanı professorlar İbrahim İbrahimov Svetlana Məmmədova hadisə yerində, professor İsmayıl Mursaqulov isə 3 gündən sonra dünyalarını dəyişdilər. Parlaq Mustafayevaİdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşdular. Vəhşi cinayətin 3 qurbanarı ömürlərinin çiçəkləndiyi, yaradıcılıqlarının bulaq kimi qaynadığı bir vaxtda həyatdan vaxtsız köçdülər, 2 alim isə unuda bilməyəcəkləri vəhşiliyin, amansızlığın şahidi oldular. 29 il əvvəl möcüzəli şəkildə sağ qalan professor İdris Əhmədov məhz bu ilin 20 yanvarında dünyasını dəyişdi.

Artıq 29 ildir ki, AMEA Polimer Materialları İnstitunda hər il 20 Yanvar şəhidlərinin anım tədbirləri keçirilir, yanvarın 20-də Şəhidlər xiyabanına, yanvarın 24-də isə institut əməkdaşlarının amansızca qətlə yetirildiyi Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarət təşkil olunur. Yolun 24-cü kilometrliyində qoyulan anım lövhəsi elm adamlarının ziyarət yerinə çevrilib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

AzTU
Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Arxiv
Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Əsas xəbər, Azərbaycan
AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

AzTU
“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

“Azəryolservis” ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Sosial
Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Azərbaycanın Batumidəki Baş konsulluğu 20 Yanvar faciəsi ilə bağlı tədbir t ...

Batum
AĞLA, QƏRƏNFİL, AĞLA...

AĞLA, QƏRƏNFİL, AĞLA...

UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

ŞƏHİDLƏRİMİZ, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

AzTU
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini y ...

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini y ...

Əsas xəbər, Azərbaycan
İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib

Əsas xəbər, Azərbaycan
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

Diaspora
AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU-da 20 Yanvar faciəsi anılıb

AzTU
AMEA FİZİOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

AMEA FİZİOLOGİYA İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

Biologiya və tibb elmləri
İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsraildə Qara Yanvarla bağlı anım mərasimi keçirilib

İsrail, Diaspora
AzTU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU kollektivi Şəhidlər xiyabanını ziyarət edib

AzTU
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

= AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat bağında = 20 yanvar hadisələri ...

Biologiya və tibb elmləri, "Zirvə"
AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

AzTU-da Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilmişdir

AzTU
20 Yanvar faciəsi Rustavidə də anılıb

20 Yanvar faciəsi Rustavidə də anılıb

Rustavi
Rəy yazın: